Azərbaycan Ordusunda yeni tədris ili davam edir – VİDEO

Azərbaycan Ordusunda başlayan yeni tədris ili birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarında davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına uyğun olaraq yeni tədris ilində Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqlar ölkə hüdudları çərçivəsində, xüsusilə də azad edilmiş ərazilərdə […]

Gürcüstanda xüsusi əməliyyat – Azərbaycanlı bacı-qardaş saxlanılıb

Gürcüstanda ötən gün Rustavi şossesində həyata keçirilən xüsusi əməliyyat zamanı 1988-ci il təvəllüdlü V.Q. adlı şəxs saxlanılıb. Report un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. Həmin şəxsin üzərində axtarış zamanı 2 bağlama heroin və pul maddi sübut kimi müsadirə edilib. İstintaq hərəkətləri zamanı 1986-cı il təvəllüdlü E.M. adlı şəxs […]

Qarsda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri davam edir

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlər davam edir. Report xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlərin sabah keçiriləcək mərhələsi jurnalistlər üçün açıq olacaq. Təlimləri izləyəcək KİV nümayəndələri Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə paytaxt Ankaradan Qarsa aparılıb.

“AZƏRBAYCAN BAYRAĞININ XANKƏNDİNDƏ DALĞANACAĞI GÜN YAXINDIR” – Türkiyə prezidentinin etimad göstərdiyi azərbaycanlı professorla MÜSAHİBƏ

Bugünlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Aygün Attarı Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edib. Qeyd edək ki, şuranın sədri cənab Ərdoğandır. Qarabağ savaşında daim Azərbaycanın yanında olan qardaş ölkənin prezidenti qarabağlı xanım professoru yüksək görəvə layiq görməklə də hər birimizi məmnun etdi. Qubadlıda anadan olmuş, 30 ildən artıqdır […]

Vilayət Eyvazov bir Polis İdarəsinin 30-dan çox vəzifəli şəxsini işdən çıxardı

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakının Suraxanı rayon Polis İdarəsinin 30-dan çox yüksək rütbəli əməkdaşını işdən uzaqlaşdırıb. Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin şəxslər nöqsanlara görə sərəncama götürülüb. Belə ki, ötən il noyabrın sonunda nazirin əmri ilə Suraxanı RPİ rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilərək DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin […]

Bakı küçələrini bir-birinə qatan sürücü saxlanıldı – Polisləri yandırmaq istədi – FOTO

Bakıda yol polisinin qanuni tələbinə əməl etməyərək avtoxuliqanlıq hərəkətləri törədən sürücü həbs edilib. Musavat.com avtosfer.az-a istinadən xəbər verir ki, Taleh Mehdiyev adlı sürücü fevralın 8-də Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman 400 manatdan artıq ödənilməyən cəriməsinin olduğu üzə çıxıb. Yol polisi əməkdaşları cərimənin ödənilməsini təklif etsə də, o “imkanım yoxdur” deyərək qərəzli […]

Polis işğaldan azad edilən ərazilərdə fəaliyyətini davam etdirir – VİDEO

Daxili İşlər Nazirliyi işğaldan azad edilən ərazilərdə polisin fəaliyyəti ilə bağlı videoçarx hazırlayıb. Report xəbər verir ki, videoçarx Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının fəaliyyətini əks etdirir. Kadrlarda Suqovuşan, Talış və digər ərazilərdə təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi üçün polis əməkdaşlarının göstərdiyi xidmət yer alıb.    

ABŞ Moldova mediasına maliyyə yardımı ayırıb

ABŞ Dövlət Departamenti Moldovada kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində təşəbbüsləri maliyyələşdirmək istəyir. Report xəbər verir ki, məlumatı RT yayıb. Bildirilib ki, birləşmiş ştatlar ilk növbədə Moldovada müstəqil KİV-i dəstəkləmək məqsədi ilə 1 milyon dollar vəsait ayırmağı planlaşdırır. Məlumata görə, Dövlət Departamenti həmçinin jurnalistlərin peşə vərdişlərinə yiyələnmələri üçün 500 min ABŞ dolları ayıracaq.

Sahibkarlığın İnkişafı Fondunun yığılmış zərəri 86 milyon manatı keçib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2019-cu ili 34,497 milyon manat zərərlə başa vurub. Report Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 2,2 dəfə çoxdur. Bununla da, qurumun yığılmış zərəri 66,6% artaraq 86,289 milyon manata çatıb. 2019-cu ildə Sahibkarlığın İnkişafı Fondunun əməliyyat gəlirləri 8,745 milyon manat (2018-ci ilə nisbətən 2,7% çox), […]

Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı- TƏQVİM

2021-ci ildə Novruz bayramında qeyri-iş günləri məlum olub. Musavat.com xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci il üçün Novruz bayramı günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib. 2021-ci il martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728