Hulusi Akar çörəyi Zakir Həsənovla bölüşüb: “Allah türk ordusunu qorusun!”

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və türkiyəli həmkarı Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə təlimlərini izləyəndən sonra ərazidəki səhra çörəkxanasına baş çəkiblər. “Report” xəbər verir ki, türkiyəli nazir çörəklərdən birini götürərək onu həmkarı Z.Həsənovla bölüşüb. Bundan başqa, nazirlər əsas müşahidə məntəqəsində təlimlərlə bağlı məlumat alıblar. Daha sonra hər iki nazir qış mövsümündə […]

Razi Nurullayev “Azəriqaz”la bağlı şikayətlərdən yazdı: “Qərara gəldik ki, 15 nəfərlə danışaq…”

“Son günlər mənə “Azəriqaz”la bağlı çoxlu müraciətlər daxil olub. Söhbət yeni sayğacların daha çox pul yazmasından gedir. Söhbət əsnasında öyrəndim ki, bir çox deputatlara, o cümlədən həmkarım Rüfət Quliyevə də oxşar sorğular edilib. Hörmətli Rüfət müəllim dünən açıqlama ilə çıxış edib. Belə qərara gəldik ki, yenidən hər birimiz 15 nəfərlə danışaq və ümumi nəticəni bölüşək”. […]

Gürcü oğruları Avropa İttifaqını təngə gətirib – Vizasız rejim ləğv oluna bilər

Avropa boyunca İtaliya, Fransa, Polşa, Belçika, Sloveniya və Yunanıstan hüquq-mühafizə orqanlarının genişmiqyaslı “Qanuni oğru” və “Bratva-35” əməliyyatlarının gedişində Gürcüstandan olan 45 nəfər həbs edilib. Həbs edilənlərin hamısı ev oğurluğunda və çirkli pulların yuyulmasında şübhəli bilinir. Gürcüstan Daxili İşlər Nazirliyi bildirir ki, əməliyyat bu ölkənin Avropa dövlətlərindəki polis attaşelərinin bilavasitə iştirakilə həyata keçirilib. Tbilisidən verilən bəyanatda […]

“Facebook”dan yenilik: bu məzmunlu statusları yazmaq olmayacaq

“Facebook” şirkəti sosial şəbəkə platformasında siyasi məzmunlu informasiyaların sayını azaldacaq. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə korporasiyanın rəhbəri Mark Zukerberq illik maliyyə hesabatını təqdim etdiyi çıxışında deyib. “Facebook”un verdiyi məlumata əsasən, siyasi xarakterli informasiyalar şəbəkədə olan statusların içində təxminən 6%-lik payı tutur. Mark Zukerberq abunəçilərdən xəbər lentində bu cür informasiyaların sayının azaldılması ilə […]

Azərbaycan bu tarixdə Zəngəzura girəcək – Baqratyan SENSASİON DETALLARI AÇDI

5 il sonra Azərbaycan Sünikə (Zəngəzur) girəcək. Bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib. Baqratyan Qafana səfər etdiyini və gördüklərini yazıb: “6-9 fevral tarixlərində Qafanda idim, əhali ilə danışmağa, 9 noyabrdan sonra necə yaşadıqlarını görməyə getmişdim. Söhbət alınmadı, əlavə nəyəsə ehtiyac yox idi. Azərbaycan əsgərləri və bayraqlarının şəhəri əhatə edən şərq təpələrində görəndə […]

Azərbaycanda pensiyaçıların sayı azalacaq (SƏBƏB)

Azərbaycanda üçüncü ildir ki, pensiyaçıların sayında azalma müşahidə edilir. İlkin məlumatlara əsasən 2020-ci ildə pensiyaçıların sayı 1,25 milyon nəfər olub ki, bu da 2019-cu illə müqayisədə 20 min nəfər azdır. Pensiyaçıların sayı 2017-ci ilin sonunda 1,318 milyon nəfərə yüksəlib. 2018-ci ilin yekununda pensiyaçıların sayı 1,29 milyon nəfərə, 2019-cu ilin sonunda 1,27 milyona, 2020-ci ilin sonunda […]

Azərbaycan hərbi dənizçiləri Pakistanda keçirilən təlimlərdə iştirak edir

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri Pakistan İslam Respublikasının Kəraçi şəhərində və Ərəb Dənizi sektorunda keçirilən “AMAN-21” çoxmillətli Hərbi Dəniz Qüvvələri təlimində müşahidəçi qismində iştirak edirlər. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat evrilib. 30-dan çox ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər fevralın 16-dək davam edəcək.

“BU ŞƏBƏKƏNİN ƏLİ İLƏ DÖVLƏTƏ BÖYÜK ZİYANLAR VURULUB…” – “Banklardan, Fonddan ona böyük pullar verilib”

“Baku Steell Company” MMC-nin rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edildikdən sonra Azərbaycanın metallurgiya sektorundakı dəhşətli korrupsiya, inhisarçılıq və reketlik əməlləri yenidən gündəmə gəldi. Bu problemlərin kökü isə R.Məmmədovun ölkənin ən böyük dəmir istehsalçısı olan müəssisəsinin başına gətirilməsindən sonra qoyulmuşdu. Bu sahədə çalışan sahibkarlar quldurluq yolu ilə işindən, gəlirindən, əmlakından məhrum edilsə […]

“Qarabağ müharibəsini təkcə Rusiyada deyil, həm də ABŞ, İsrail və NATO-da öyrənirlər” – Korotçenko

Qarabağ müharibəsini bu gün təkcə Rusiyada deyil, həm də ABŞ, İsrail və NATO-nun mənzil-qərargahında öyrənirlər. Azərbaycanın hərbi səviyyəsi diqqətlə tədqiq edilir. Trend-in məlumatına görə, bunu rusiyalı hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Bakıda ziyalı və jurnalistlərlə görüşü zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan bu gün geosiyasi hərbi qələbəsi ilə bütün dünyada tanınıb: […]

Navalnı tərəfdarları Putinə “14 fevral” hücumu, 4 dövlət isə sanksiya hazırlayır

“Valentin günü” həbsdə olan müxalif fəala passiv dəstək aksiyası planlaşdırılır, Baltikyanı ölkələr və Polşa isə Rusiyanı sıxmağı hədəfləyib, effektiv olacaqmı – politoloqların şərhi… Müxalif siyasətçi Aleksey Navalnıya dəstək məqsədilə növbəti etiraz aksiyaları fevralın 14-nə planlaşdırılır. “Yeni Müsavat”ın məlumatına görə, Navalnının regional qərargah şəbəkəsinin rəhbəri Leonid Volkov belə söyləyib. O, aksiyanın tamamilə fərqli formatda olacağını açıqlayıb: “Hər […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728