Bakıda dəhşətli cinayət: Arvadına sataşan qonşunu evə gətirib…

Bakıda dəhşətli cinayətlər törətməkdə ittiham olunan Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Aqşin Quliyevin məhkəməsi başa çatıb. Musavat.com “teleqraf.com”a istinadən bildirir ki, Aqşin Quliyev əvvəllər qonşusu olmuş İlham Həşimovun son aylar bir neçə dəfə yaşadığı Bülbülə qəsəbəsindəki mənzilinin qarşısında dayanaraq pəncərəyə baxdığını görüb. O, İlham Həşimovun arvadı ilə münasibətdə olmasından və əxlaqsız təkliflər etməsindən şübhələnib. Aqşin […]

Maskaya görə yerində cərimə və bölməyə aparılma xəbərlərinə – RƏSMİ CAVAB

Son günlər sosial şəbəkələrdə yazılır ki, polis karantin qaydalarının pozulmasına görə vətəndaşları cərimə etdikdən sonra cəriməni yerində ödəməyə məcbur edir. Bəzi vətəndaşların yazdıqlarına görə, tibbi maskadan düzgün istifadə etmədikləri üçün saxlanılıb və polis bölməsinə aparılıblar. Bunun nə dərəcədə qanuni olmasına aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyinin mətbuat xidmətilə əlaqə saxladıq. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat […]

Türkiyə Müdafiə Nazirliyi “Qış təlimi-2021”dən yeni görüntülər paylaşıb

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlər davam edir. Musavat.com xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi təlimlərdən yeni görüntülər paylaşıb. “Qəhrəman komandolarımız qardaş Azərbaycan hərbçiləri ilə birgə icra etdiyimiz “Qış təlimi-2021” təlimlərinin ictimaiyyətə açıq gününə hazırdırlar”, – paylaşımda qeyd olunub.

Azərbaycanda gizli toy edənlər saxlanıldı – 19 nəfər cərimələndi

Xaçmazda gizli şəkildə keçirilən toy məclisinin qarşısı alınıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Musavat.com-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman restoranlardan birində gizli şəkildə toy mərasiminin keçirildiyini aşkar ediblər. Şöbə əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb, məclisin təşkilatçısı və orada iştirak edən 50-ə yaxın şəxs barəsində qanunvericiliyə […]

Teymur Rəcəbov: “Qələbəyə görə özümü xoşbəxt hiss etmirəm”

“Aniş Giri ilə yaxşı münasibətim var və biz dostuq. Düzünü desəm, qələbəyə görə özümü xoşbəxt hiss etmirəm”. “Report” xəbər verir ki, bu fikiləri Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin 1/4 finalında Niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Teymur Rəcəbov yarışın rəsmi saytına açıqlamasında deyib. 34 yaşlı qrossmeyster bunun qələbə kimi hiss olunmadığını vurğulayıb: “Uğur […]

Pərviz Şahbazov London Universitetinin müəllimini özünə müşavir təyin etdi

Energetika Nazirliyində yeni təyinat olub. Report un əldə etdiyi məlumata görə, Nazir Pərviz Şahbazovun əmri ilə Vüsal Musayev onun iqtisadi məsələlər üzrə müşaviri təyin edilib. Bu təyinata qədər V.Musayev nazirliyin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdir müavini vəzifəsində işləyib. Yeni təyinatla nazirin müşavirlərinin sayı 5-ə çatıb. Bundan əvvəl Zəminə Əliyeva, Cavid Abdullayev, Vüsal Rəcəbli və […]

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini elan edir

Azərbaycan xalqı özünün tarixi-mədəni irsi, folkloru, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Mədəniyyətimiz xalqımızın minilliklər boyu yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərləri özündə ehtiva edir. Mədəniyyət Nazirliyi xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında […]

Zakir Həsənov Türkiyəyə getdi

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 11-də bu ölkəyə yola düşüb. Musavat.com xəbər verir ki, general-polkovnik Z.Həsənov Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021”-in yekun mərhələsini izləyəcək.

Avtoxuliqanlıq edən şəxslər saxlanıldı – Şəmkirdə

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin ( RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, rayon sakinləri, Kənan Hüseynov və Raqif Abbasov idarə etdikləri “VAZ 2107” […]

10 noyabr anlaşmasının üç ayı: nələr dəyişdi, nələr qaldı…

Deputat: “Üçtərəfli bəyanatda əksini tapan müddəalar uğurla və mərhələli şəkildə icra olunur” 44 günlük II Qarabağ savaşında Azərbaycanın qələbəsini rəsmiləşdirən 10 noyabr razılaşmasının 3 ayı tamam oldu. Bu müddət ərzində üçtərəfli anlaşma ətrafında ən müxtəlif müzakirələr yarandı, eyni zamanda yaranan müxtəlif suallara cavab axtarıldı. İlk günlərdə cəmiyyətdə müəyyən narahatlıqlar da vardı. Amma son üç ayda […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728