Əli Həsənovun bacısı oğlu da DİN-dən qovuldu

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun daha bir yaxın qohumu Daxili İşlər Nazirliyindəki vəzifəsini itirib. Sfera.az-ın əldə etdiyi məlumata görə, Əli Həsənovun DİN Baş Mühafizə İdarəsində komandir vəzifəsində çalışan bacısı oğlu Məmmədov Siyamək Dilavər oğlu işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Xatırladaq ki, bundan öncə isə Əli Həsənovun […]

“Netflix”in Azərbaycanda çəkilən filmində yerli aktyorlar rol alıb

Ötən gün “Netflix” platformasında yayımlanan İndoneziya istehsalı “Layla Majnun” filmində azərbaycanlı aktyorlar da yer alıb. “Qafqazinfo” xəbər verir ki, məşhur yazıçımız Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının motivləri əsasında ərsəyə gələn ekran işində gənc aktyor Murad İsmayıl və aktrisa Aidə Cəbiyeva rol alıb. Bundan əlavə, aktyor Salman Bağırov, aktrisa Zülfiyyə Eldarqızı, Sevda Çingiz də layihədə […]

Deputatdan çağırış: “Həbslərin yerinə, maliyyə amnistiyası verilsin”

“Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının daha bir il uzadılmasına səs verəcəm. Amma, bilirəm ki, iqtisadiyyatın inkişafı üçün bu yaxşı qərar olsa da, əsas problem deyil. Bizdə biznes yaratmaq da çox asandır və şəffafdır. Problem sonrakı mərhələdədir”. Deputat Razi Nurullayev bu fikirləri Milli Məclisdəki çıxışında söylədi. O, bildirdi ki, əsas problem pul qazanmaqdır: “Amma pul qazanmaq üçün […]

Məscidlər nə vaxt açılacaq? – QMİ cavab verdi

Azərbaycanda bir ildən çoxdur ki, dini ibadət yerləri və ziyarətgahların fəaliyyəti məhdudlaşdırılıb, kütləvi ibadətlər və tədbirlər dayandırılıb. BAKU.WS xəbər verir ki, buna səbəb pandemiya ilə əlaqədar ölkədə tətbiq olunan sərtləşdirilmiş karantin tədbirləridir. Ölkədə koronavirusa yoluxanların sayında azalmanın müşahidə edilməsi ölkədə karantin qaydalarının yumşalması ilə nəticələnib. Bir çox sahələrə qoyulan qağalar götürülüb, ölkədə həyat əvvəlki vəziyyətə qayıtmaqdadır. […]

“Səhnəyə çıx, tamaşaçıları fəth et” – Tünzalədən kateqoriyalı müğənni açıqlaması

Xalq artisti Tünzalə Ağayeva “Fəlidən doğru xəbər” proqramının qonağı olub. Musavat.com xəbər verir ki, Tunzalə “Müğənnilər özlərini kateqoriyalara bölürlər. Biri deyir, “A” kateqoriyalı müğənniyəm, konserti açacam. O biri qayıdır ki, “B” kateqoriyayam, mən bağlayacam. Buna necə baxırsınız” sualına cavab verib: “Çox pis, çıx işini gör, kateqoriyanı nə edirsən? Nə fərqi var? Sən səhnəyə çıx, tamaşaçını fəth […]

Mədəniyyət Nazirliyində Türkmənistan səfiri ilə görüş keçirilib

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev ilə görüşüb. Səfiri salamlayan nazir Anar Kərimov qədim tarixi əlaqələrə, oxşar mədəniyyətə və adət-ənənələrə malik qardaş xalqlarımızın əsrlərdən bəri dostluq və əməkdaşlıq etdiklərini vurğulayıb, Azərbaycan-Türkmənistan mədəni əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib. Söhbət zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Respublikası Hökuməti arasında […]

İyulun sonunadək 300 milyon amerikalı peyvənd olunacaq

Birləşmiş Ştatlarda iyul ayının sonlarına qədər 300 milyon amerikalını peyvənd etmək üçün yetərincə vaksin ehtiyatı olacaq. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Merilend ştatındakı milli səhiyyə institutlarında çıxış edərkən deyib. “İyul ayının sonlarınadək 300 milyon amerikalını peyvənd etmək üçün kifayət qədər vaksin ehtiyatı yaratmaq üzrəyik. Bu, bizə […]

Ramiz Mehdiyev “Heydər Əliyev” ordenindən məhrum edilə bilər- “YAP-da müzakirələr gedir”

Prezident Adminstrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin “Heydər Əliyev” ordenindən məhrum ediləcəyi gözlənilir.  Musavat.com sfera.az-a istinadən xəbər verir ki, bu iddia ilə sabiq millət vəkili Alqış Musayev çıxış edib. O bildirib ki, hazırda bu məsələ ilə bağlı YAP-da müzakirələr gedir. “Deyilənə görə, YAP-ın rəhbərliyində Ramiz Mehdiyevin “Heydər Əliyev” ordenindən məhrum edilməsiylə bağlı müzakirələr gedir. Bu […]

Azərbaycanlı nazir qızının Fransa həyatı – Nadir kadrlar AzTV-də VİDEO

Azərbaycan Televiziyasında yeni veriliş hazırlanacaq. Musavat.com xəbər verir ki, yeni veriliş “Yüz ilin adamları” adlanacaq. Verilişdə ölkənin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan şəxsiyyətlərin həyatından bəhs olunur. Tamaşaçılara bu şəxsiyyətlərin elmi və mədəni yaradıcılıqlarının əsas məqamları çatdırılır.

Lavrov: “Navalnı ətrafındakı vəziyyəti xüsusi olaraq hazırlayıblar”

Aleksey Navalnı ətrafındakı vəziyyəti xüsusi olaraq hazırlayıblar. APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Solovyov.Live” Youtube kanalına müsahibəsində bildirib. “Navalnı olmasaydı, başqa bir şey olacaqdı. Əgər Almaniya hakimiyyətinin razılığı olmadan məşhur filmin hazırlanması ilə bağlı tarixçəni götürsək, anlaşılandır ki, onu buna olduqca yaxşı hazırlayıblar”, – deyə S. Lavrov qeyd […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728