Füzuli uğrunda ağır döyüşlərdə şəhid olmuş qəhrəmanın doğum günüdür

Bu gün Vətən müharibəsi şəhidi Rövşən Eynullayevin doğum günüdür. Report un Muğan bürosu xəbər verir ki, fevralın 14-də dünyaya gələn Rövşənin növbəti doğum günü ailəsi və yaxınları tərəfindən qeyd olunub. Eynullayev Rövşən Elşən oğlu 2000-ci il fevralın 14-də Biləsuvar rayonunun Nərimankənd kəndində dünyaya gəlib. O, ilk təhsilini həmin kəndin tam orta məktəbində alıb. 2020-ci ilin […]

Sabir Rüstəmxanlı yenidən VHP-nin sədri seçilib

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti Qurultayı keçirilib. APA xəbər verir ki, ölkədəki pandemiya şərtlərinə uyğun olaraq VHP-nin VIII Qurultayı onlayn qaydada təşkil edilib. Qurultayda VHP-nin 76 bölgə və Naxçıvan Muxtar Respublikası təşkilatından 400 nümayəndə iştirak edib. VHP VIII qurultayında partiyanın qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə edilib və nizamnaməyə uyğun olaraq […]

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb. Musavat.com-un məlumatına görə, məktubda deyilir: “Terror aktı nəticəsində günahsız Türkiyə vətəndaşlarının qətlə yetirilməsi xəbəri bizi son dərəcə kədərləndirdi. Biz bu amansız terror aktından olduqca hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını zəruri hesab edirik”. Baş nazir faciə ilə əlaqədar […]

7 dəfə ildırım vursa da ölməyən, aşiq olduğu qadından rədd cavabı aldığı üçün intihar edən şanssız adam – FOTOLAR

İldırım qəzaları ilə məşhur olan Roy Sulivan “üzərinə ən çox ildırım düşən” adam kimi “Ginnesin” rekordlar kitabına da düşüb. Musavat.com olaraq dünyanın ən şanssız adamı Roy Sulivan haqqında məlumatları təqdim edirik: Şanssızlığı ucbatından yeddi dəfə ildırım vuran Roy Sullivanın bəxti gətirərək hər dəfə həyatda qalmağı bacarıb. 1942-ci ildə “Shenandon” milli parkını qoruyarkən ilk ildırım zərbəsini […]

“Mart ayına əfv, maya isə amnistiya gözləyirik” – hüquq müdafiəçilərindən açıqlama

“Novruz bayramında əfv, may ayında isə amnistiya olacağını gözləyirik”. Bu sözləri hüquq müdafiəçisi Səidə Qocamanlı Musavat.com-a açıqlamasında bildirib. Hüquq müdafiəçisi qeyd edib ki, postmüharibə dövrü üçün əfv və amnistiyanın olması mühümdür: “Bununla da cəmiyyətdəki əmin-amanlığı, birliyi bir daha nümayiş etdirə bilərik. Onu qeyd etmək istərdim ki, biz hüquq müdafiəçiləri təkcə siyasi məhbusları deyil, həm də məhbəsdə […]

Koronavirus peyvəndi ilk dəfə uşaqlar üzərində sınanacaq

Britaniya-İsveç şirkəti “AstraZeneca” və Oxford Universitetinin koronavirus peyvəndi ilk dəfə 6-17 yaş arası uşaqlar üzərində sınaqdan keçiriləcək. Musavat.com virtualaz.org-a istinadən bildirir ki, bu barədə “Reuters” xəbər yayıb. Testlərin dərmanın effektivliyinin təyin olunmasına kömək edəcəyi bildirilir. Təcrübədə 300 könüllü iştirak edəcək. İlk peyvəndlərin fevral ayında vurulacağı ehtimal olunur.

Kürdə suyun səviyyəsi sürətlə azalır

Kür çayında suyun səviyyəsi xeyli azalıb. “Report”un Aran bürosu xəbər verir ki, son günlər çayda suyun səviyyəsi sürətlə aşağı düşməyə başlayıb. Bu, daha çox Kürün Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur. Belə ki, son bir neçə gündə çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 1,7 metr aşağı düşüb. Nəticədə Kürün müxtəlif yerlərində adacıqlar əmələ […]

Azərbaycan Televiziyasının yaranmasından 65 il keçir

Şərqdə ilk televiziya 1956-cı ildə məhz ölkəmizdə fəaliyyətə başlayıb. Ötən 65 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayım vericiləri istismara verilib. Trend xəbər verir ki, 1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və nadir konstruksiyaya malik […]

Gürcüstanda qoruyucu maskadan məcburi istifadə müddəti artırılacaq

Gürcüstanda açıq və qapalı məkanlarda qoruyucu maskadan məcburi istifadə müddətinin artırılması planlaşdırılır. “Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər sabah parlamentin bürosuna təqdim olunacaq. Qüvvədə olan qanunla qoruyucu maskadan məcburi istifadə müddəti martın 2-dək müəyyən edilib. Müddətin nə vaxtədək uzadılması məsələsi qanun layihəsinin müzakirəsi zamanı dəqiqləşdiriləcək. Qeyd edək ki, qonşu ölkədə […]

Dünyada koronavirusa yoluxanların sayı 108,5 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 108,5 milyon nəfəri ötüb. Trend-in məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib. Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 106 535 739 nəfərə çatıb. Onlardan 2 393 703 nəfəri ölüb. Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da, Hindistanda və Braziliyada qeydə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728