“Azəriqaz” məlumat yaydı: “Qaz təchizatının fasiləsiz həyata keçirilməsi…”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları çalışırlar ki, heç yerdə qaz təchizatında dayandırma olmasın. Bu barədə Musavat.com-a “Azəriqaz”dan verilən məlumatda deyilir. Bildirilir ki, dünəndən etibarən ölkədə hava şəraiti kəskin şəkildə dəyişib: “Xüsusən də dağlıq rayonlarda şaxtalı hava müşahidə olunur. Bəzi qısamüddətli fasilələr isə bizdən asılı olmayan qəza hallarından irəli gələrək baş verib”. Məlumatda deyilir […]

Xəstə uşağı falçı ilə sağaldacaqdı- Roza Qədirovaya 7 il cəza verildi

Külli miqdarda dələduzluqda ittiham edilən qadın hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 49 yaşlı Qədirova Roza Qasım qızının cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Roza Qədirova 7 il müddətinə azadlıqdan məhrum edilib. R.Qasımova Cinayət Məcəlləsinin […]

Bank Respublika “Öz Çərşənbəni Seç!” kredit kampaniyasına start verir

Qədim inanclara görə kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Hər zaman müştərilərini maraqlı və sərfəli kampaniyalarla sevindirən Bank Respublika, Novruz bayramının 4 ünsürü ilə bağlı “Öz Çərşənbəni Seç!” adlı kredit kampaniyasına start verir. Aprel 5-dək davam edəcək kampaniya çərçivəsində banka müraciət edən müştərilər, Novruz Çərşənbələrinin ünsürlərinə uyğun 4 kredit paketini endirimlə […]

“İndi ailə qursaydım, bugünkü dünyaya uşaq gətirməzdim” – Nura Suri“İndi ailə qursaydım, bugünkü dünyaya uşaq gətirməzdim” – Nura Suri

“Yaşım az olsaydı, indi ailə qursaydım, mən bu dünyaya övlad gətirməzdim. Hazırda gördüyüm, bugünkü dünyaya bir insan bəxş etməyə qıymazdım”. Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri “10-da görüşək” proqramında deyib. Sənətçi bildirib ki, övladlarına da erkən yaşda valideyn olmağı məsləhət görməyib: “Övladlarıma da onu demişəm, başa salmışam. Tutaq ki, mən valideyn olmaq istəyirəm […]

Bakı metrosunda gediş haqqı artırılır? – RƏSMİ AÇIQLAMA

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi ilə bağlı Tarif Şurasına hələki müraciət olunmayıb. Musavat.com xəbər verir ki, bu barədə Pravda.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. B.Məmmədov bildirib ki, “Bakı Metropoliteni”nin fəaliyyətinin bərpa olunması məsələsinə gediş haqqının aidiyyatı yoxdur və bu iddialar əsassızdır. “Bildiyimiz kimi, metro stansiyaları yeni tipli koronavirus infeksiyasının yayılmasının qarşısının […]

DİQQƏT! Bank kartınızdan oğurluq edə bilərlər – Dələduzlar indi də bu üsula əl atırlar

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından suistifadə etməklə hədəflərinə “Whatsapp” vasitəsi ilə yazan və onları aldadaraq bank kartlarından oğurluq edən dələduzlar artıq Azərbaycan nömrələrindən istifadə edirlər. Bu barədə Sfera.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib. “Vətəndaşların artıq Azərbaycan nömrələri ilə aldadılması daha […]

Keçmiş məhkumu ürəyindən vuran Elxan Rüstəmova hökm oxundu

Qəsdən adam öldürməyə cəhddə ittiham olunan şəxs hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməyə cəhddə ittiham edilən Elxan Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Elxan Rüstəmov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd […]

“98 minə görə hər həftə 2550 manat qazanc verirdi”- 6 milyonluq dələduzluq ittihamının TƏFƏRRÜATI

Bakıda milyonlarla manat dəyərində dələduzluqda ittiham edilərək həbs olunan satış müdiri növbəti dəfə hakim qarşısına çıxarılıb. Sonuncu məhkəmə iclasında maraqlı məqamlar ortaya çıxıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir. S.Həsənov Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusi ilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək […]

Şirkət direktoru 2 milyonluq dələduzluğa görə həbs edildi

Bakıda iki milyonluq dələduzluq edən turizm şirkətinin direktoru həbs edilib. “Qafqazinfo“nun əldə etdiyi məlumata görə,həbs edilən şəxs “Avangard Travel” MMC-nin direktoru Yeganə Nağıyevadır. Yeganə Nağıyeva həmin şirkətin təsisçisi olan əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə […]

Qar uçqunu Azərbaycanda bu yolu tamamilə bağladı

Yağan güclü qar Quba-Xınalıq yolunun bağlanmasına səbəb olub. Milli.Az-ın əldə etdiyi məlumata görə, Quba-Xınalıq yolunda 20-yə yaxın yerdə qar uçqunu baş verib. Aidiyyəti orqanlar tərəfindən əraziyə canlı qüvvə, texnikalar cəlb olunub. Yolun qısa vaxt ərzində açılması üçün tədbirlər davam etdirilir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728