Vaksinlərin ədalətsiz bölüşdürülməsi dünya gündəmini zəbt edən məsələdir – Prezident

    Vaksinlərin ədalətsiz bölüşdürülməsi bu gün artıq dünya gündəmini zəbt edən bir məsələdir. Bunu Prezident İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Eyni zamanda, bizə göstərdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm. Bilirsiniz ki, biz COVID-lə bağlı bir neçə təşəbbüslə çıxış etdik. Türk Şurasının Zirvə […]

Aparıcı deputatın efirə sərxoş çıxmasından danışdı: “Hiss edərdim…”

Millət vəkili Siyavuş Novruzovun “Musavat TV”nin efirində yayımlanan canlı debata içkili çıxması iddialarına debatın moderatoru Sevinc Telmanqızı münasibət bildirib. Sevinc Telmanqızı debat zamanı hər iki qonaqla eyni məsafədə əyləşdiyini və belə bir hal olacağı təqdirdə bunu hiss edəcəyini bildirib: “Efiri izləyənlər bilirlər ki, mən moderator olaraq hər iki qonağın ortasında əyləşmişdim. Hər ikisinə eyni və […]

Xalq artistinin səhhəti pisləşdi, yenidən xəstəxanaya yerləşdirildi

Xalq artisti, rejissor Eldar Quliyev yenidən xəstəxanaya yerləşdirilib. Səhhəti pisləşən Xalq artisti bir neçə gün əvvəl “MediClub” klinikasına yerləşdirilib. Hazırda onun müalicəsi reanimasiyada davam etdirilir. Qeyd edək ki, rejissor yanvarın 18-də xəstəxanaya yerləşdirilmişdi. O, martın əvvəlində evə buraxılmışdı.

Koronavirusun üçüncü dalğası gəlir? – EKSPERT AÇIQLADI

  Bütün profilaktika qaydalarına əməl edildiyi təqdirdə pandemiyanın üçüncü dalğası olmayacaq. Bu barədə Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) rəhbəri Anna Popova “Komsomolskaya Pravda” radiosunun efirində danışıb. “Özümüzü qorusaq və qoyulan qaydalara həssas yanaşsaq, üçüncü dalğa olmayacaq”, – ekspert bildirib. Xatırladaq ki, Rospotrebnadzor rəhbəri Avropa İttifaqı ölkələrində koronavirusla bağlı […]

SOCAR-ın 2022-ci illə bağlı planı

  Aprelin 6-da SOCAR-la Dünya Bankının “Səmt Qazının Məşəldə Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) təşkilatı arasında əməkdaşlıq çərçivəsində SOCAR-da səmt qazı emissiyaları üzrə əldə olunan nailiyyətlərlə bağlı onlayn görüş keçirilib. Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a verilən məlumatda bildirilir ki, görüş zamanı şirkətdə səmt qazı atqılarının azaldılması üzrə görülən işlər, əldə olunan müvəffəqiyyətlər və bunların səbəbləri […]

Şuşa türməsinin son rəisi 29 il sonra SİRLƏRİ AÇDI – VİDEO

    Şuşa türməsi sovetlər birliyinin ən qatı cinayətkarlarının islah olunduğu həbsxanalardan biri olub. Azərbaycanlı və erməni məhkumların birlikdə saxlanıldığı türmə haqqında saysız-hesabsız rəvayətlər və faktlar var. Məsələn, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanı qapıda gözlədən, azərbaycanlı məhbusları Şuşa döyüşlərində iştirak üçün azad edən türmənin son rəisi Aydın Abbasov 29 il sonra ilk dəfə efir məkanında […]

AKP-dən CAVAB: Ərdoğana yox, Mussoliniyə baxın!

    Əgər diktator görmək istəyirsinizsə, tarixinizə baxın, Mussoliniyə baxın! Bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) birinci müavini Numan Qurtulmuş deyib. “İtaliya Baş naziri Mario Dragini Ərdoğan haqqında işlətdiyi yersiz ifadədən dolayı qınayırıq. Hörmətli Dragi, bizdən diktator olmaz! Diktator görmək istəyirsinizsə, tarixinizə baxın, Mussoliniyə baxın!” – deyə Qurtulmuş bildirib. Qeyd edək ki, […]

Ölkənin ən varlı şəxslərindən biri öldürüldü

    İngiltərənin ən varlı şəxslərindən olan Riçard Leksinqton Satton kənd malikanəsində bıçaqlanaraq öldürülüb. Naməlum şəxs və ya şəxslərin onun evinə hücum zamanı sahibkarın həyat yoldaşı Enn Çrayber də bıçaqlanıb. Qadın xəstəxanaya aparılıb, vəziyyəti kritik olaraq qiymətləndirilir. Satton şirkəti tərəfindən məlumat təsdiqlənib. Qeyd edək ki, zadəgan nəslindən olan Satton Londonda iki otelə (Beşulduzlu “Sheraton Grand” […]

Bu gün hava necə olacaq? – PROQNOZ

Bakıda və Abşeron yarımadasında aprelin 9-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 20-22 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930