25 dərəcə isti olacaq – Bu günün HAVASI

  Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 18-21, Bakıda gecə 10-12, gündüz 18-20 dərəcə isti olacaq. tmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm […]

CİDDİ TƏHLÜKƏ: Bu uşaqlar insult keçirə, iflic ola bilərlər

    Beynəlxalq tibb ekspertlərinin icmalı göstərir ki, koronavirusa yoluxmuş uşaqlarda insulta qədər beyin zədələnməsi yarana bilər. Bundan başqa, xəstəlikdən əsəb hüceyrələri və onurğa da ziyan çəkə bilər. Alimlərin tədqiqatının nəticələrini “The Lancet” nəşri dərc edib. Tədqiqatda 38 uşaq iştirak edib, alimlər MRT-nin (Maqnit Rezonans Tomoqrafiya) köməyi ilə virusun mərkəzi sinir sisteminə mənfi təsirini müəyyən […]

İraqın Erbil hava limanına PUA ilə hücum edildi

    İraq Kürdüstanındakı Erbil hava limanı yaxınlığında pilotsuz uçuş aparatı partlayıcı endirib. Bu barədə “Reuters” agentliyi İraqın tərkibində Kürdüstan muxtar rayon hakimiyyətinə istinadən bildirib. Məlumata əsasən, həmin ərazidə ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə olunan baza yerləşir. Bildirilib ki, İraq Kürdüstan hakimiyyəti hücumun hədəfinin ABŞ ordusu olduğunu hesab edib. Hadisə nəticəsində heç kimin xəsarət almadığı […]

Çempionlar Liqasının bütün yarımfinalçıları müəyyənləşdi

    Aprelin 14-də futbol üzrə UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə yekun vurulub. Son oyun günündə gerçəkləşən iki qarşılaşmadan sonra yarımfinalın bütün iştirakçıları müəyyənləşib. İngiltərədəki ilk matçda “Mançester Siti”yə 1:2 hesabı ilə uduzan Almaniyanın “Borussiya Dortmund” klubu bu dəfə rəqibi ilə doğma meydanda üz-üzə gəlib. Görüş Dortmund təmsilçiləri üçün yaxşı başlayıb. Oyunun 15-ci dəqiqəsində […]

“Brent” markalı nef bahalaşdı

    “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında 5,05 faiz bahalaşaraq 66,9 dollar/barel təşkil edib. Bu barədə ticarət platformasından məlumat verilib. Bildirilib ki, saat 21:38 üçun “Brent” markalı neftin qiyməti 66,8 dollar/bare olub. “WTI” markalı neftin iyun fyuçerslərinin qiyməti isə 5,06 faiz bahalaşaraq 63,3 dollar/barel təşkil edib.

Özünü 14-cü mərtəbədən atan 14 yaşlı yeniyetmənin FOTOSU YAYILDI

    Özünü yaşayış binasının 14-cü mərtəbəsindən atan 14 yaşlı Əsədoğlu Muradxan İslam oğlunun fotosu yayılıb. Hadisə aprelin 12-də Bakıda Nizami rayonunun ərazisində Mehdi Abbasov küçəsində baş verib. 2006-cı il təvəllüdlü Muradxan intihardan öncə məktub yazıb. Hadisə ilə bağlı hüquq – mühafizə orqanları araşdırma aparır.

Qubada yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan “Report”a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin – rayon sakinləri Mətləb Kazımovun və Qənbər Məmmədovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib. Həmin şəxslərin qanunazidd […]

Zelenskidən erməniyə ZƏRBƏ: Tanınmış iş adamı…

    Ukrayna Prezidenti Vladimir Zelenski 3 nəfərin vətəndaşlığının ləğv edilməsi barədə fərman imzalayıb. Bu barədə Prezident Ofisi məlumat yayıb. Bildirilib ki, Ukrayna vətəndaşlığı ləğv edilənlərdən biri də erməni əsilli Araik Amirxanyandır. Qeyd edək ki, Araik Amirxanyan tanınmış erməni əsilli iş adamıdır. O korrupsiya və qaçaqmalçılıq qalmaqalında günahlandırılıb və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı TAPŞIRIQ VERDİ

    Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond SMA xəstəliyindən əziyyət çəkən Tunar Bağırovla bağlı özəl sektorda fəaliyyət göstərən şirkətlərə müraciət edib. Heydər Əliyev Fondu şirkətləri azyaşlının sözügedən xəstəlikdən xilas olması üçün başladılan kampaniyaya qoşulmağa çağırıb. Qeyd edək ki, bir yaşlı Tunar Bağırov I növ onurğa amiotrofiyasından (Werding-Hoffmann xəstəliyi) əziyyət […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930