Azərbaycanın 2 rayonunda yeni məktəb binaları tikiləcək

İsmayıllı rayonunun Basqal kəndində 2 mərtəbəli, 432 yerlik, Masallı rayonunun Qızılağac kəndində isə 3 mərtəbəli, 528 yerlik yeni məktəb binaları tikiləcək. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “report”a məlumat verilib. Qeyd edilib ki, hər iki tikintinin sifarişçisi Təhsil Nazirliyidir. Onların tikintisinə isə İsmayıllı və Masallı Rayon İcra Hakimiyyətləri icazə verib.

Vətən müharibəsi iştirakçısı işlə təmin olunub

Zərdab rayon H.Aslanov adına 3 saylı tam orta məktəbində vakant olan kiçik texniki xidmətçi vəzifəsinə Həkimxanlı Aqşin Elçin oğlu təyin olunub. Bu barədə Zərdab Rayon Təhsil Şöbəsi məlumat yayıb. Bildirilib ki, onun işlə təmin olunması barədə müraciətinə baxılaraq müsbət cavablandırılıb və əmək müqaviləsi bağlanılıb. Həkimxanlı Aqşin Elçin oğlu Vətən müharibəsinin başlandığı ilk günlərdən ordu sıralarına […]

İlham Əliyevdən Natiq İbrahimovla bağlı SƏRƏNCAM

  Prezident İlham Əliyev Natiq Səhrab oğlu İbrahimovun Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb.  

Tibb işçilərinin əməkhaqları artırılacaq? – AÇIQLAMA

  Əməkhaqqı sistemi ilbəil təkmilləşdirilir, optimallaşdırılır. Əmək bazarının şərtlərinə uyğunluq istiqamətində tədbirlər görülür. Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə “İcbari tibbi sığortanın tətbiqindən sonra tibb işçilərinin təsdiq edilən əməkhaqları və əlavələrinə artım olacaqmı?” sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, bu tədbirlərin görülməsi müəyyən statistik məlumatlara istinadən edilir: “Əlavələrin […]

Biləsuvarda yas mərasimi təşkil edən şəxs cərimələndi – FOTO

    Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tələblərinin təmin edilməsi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət–profilaktik tədbirlər davam etdirilir. DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər zamanı Biləsuvar şəhəri ərazisində yas mərasiminin təşkil edilməsi müəyyən edilib. RPŞ əməkdaşları dərhal həmin ünvana gəlib, […]

Osmanlının erməniləri köçürməsi vacib idi – Kuznetsov

    Ermənilər tarixi və rəsmi sənədlərlə “soyqırımı” termininin düzgün olmadığını bilir. Bunu rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov deyib. O, Birinci Dünya müharibəsinə qatılan ölkələrdə ordunun təhlükəsizliyi üçün müxtəlif tədbirlərin görüldüyünü, Çar Rusiyasında da alman və yəhudilərin sürgün edildiyini xatırladıb: “Bütün bunlar düşmənin tərəfinə keçilməməsi və ordunun təhlükəsizliyinin təmin olunması üçün edilirdi. Bu, hərbi […]

Kollec uniforması yazın əsas trendləri arasında – FOTO

    Elit kollec tələbələrinin uniformasından qaynaqlanan stil son illərdə moda dünyasında öz yerini möhkəmlədib: loaferlar, formal gödəkçələr, qatlanmış ətəklər və trikotaj jiletlər. Sonuncular keçən mövsüm xüsusilə populyar idi və bu il mövqelərindən imtina etmək niyyətində deyil. Trikotaj jilet ilə ağ köynək tandemi məktəb illəri üçün darıxan bütün modapərəstlərin ürəyincə olacaq. Кəngbərəng jiletlər bu yaz […]

Havadakı toz nə vaxt azalacaq?

    Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti monitorinqlərin nəticəsinə görə 23 aprel tarixində Bakı və Abşeron yarımadasında gecə və səhər saatlarında tozun miqdarının normadan 5.9 dəfə çox olduğu qeydə alınıb. 22 aprel tarixində isə gün ərzində tozla bağlı […]

Prezident Şirəliyevin vəzifəsini ona tapşırdı

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin imzaladığı digər sərəncamla Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.

“Yaşıl Marafon” çərçivəsində bal verən ağaclar əkildi – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində Samux rayonunda bal verən ağacların əkilməsi üzrə kütləvi aksiya keçirilib. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, könüllü gənclərin iştirakı ilə keçirilən aksiya zamanı ağcaqayın, akasiya, pavlovniya və evodia […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930