Türkiyə Şuşada konsulluq açır 

“Ermənilər aprelin 21-də Zəngilan və Qubadlı ilə sərhəddə atəşkəsi pozduqları kimi təxribatlarına yenə davam edərlərsə, əlbəttə ki, Azərbaycanımız adekvat cavab verərək özünü müdafiə edəcək”. Bunu  açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib. Diplomat bildirib ki, ermənilər təxribat əməllərindən əl çəkərlərsə, regionda münasibətlər müsbət məcrada davam edə bilər: “Ermənilər sərhəddə yenidən təxribat törədərlərsə, onlar üçün […]

İqtisadi Şuranın növbəti iclasları keçirilib

    Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasları keçirilib. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasların gündəliyində 2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyasının əsas makroiqtisadi çağırışları, ortamüddətli makrofiskal çərçivə və proqnozlar və digər cari məsələlər müzakirə olunub.

Çıxılmaz vəziyyətdə qalan Paşinyan 50 min dollar ziyana düşdü

    Ermənistanın baş naziri Nikol Paşinyan Kazandan Ermənistana qayıtmaq üçün 50.000 dollara özəl təyyarə kirayəyə götürüb. Bu barədə Mediaport Telegram kanalı xəbər verir. Buna səbəb Paşinyanın Kazandan uçmağı planlaşdırdığı ilk təyyarədə texniki nasazlığın aşkar edilməsidir. Məlumata görə, Paşinyan artıq Yerevana qayıdır. Qeyd edək ki, Paşinyan Kazanda Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında iştirak edib. […]

Putinin FACİƏSİ: Qafqaz əldən çıxdı, Ukrayna isə…

  Vladimir Putin Ukraynanı ələ keçirməyə çox həvəslidir. Lakin hərbi əməliyyatların riski olduqca yüksəkdir. Bu sözləri tanınmış ukraynalı jurnalist Dmitri Qordon deyib. Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə getməyəcək: “Belə addımın nəticələri Rusiya üçün ağır ola bilər. Birincisi, Rusiyaya əsgər tabutlarının axını başlayacaq. İkincisi də Rusiyaya qarşı sarsıdıcı sanksiyalar qaçılmaz olacaq. Ən əsası […]

Xarici diplomların tanınması üçün 4500 pul tələb olunur? – Rəsmi açıqlama

Sosial şəbəkələrdə xaricdə təhsil alan şəxslərin diplomlarının Azərbaycanda nostrifikasiyası zamanı problemlə üzləşmələri ilə bağlı çoxlu şikayətlər var. İddia olunur ki, xaricdə dövlət universitetini bitirən şəxslərdən diplomun tanınması üçün 3000-4500 manata yaxın pul tələb olunur. Eyni zamanda diplomların tanınması üçün tələb olunan dövlət rüsumunun artırıldığı da müzakirə mövzusudur. Xaricdə təhsil alan tələbələr bildirir ki, həmin rüsum […]

Polis yas mərasimlərini dayandırdı, işirakçılar cəzalandırıldı

    Polis Şamaxıda və Samuxda keşirilən yas mərasimlərini dayandırıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər davam etdirilir. Keçirilən tədbirlər nəticəsində şəhər ərazisində iki fərqli ünvanda yas mərasimlərinin təşkil edildiyi müəyyən olunub. Müşviq Səfərov və Samir Məmmədzadəyə məxsus fərdi yaşayış […]

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

    Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib. M.Əliyevanın instaqram hesabında yer alan təbrikdə deyilir: “Azərbaycanın bütün xristian icmasını Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizin hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevinc dolu günlər və xoşbəxt gələcək arzulayıram! Qoy bu mübarək gün hər kəsin qəlbini saf niyyətlər və […]

Tacikistan hərbçiləri Qırğızıstanın yaşayış binalarına atəş açdı

Tacikistan hərbçiləri Arka kəndində Qırğızıstan vətəndaşlarının yaşayış evlərinə atəş açıblar. Moderator.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Qırğızıstan Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib. Məlumata görə, Qırğızıstanın sərhəd bölmələri müdafiə mövqeləri tutub. “RİA Novosti”yə Tacikistandan bu vəziyyətlə bağlı hələlik bir açıqlama verilməyib. Xatırladq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin yerli sakinləri arasındakı […]

Qırğızıstanda matəm elan edildi

Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölənlərlə əlaqədar Qırğızıstanda iki günlük matəm elan edilib. “RİA Novosti”nin məlumatına görə, bu barədə Qırğızıstan Respublikasının prezidentinin mətbuat xidmətindən xəbər verilib. Bildirilir ki, matəm günlərində, yəni mayın 1-i və 2-sində ölkə daxilində, eləcə də xaricdəki diplomatik və konsulluq idarələrinin binalarında dövlət bayraqları endiriləcək. Mədəniyyət müəssisələri və televiziya kanallarına əyləncə tədbirlərinin […]

Bu gün Azərbaycanda ilk Qədr gecəsidir

Bu gün Azərbaycanda ilk Qədr (Əhya) gecəsidir. Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, bu il ilk Qədr gecəsi mayın 1-dən 2-nə keçən gecəyə təsadüf edir: “İlk Qədr gecəsi Ramazanın 18-ci günündə olur. Bundan əlavə, Ramazanın 20 (3 may), 22 (5 may) və 26-cı günləri (9 may) də […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31