Məktəb direktorunun otağında QALMAQALLI GÖRÜNTÜ – VİDEO

    Bakıda orta məktəbdə qalmaqallı hadisə baş verib. İşə düzəlmək üçün pul verdiyini iddia edən qadın məktəbə gələrək, direktorla mübahisə etməyə başlayıb. Hadisə Mehdiabad qəsəbəsindəki 5 nömrəli tam orta məktəbdə baş verib. Direktor Samirə Əkbərovaya işə düzəlmək üçün pul verdiyini iddia edən qadın məktəbə gəlib, onunla mübahisə etməyə başlayıb. Mübahisə direktorun otağında baş verib. […]

Azərbaycan dövlətinə ləkə gətirən dələduzluq: saxtakar hakim, himayədar Ədliyyə nazirliyi sahibkarı əsir götürüb

Fikrət İbrahimov adlı şəxs tərəfindən aldadılan vətəndaş Sakin Ağayev üzləşdiyi qanunsuzluqlarla bağlı mətbuat konfransı keçirib. Mətbuat konfransında İbrahimov Fikrət Vəli oğlunun qanunsuz əməlləri və ona havadarlıq edən dövlət məmurları barəsində geniş məlumat verən S.Ağayev bildirib ki, Qazaxstan Respublikasında yaşayan Azərbaycan vətəndaşı Rəhimli Vüsalə Mahmud qızı özünə məxsus olan «Töleş Manğıstau» MMC-nin 51%  hissəsini 14 iyun […]

Yevlaxın icra başçısının evindəki intiharla bağlı ailədən AÇIQLAMA

    Yevlax rayon icra başçısı Anar Tağıyevin ailəsi ona məxsus evdə asılmış meyitin tapılması haqda yayılan informasiyalara münasibət bildirib. Ailədən  bildirilib ki, həmin evin Anar Tağıyevə heç bir aidiyyatı yoxdur: “Həmin ev Sovet dövründə tikilmiş kiçik bir bağ evidir. Ümumi sahəsi də 12 sotdur. Burada heç bir imarətdən söhbət gedə bilməz. Bu ev Anar […]

27 dərəcə isti olacaq – Sabahın HAVASI

    Bakıda və Abşeron yarımadasında şənbə günü hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 18-21, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi […]

Yevlax RİH başçısının ailəsi açıqlama yayıb

Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin ailəsi ona məxsus evdə asılmış meyitin tapılması haqda yayılan informasiyalara münasibət bildirib. Ailədən APA-ya verilən məlumata görə, həmin evin Anar Tağıyevə heç bir aidiyyəti yoxdur: “Həmin ev Sovet dövründə 12 sot sahəsi olan ərazidə tikilmiş kiçik bir bağ evidir. Burada heç bir imarətdən söhbət gedə bilməz. Bu ev […]

Dövlət Məşğulluq Agentliyi 40 milyon manatlıq tenderə yekun vurub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi üçün kənd təsərrüfatı mallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. “Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Aqri Kon” və “Agro Best” QSC konsorsiumudur. Qalib konsorsiuma 40,4 milyon manat ödəniləcək. Şirkətlərdən birinin – “Aqri […]

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır – RƏSMİ

Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edək ki, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində Əfqanıstanda fəaliyyət göstərən Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.

Gürcüstanda vaksin olunan 300-ə yaxın şəxs koronavirusa yoluxub

Gürcüstanda peyvəndlənmədən sonra koronavirusa 300-ə yaxın yoluxma faktı qeydə alınıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, həmin hallar üzrə araşdırmalar aparılır. A.Qamkrelidze deyib ki, COVID-19-a yoluxan həmin şəxslər xəstəliyi kifayət qədər yüngül formada və əksər hallarda […]

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb

“Rəsmi olaraq mayın 13-ü və 14-ü Ramazan bayramı günü kimi qəbul olunub. Ramazan bayramı günündə qılınan namaz şəriətdə qılınması vacib olan namazlar sırasında deyil. Bu, müstəhəb namazdır”. Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, insanlar bir yerə toplaşaraq bu namazı qılarsa, bunun böyük savabı var: “Amma pandemiya şəraiti […]

İcra başçısı qazimizə küçə süpürməyi təklif edib

Pirallahı rayon İcra başçısı Vətən Müharibəsində qəhrəmancasına döyüşmüz zabitə süpürgəçi işləməyi təklif edib. Bu barədə İkinci Qarabağ müharibəsi iştirakçısı, taqım komandiri, baş leytenant İqbal Səfərov özü məlumat verib: “Vətən müharibəsindəki qələbəmizdən sonra ordudan tərxis olundum. Müxtəlif tarixlərdə Pirallahı rayon İcra basçısı Vasif İmanovla iki dəfə şəxsən gorüşmüşəm. İlk görüşümüz Xəzər rayon Hərbi Səfərbərlik İdarəsinin məni […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31