Türkiyəyə göndərilən üç qazimiz sağalaraq vətənə döndü – FOTO

  Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən üç qazimiz sağalaraq Vətənə geri dönüb. Qazilərimiz Rəsulov Elşad Əlimurad oğlunun, Nəzərov Nail Faiq oğlunun və Musayev Bəhman Natiq oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. “YAŞAT” Fondu tərəfindən Türkiyədən […]

İsrail raket atəşinə tutulub: Ölən və yaralananlar var

Qəzza sektorundan İsrail istiqamətinə 45-dən çox raket atılıb. TASS xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi bildirib. O qeyd edib ki, İsrail tərəfi hadisəni ciddi hücum kimi qiymətləndirir və bunu cavabsız qoymayacaq. İsrail ordusunun məlumatına əsasən, raketlərdən biri Sderot şəhərində mülki avtomobilə dəyib. Hadisə nəticəsində bir vətəndaş xəsarət alıb. Digər bir raket isə “Dəmir günbəz” raket əleyhinə […]

Ermənilərin daha bir yalanı ifşa edildi – FOTO

Ermənistanın Azərbaycanla bağlı yaydığı daha bir xəbərin yalan olduğu üzə çıxıb. Sosial şəbəkədə yayılan fotoda guya Azərbaycan Ordusunun hərbçiləri işğaldan azad edilən ərazilərdəki qəbir daşlarından istifadə edərək yol salması bağlı məlumat yayıblar. Foto ilə bağlı kiçik araşdırma apardıqdan sonra məlum olub ki, foto hələ iki il bundan qabaq, 2019-ci ildə Rusiya ərazisində çəkilib. Hadisə isə […]

Lavrov Azərbaycana gəldi 

    Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayıb. Bu axşam o, Prezident İlham Əliyevlə görüşəcək. Mayın 11-də isə Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqları planlaşdırılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi məlumata görə, səfər zamanı Rusiya ilə Azərbaycan arasında ikitərəfli və regional əməkdaşlıq, habelə beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət məsələlərinin […]

Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır – MÜSAHİBƏ+FOTO

  Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) sədri Natiq Zərbəliyevin “Autograph” jurnalına müsahibəsi. “Autograph” jurnalı oxuculara xəbər vermişdi ki, 40-a yaxın xarici avtomobil markalarının rəsmi idxalçı və dilerlərini, eləcə də yerli avtomobil istehsalçılarını sıralarında birlşdirən AADA ölkədə avtomobil parkının cavanlaşdırılması məqsədilə avtomobil idxalında yeni qaydaların tətbiq edilməsi və ümumiyyətlə, avtomobil sektorunda vəziyyətin sağlamlaşdırılmasına dair bir sıra […]

Ağdamda modul tipli yeni hərbi hissə istifadəyə verilib – FOTO/VİDEO

  Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir. Şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin […]

Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satanlar cərimələnib

Lənkəranda üç mağazada yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması faktı aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbir nəticəsində üç mağazada satıcının yetkinlik yaşına çatmayan şəxsə tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, […]

“Space” TV-nin yeni rəhbəri istefa verdi

“Space” teleradio şirkətinə yeni rəhbər təyin olunan Ülviyyə Mikayılova istefa verib. Ü.Mikayılova “Space TV”-nin kollektivinə təqdim olunduqdan beş gün sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib. Ü.Mikayılovanın rəhbərlikdən imtinasına əsas səbəb oradakı çoxsaylı problemlərin olması göstərilir.(Unikal.org)

İlham Əliyev: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”

    “Mən bir daha demək istəyirəm, müharibədən sonra bunu dəfələrlə demişəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz […]

Bakıda külək binanın dam örtüyünü uçurdu – FOTO/VİDEO

    Ötən gecədən başlayaraq Bakı şəhərində güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nununla bağlı paytaxtda insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31