“Space”in istefa verən rəhbərindən QADAĞA

    “Space” televiziyasına rəhbərlikdən istefa verən Ülviyyə Mikayılova özünə qadağa qoyub.  Ülviyyə Mikayılova Teleqraf.com-a açıqlamasında mətbuata məlumat verməyəcəyini deyib: “Mən jurnalistlərə cavab vermirəm”. Qeyd edək ki, Ü.Mikayılova vəzifəsinin beşinci günündə telekanaldan ayrılmaq qərarı verib.

Votsap hesabları siləcək? – Feysbukdan REAKSİYA

    Votsapda bu gündən başlayacaq məhdudlaşdırma ilə bağlı Feysbuk şirkəti rəsmi açıqlama verib. Açıqlamada bildirilib ki, ilk növbədə böyük dəyişikliklər gözlənilmir. Başqa sözlə, yeni müqaviləni təsdiqləməyənlər üçün hesab bloklaması kimi böyük addımlar atılmasa da, istifadəçilər sosial media tətbiqetməsini normal şəkildə istifadə etməyə davam edə biləcəklər. Ancaq gələcəkdə böyük məhdudiyyətlər olacaq. “Məhdudiyyətlər fərqli istifadəçilər üçün […]

35 dərəcə isti olacaq – PROQNOZ

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz 26-31 isti, Bakıda gecə 18-20 isti, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi […]

Rəngli içkilər bədənə necə təsir edir?

    İstehlak olunan içkilərin rəngi bədənə həqiqətən təsir edir. Maye orqanizm tərəfindən müxtəlif yollarla qəbul edilə bilər. Bu barədə reabilitasiya təlimçisi Aleksandr Kojevnikov “Zvezda” telekanalına verdiyi müsahibədə danışıb. Xüsusilə rəng şirinlik hissini artıra bilər və məhsulun dadına faydalı təsir göstərir. Bu içkilər mütəxəssislər tərəfindən fəal şəkildə istifadə olunur. “Əbəs yerə Amerikada bəzi sular çəhrayı […]

İsrail qırıcıları Fələstin DİN-in binasını vurdu

İsrailin Hərbi Hava Qüvvələri Qəzza sektorunun qərbində Daxili İşlər Nazirliyinin binasına zərbə endirib. Bu barədə “Ihlas” agentliyi məlumat yayıb. Agentliyin digər məlumatına görə, Fələstin hökuməti ABŞ-ı İsrailin Qəzza, İordan çayının qərb sahili və Qüdsdəki qırğınlarına susmaqda ittiham edib.

Fransızlardan Makrona çağırış: “Başqalarının işlərinə soxulma”

  Fransanın “Le Figaro” qəzetinin oxucuları Prezident Emmanuel Makronun Azərbaycanla bağlı çağırışını şərh ediblər. Franızlar Makrona əvvəlcə öz ölkəsində etimad qazanmalı olduğunu xatırladıblar. “Beynəlxalq arenaya çıxmaq üçün əvvəlcə öz ölkənizdə etimad qazanmalısınız, əks halda bu, beynəlxalq ictimaiyyətdə gülüş doğura bilər”, – deyə istifadəçilərdən biri qeyd edib. “Fransa çox uzaqdadır. Makronun Rusiyadan Ermənistanı qorumasını istəməsi lazımdır”, […]

Rusiya bu ölkələrlə aviaəlaqələri bərpa edir

    Rusiya 5 ölkə ilə aviaəlaqələri bərpa edir. Bu barədə Rusiyanın Operativ Qərargahı məlumatı yayıb. Bu ölkələrin İslandiya, Malta, Meksika, Portuqaliya və Səudiyyə Ərəbistanı olduğu bildirilib.

Bakıda qadına qarşı İYRƏNC CİNAYƏT

    Bakıda qadına qarşı soyğunçuluq əməli törətmiş şəxs tutulub. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində mayın 9-da F.İsmayılovaya zor tətbiq edərək soyğunçuluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əşrəfov saxlanılıb. Onun barəsində araşdırmalar davam etdirilir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31