İcra başçısı Mərkəzi bazarda sakinlərin qayğıları ilə maraqlanıb

Dövlət başçısının vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr, sakinlərlə bağlı atdığı nümunəvi addımlar Ağstafada da hiss olunur. Bunu son illər rayonda görülən işlərdən, həyata keçirilən tədbirlərdən, ən əsası da vətəndaş mövqeyinin, onlara olan diqqət və qayğının üstün tutulmasından aydın şəkildə görmək olur. Mediaxeberleri.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun rəhbər təyin […]

TƏBİB açıqlama yaydı

  Tibbi sığortanın tətbiqindən sonra xidmət keyfiyyətinin yaxşılaşdırılması və ona vətəndaş əlçatanlığının təmin edilməsi kadrların peşəkarlığı və mövcud səhiyyə sisteminin yeni sistemə transformasiyasından bilavasitə asılıdır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumatda bildirilir ki, qeyd edilən məqsədə nail olmaq üçün səhiyyə sistemini tam əhatə edən dəyişikliklər həyata keçirilməlidir. Bu istiqamətdə TƏBİB-in nümayəndələri beynəlxalq ekspertlərlə birlikdə […]

Azərbaycanlı deputatlar İtaliyaya getdi

    Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin İtaliya tərəfinin dəvəti ilə mayın 17-də bu ölkəyə rəsmi səfəri başlayıb. Səfər çərçivəsində Milli Məclisin Sədrinin İtaliya parlamentinin hər iki palatasının sədrləri, ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi və ölkəmizlə İqtisadi Əməkdaşlıq üzrə birgə […]

Bakıda vəzifəli şəxsin intiharının SƏBƏBİ

  Xəbər verdiyimiz kimi, bu gün “Kapital Bank”ın filial müdiri Mahir Sultanov intihar edib. Mərhum 1 il öncə 11 yaşlı övladını xərçəngdən itirib. Belə ki, Mahir Sultanov övladının sağlamlığı üçün bütün əmlakını satsa da, onu xilas edə bilməyib. Azyaşlı oğlunun ölümü ilə o, tamamilə sarsılıb və sonda intihar edərək həyatına son qoyub.

Zəngəzurdakı 9 kəndimiz ermənilərə necə verildi? – FAKTLAR ÜZƏ ÇIXDI

    Hazırda Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası aparılır. Sərhəd məsələləri Azərbaycan SSR-nin 1974-cü il xəritəsinə əsasən həyata keçirilir. Sual yaranır ki, niyə məhz 1974-cü il xəritəsi? Ümumiyyətlə, Qazax və Naxçıvan istiqamətində Azərbaycan və Ermənistan daxilindəki anklavlar, eksklavlar nə zaman yarandı? Hansı ərazilər ermənilərə güzəştə gedildi və 1960-cı illərin əvvəllərində bunları kim edirdi? Azərbaycan indi örüş və […]

Operativ Qərargah MƏLUMAT YAYDI

    Azərbaycanda bu gün 3 694 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 471 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 798 743, birinci mərhələ üzrə peyvənd […]

Sabahdan Azərbaycanda “Sputnik V” vaksinin vurulmasına başlanır – RƏSMİ

  Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Məlumatda deyilir: “Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam etməkdədir. Mayın 18-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar Rusiya istehsalı olan “Sputnik V” vaksinindən də […]

7 min nəfərə şad xəbər – Prezident sərəncam imzaladı – VİDEO

      ***** Video əlavə edilib. Prezident İlham Əliyev “Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası […]

Bakının mərkəzindəki parkda DƏHŞƏT YAŞANDI – Özünü asaraq intihar etdi

    Mayın 17-də saat 11 radələrində paytaxt sakini, 1994-cü il təvəllüdlü Əlizadə Mirəziz Əskər oğlunun Nəsimi rayonu ərazisində yerləşən Tesla parkı ərazisində özünü kəndirlə asaraq intihar etməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluğun Mətbuat xidmətindən  sorğusuna cavab olaraq bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə […]

Hava KƏSKİN DƏYİŞİR – Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

  Bakıda və Abşeron yarımadasında mayın 18-də gündüz şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın şimal və qərb rayonlarında mayın 18-i gündüz əsasən şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Xəbərdarlıq edilib ki, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31