Prezidentə təbrik məktubları gəlməkdə davam edir

    Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir: “Möhtərəm cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə Serbiya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır və ölkənizə tərəqqi, vətəndaşlarınıza yüksək rifah diləyirəm. Əminəm ki, qarşıdakı dövrdə ölkələrimiz arasında dialoqu ən ali […]

Çavuşoğlu Azərbaycana gəlir

    Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək. Bu barədə nazir Türkiyədə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycana Yunanıstana səfərdən sonra gedəcək. Nazirin sözlərinə görə, Yunanıstana səfər mayın 31-də planlaşdırılıb.

İşçiləri Kim Kardaşyanı məhkəməyə verdi: Nahar etməyə qoymayıb

Kim Kardaşyanın bağında işləyən və ev təsərrüfatı ilə məşğul olan yeddi nəfər onu məhkəməyə verib. Bu barədə “Daily Mail” xəbər verib. İşçilərin sözlərinə görə, Kardaşyan onların maaşının 10 faizini vergi adı ilə tutsa da, həmin pulları dövlətə ödəməyib, əlavə işlədikləri saatların pulunu verməyib, bəzən isə onları nahar etməyə qoymadan işlədib. Hazırda Endryu Ramirez, qardaşı Kristofer […]

Magistraturaya qəbul imtahanı başa çatıb

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı başa çatıb. Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 63 imtahan binasında aparılıb. Binalarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılıb. İştirakçıların imtahan vaxtını düzgün idarə edə bilməsi üçün Bakı və regionlar da daxil olmaqla bütün […]

Erməni əsgərlərin sərhəddə atəş açması videosu… – VİDEO

Erməni əsgərlərin sərhəddə azərbaycanlı hərbçilərə qarşı aqressiv hərəkəti və göyə atəş açmasını əks etdirən video ciddi rezonans doğurub. Elə erməni blogerlərin istəyi də budur: daxili auditoriyada ölən erməni ruhunu ECMO aparatına qoşmaq, eyni zamanda qarşı tərəfdə qıcıq yaratmaq, sərhəddə vəziyyəti gərginləşdirmək və KTMT-yə müraciət imkanı qazanaraq, sərhədlərin demarkasiya və delimitasiya prosesini dondurmaq, 30 illik işğal […]

Mayın 28-i ictimai nəqliyyat işləyəcək – Rəsmi

28 May – Respublika Günü ölkə ərazisində ictimai nəqliyyat işləyəcək. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, mayın 28-də Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkətinin dayandırılması nəzərdə tutulmayıb.

“1 manatlıq” taksilər ləğv olunarsa, onları nə əvəz edəcək? – AÇIQLAMA

Bakıda “1 manatlıq” taksilər adlandırılan avtomobillərin qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Məsələ ilə bağlı müəyyən istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətini normallaşdırmaq planlaşdırılır. “1 manatlıq” taksilərə qarşı görüləcək tədbirlər 3 qrup insanı əhatə edəcək. Belə ki, bu taksilərin xidmətindən istifadə edən şəxslər heç də “1 manatlıq” taksilərin şəhərdən yığışdırılmasını istəmir. Çünki vətəndaşlar […]

Vilayət Eyvazovdan Ramiz Zeynalovla bağlı əmr

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovla bağlı əmr verib. Unikal.org-un əldə etdiyi məlumata görə, nazirin əmri ilə, R.Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti bir il artırılıb. Qeyd edək ki, Ramiz Zeynalovun 2021-ci ilin 19 fevral tarixində 70 yaşı tamam olub.

Boris Conson müsəlman qadınlardan üzr istədi

Böyük Britaniyanın Baş naziri Boris Conson əvvəllər müsəlman qadınlarla bağlı verdiyi açıqlamalara görə üzr istəyib, ifadələrinin inciklik və qəzəb yaratdığı üçün təəssüfləndiyini dilə gətirib. Bu barədə “Anadolu” agentliyi xəbər verib. “Dediklərimə görə müəyyən bir inciklik olduğunu bilirəm. İnsanlar mənim mövqeyimdə olan birindən doğru hərəkət gözləyirlər, amma mediada fikirləri aydın ifadə etməlisən. Sözün açığı, yaşatdığım hər […]

Mövlud Çavuşoğlu Yunanıstana gedəcək

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Yunanıstana səfər edəcək. Bu barədə Türkiyə mətbuatı yazıb. “Gələn dəvətdən sonra bazar ertəsi Yunanıstana gedəcəyəm”, – deyə nazir bildirib. Qeyd edək ki, Türkiyədə Mövlud Çavuşoğlu ilə yunan həmkarı Nikos Dendias arasında keçirilən görüşdə gərginlik yaşanmışdı. Mətbuat konfransında Türkiyəyə qarşı ittihamlar səsləndirən Dendiasa Mövlud Çavuşoğlu kəskin cavablar vermişdi.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31