Abid Şərifovun vəziyyəti pisləşdi

Baş nazirin sabiq müavini Abid Şərifov xəstəxanaya yerləşdirilib. Abid Şərifov böyrəklərində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilsə də, orada çoxsaylı problemlərinin olduğu ortaya çıxıb. Bu barədə danışan Abid Şərifov daha sonra virusa görə xəstəxanada deyil, evdə müalicələrinin davam etdiyini bildirib: “Hazırda vəziyyətim pisdir. Xəstəxanaya getdim. Virusa görə imtina etdim, evdə müalicə alıram. Bununla yanaşı problemlərim çoxdur. […]

Mübariz Mənsimovun ev dustaqlığı ləğv olundu

İş adamı Mübariz Mənsimov İstanbuldan çıxmamaq şərtiylə ev həbsindən azad olundu. Moderator.az xəbər verir ki, bu barədə Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib.

Gəncədə erməni terrorundan zərər çəkənlərə mənzillər verildi

Gəncədə raket zərbələri nəticəsində zərərçəkən ailələrin bir qismi Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 272 ünvanında yerləşən yeni yaşayış kompleksində tam təmirli mənzillərlə təmin ediliblər. Bu barədə Gəncə şəhər İcra Hakimiyyəti məlumat yayıb. Bildirilib ki, digər 12 ailəyə isə istəklərinə uyğun olaraq razılaşdırılmış qaydada mənzillərinin dəyəri məbləğində […]

Köhnə avtomobil sahiblərinin NƏZƏRİNƏ

“Azərbaycanda ekoloji təmizliyi qorumaq məqsədilə istismara yararsız nəqliyyat növlərinin utilizasiyası proqramının tətbiqi ilə bağlı əsas mərhələ yekunlaşıb. Sənəd layihələri hazırlanıb və aidiyyəti dövlət qurumları ilə görüşlər keçirilib”. Bunu “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov “Ekspert saatı”nda deyib. O qeyd edib ki, təkliflər müzakirə olunub: “İki dəfə sənəd layihələrində zəruri dəyişiklik edilib. Hazırda […]

Azərbaycanda 17 yaşlı qız ana oldu

Ağdam rayonunda yaşayan 17 yaşlı qız ana olub. Moderator.az “qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü S.Quliyeva iyunun 23-də hamilə vəziyyətdə Gəncə şəhər doğum evinə gətirilib. 17 yaşlı qızın həmin gün övladı dünyaya gəlib. S.Quliyevanın 16 yaşı tamam olmadan öncə cinsi əlaqədə olması ilə bağlı Ağdam RPŞ-də araşdırma aparılır.

Lavrov müzakirə edir: Qaçqınların Xankəndiyə qayıdışı – TƏHLİL

    Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə qaçqınların Qarabağ və ətraf rayonlara qayıdışı məsələsini müzakirə edib. Lavrovun Qrandi ilə bu məsələni müzakirə etməsində Moskvanın iki marağı var: 1. Qərbə Dağlıq Qarabağ münaqişəsinin onun vasitəçiliyi ilə həll edildiyinin və artıq humanitar məsələlərin gündəmdə olduğunun mesajını verir; 2. […]

İlan sancan şəxslərin sayı AÇIQLANDI – RƏSMİ

“Cari ay ərzində müraciətlərin çoxu ilan sancmaları ilə bağlıdır. Təkcə bu ay ərzində 16 nəfər ilan sancması ilə müraciət edib ki, onlardan da dörd nəfəri azyaşlıdır”. Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib. Həkim bildirib ki, iyunun 1-dən bu günə qədər Bakıətrafı kəndlərlə yanaşı, regionlardan da ilan […]

Azərbaycanda 20-yə yaxın şəxsi GÜN VURDU

    İyunun 22-29-da 19 nəfəri gün vurub. Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. Günvurma zamanı 12 nəfərə yerində yardım göstərilib. Onlardan 5-i uşaq olub. eyni zamanda 7 nəfər hospitalizasiya olunub ki, bunun ikisi uşaqdır.

Azərbaycanlı deputatdan erməni deputatların iddiasına SƏRT REAKSİYA

    Bu gün Milli Məclisin deputatları, NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Məlahət İbrahimqızı və Kamran Bayramov NATO Parlament Assambleyasının video konfrans formatında keçirilən Rouz-Rout seminarına qatılıb. “Cənubi Qafqazda keçmişdən qalma dilemmalar və yeni təhlükəsizlik çağırışları” mövzusuna həsr olunan tədbir NATO PA-nın prezidenti Cerald Edvard Konollinin moderatorluğu ilə keçirilib. Tədbirdə Milli Məclisin Əmək və […]

Azərbaycanda falçı və əri saxlanıldı: avtomobilindən GÖRÜN NƏ TAPILDI – FOTO

    Qusarda fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, Qusar rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək iyun ayının 27-də tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini, evində şər qüvvələr olduğunu bildirərək fala baxmaq adı […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930