Neft-qaz nəhəngi “Shell” 21,5 milyard dollar zərər edib – VİDEO

Böyük Britaniya və Niderlandın məşhur neft və qaz şirkəti nəhəngi “Royal Dutch Shell” 2020-ci ili zərərlə başa vurub. Oxu.Az-ın şirkətin mediaya təqdim etdiyi hesabatlara əsasən verdiyi məlumata görə, “Royal Dutch Shell” 2020-ci ildə 21,5 milyard dollar zərər edib. Neft-qaz nəhənginin 1988-ci ildən bu yana maliyyə hesabatlarını analiz edən iqtisadçıların fikrincə bu, şirkət üçün anti-rekord sayılır. […]

50 milyard manat gəlir: SOCAR 2020-ci il üzrə maliyyə göstəricilərini AÇIQLADI

Dünya neft sənayesi tarixinin ən təlatümlü dövrü kimi yaddaşlarda qalan 2020-ci ildə SOCAR neft və qaz yataqlarının işlənməsi, karbohidrogenlərin nəqli və satışı seqmentlərində əldə etdiyi müsbət nəticələr hesabına üzləşə biləcəyi xalis zərəri azaltmağa nail olub. SOCAR 2020-ci ili 1 milyard 734 milyon manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 651 milyon manat […]

BP ən çox zərər görən şirkətlər sırasında – 20,3 milyard dollar

Böyük Britaniyanın məşhur enerji şirkəti “British Petrolium” (BP) şirkəti 2020-ci ilə zərərlə yekun vurub. Oxu.Az-ın şirkətin mediaya təqdim etdiyi hesabatlara əsasən verdiyi məlumata görə, BP şirkəti ötən il 20,3 milyard dollar zərər edib. BP-nin maliyyə hesabatlarının analizinə əsasən, 2010-2020-ci illər ərzində nəhəng enerji şirkəti üç dəfə zərərə gedib. Belə ki, şirkət 2010-cu və 2015-cı illəri […]

“Xosrov və Şirin”in aktyorundan şok etiraf: “Poemanı oxumasam da…”

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə əməkdaşlığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilən “Xosrov və Şirin” bədii-serialı çəkilir. Serialda Xosrov obrazını canlandıran model Rüstəm Cəbrayılov Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik: – Rüstəm bəy, “Xosrov və Şirin” serialının çəkilişləri başlayıb. Çəkilişlər necə davam edir? – “Xosrov və […]

“Azərişıq” ASC-nin əməkdaşı iş başında öldü

    Bakıda montyor iş başında ölüb. Hadisə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində qeydə alınıb. Məlumata görə, “Azərişıq” ASC-nin Sabunçu Rayon Enerji Təchizat və Satışı İdarəsinin əməkdaşı, 36 yaşlı Elçin İbadov işıq dirəyindən yıxılıb. O, yerindəcə keçinib. Faktla bağlı Sabunçu Rayon prokuroruluğunda araşdırma aparılır. (report)

“Qurtuluş-93 ”-ün sahibinin ailəsi xalqa qənim kəsilib: Üstünüzdən keçərik

Ötən ayın ortalarında Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törətmişdi.  “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb.  Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb. Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, və bu […]

Səttar Möhbalıyev: “Türkiyənin regiona gəlməsi, baş verən proseslərə cəlb edilməsi yeni siyasi reallığı əks etdirir”

“Azərbaycanın işğaldan azada olunmuş ərazilərinin əhəmiyyəti durmadan artmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış tarixi Bəyannamə bölgədə yeni yaranmış reallıqların əyani təzahürüdür, iki qardaş ölkənin bütün sahələrdə münasibətlərinin bundan sonra da sürətli inkişafına təkan verəcək. Bəyannamənin işğaldan azad olunmuş Şuşa şəhərində imzalanması bölgənin […]

Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilir: həm rəngi, həm də forması – FOTO

    “Məktəblilər üçün yeni geyim nümunələri təsdiq üçün təqdim edilib”. Bu barədə Təhsil Nazirliyindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib. Rəsmi məlumata görə, həmin təsvirlər təsdiq edildiyi təqdirdə ictimaiyyətə bildiriləcək. Bununla belə qeyd edilib ki, yeni geyim forması təsdiq olunduqdan bir müddət sonra da hazırda qüvvədə olan məktəbli formaları da istifadədə qalacaq. Xatırladaq ki, pandemiyadan […]

Bakıda 660 minlik prezervativ oğurlandı – Polisə şikayət

Bakıda külli miqdarda dəyəri olan prezervativlərin oğurlanması ilə bağlı polisə şikayət daxil olub. Bu barədə iyulun 4-də İran vətəndaşı, 1971-ci il təvəllüdlü Moeinifard Seyidmohammad Mirvəliyullah Nərimanov RPİ-yə ərizə ilə müraciət edərək məlumat verib. O bildirib ki, AFEN Plazada yerləşən və icarəyə götürdüyü anbardan 663 600 manat dəyərində rezin qoruyucu oğurlanıb. Araşdırma zamanı məlum olub ki, […]

Arif Quliyevin məzar daşı qoyuldu – FOTO+ÖZƏL

Xalq artisti, mərhum aktyor Arif Quliyevin məzar daşı qoyulub. Bu haqda  açıqlamasında Xalq artistinin gəlini Nəzifə Quliyeva bildirib. “10 gün əvvəl cənab prezidentin tapşırığı ilə aidiyyatı qurum ailəmizlə əlaqə saxladı və bildirdi ki, nə lazımdırsa, hər şey ediləcək. 10 gün içində məzar daşı hazırlandı, dəfn olunduğu ərazi ağ daşlarla dövrəyə alındı. Bu gün nəhayət ki, Arif müəllimin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031