“Anglo-Asian Mining” qızıl külçələrinin satışını 10 %-dək artırıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə bu ilin ilk yarım ilində hasil edilən qızıldan istehsal edilən külçələrin satışından əldə edilən gəlirlərini açıqlayıb. Şirkətin açıqladığı hesabata əsasən, şirkət bu ilin ilk yarım ilində 13 947 unsiya qızıl külçələrinin satışını həyata keçirib. 2020-ci ilin […]

Bakıda əməliyyat olunmağa girən kişi narkozdan öldü – Həkim səhlənkarlığı

Bakı şəhəri, Xəzər rayonunda yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında ölüm hadisəsi baş verib. Bu barədə  ölən şəxsin oğlu vətəndaş Vüsal Hüseynov məlumat verib. O bildirib ki, atası 56 yaşlı Həsənağa Həsənov həkim səhlənkarlığı nəticəsində vəfat edib: “Dünən atam səhər öd daşı əməliyyatına girməli idi. Əməliyyat öncəsi bütün analizləri verdik, hər şey normal idi. Deyə-gülə əməliyyata […]

BAKIDA RESTORANLARDA ÖZBAŞINALIQDIR… – “Toylar daha sərt şəkildə qadağan edilməlidir”

Dünyada COVID-19-a yoluxma hallarının sayında ardıcıl dördüncü həftədir artım qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreisus bu barədə danışarkən deyib ki, bu artım ÜST-nin altı regionundan beşində qeydə alınıb. Qebreisus ölüm halları ilə bağlı bədbin rəqəmlər də açıqlayıb. Belə ki, buna qədər 10 həftə azalan ölüm sayı son həftədə artıma keçib. […]

“Peyvənd sertifikatı” müddətsizdir – RƏSMİ

  “Peyvənd sertifikatı” müddətsizdir. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabda qeyd olunub. Qeyd olunub ki, dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir: “Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan […]

Dollar 4 faizə yaxın dəyər qazanıb

  Dünya bazarında ABŞ dolları əsas valyutalara nisbətən möhkəmlənməkdə davam edir. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. Dünənki birjalarda dollar Avropa pulu daxil olmaqla əksər səbət valyutalarına nisbətən son bir ayın ən yüksək artımı ilə tamamlayıb. ABŞ dollarındakı artımlarındakı yüksəlişin səbəblərini şərh edən iqtisadçı, millət vəkili Vüqar Bayramov bildirib ki, […]

Ərə verilən 15 yaşlı qızın yeri məlum oldu – VİDEO

Şəkidə 15 yaşlı qız 30 yaşlı kişiyə ərə verilib. “Report”un şimal-qərb bürosunun çəkiliş qrupu həmin qızın yaşadığı evə yollanıb. Çəkiliş qrupumuz orada olarkən məlum olub ki, yeniyetmə qızın ata və anası polis şöbəsinə dəvət olunub. Əməkdaşlarımız qızın qonşuları ilə həmsöhbət olublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir […]

Bu gün III qrupa qəbul imtahanı keçiriləcək

  Bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa […]

Sabirabadda qadını zorlayanlar həbs edildi

  Bu il iyunun 12-də saat 22 radələrində yaşadığı evdə tək olarkən rayonun Həşimxanlı kənd sakini 1977-ci il təvəllüdlü Nazilə Məmmədovanın yaşadığı evdə həmkəndliləri Faiq Əmrahov və Əvəz Əmrahov tərəfindən zorlanması ilə bağlı N.Məmmədovanın müraciəti əsasında Sabirabad rayon prokurorluğunda araşdırma aparılıb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.1-ci (Zorlama bir qrup şəxs, qabaqcadan əlbir olan […]

MÖVQELƏRİMİZ SÜLHMƏRAMLILARIN NƏZARƏTİNDƏKİ ƏRAZİDƏN ATƏŞƏ TUTULDU – Rəsmi açıqlama

  Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Zelenski daxili işlər naziri postuna namizəd təqdim edib

  Ukrayna prezidenti Vladimir Zelenskiy daxili işlər naziri postuna namizəd təqdim edib. “Report”un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, posta hakim “Xalqın Xidmətçisi” (“Suluqa naroda”) partiyasından, hazırda parlamentdə Hüquq mühafizə orqanlarının fəaliyyəti üzrə komitənin sədri Denis Monastriskiynin namizədliyi Ali Radaya rəsmən irəli sürülüb. Arsen Avakovun istefa ərizəsinə və yeni daxili işlər nazirinin təsdiqi ilə bağlı […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031