SON DƏQİQƏ: Şuşa yenə atəşə tutuldu

    İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Yağış yağacaq, külək əsəcək – Bu günün HAVASI

    Bu günə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 29-32 isti, Bakıda gecə […]

Şəhidin iki yaşlı qızı vəfat etdi – FOTO

  Vətən müharibəsi şəhidi Orxan Əliyevin azyaşlı qızı vəfat edib. O.Əliyevin qızı, 2019-cu il təvəllüdlü Nur anadangəlmə qaraciyər serrozu xəstəliyindən əziyyət çəkib. Daimi müalicə olunub. Nurun xalası donor olub və qaraciyəri ona köçürülüb. Bir neçə gün öncə Nur ailəsi ilə Bakıdan Bərdəyə qayıdıb. Son günlər temperaturu mütəmadi olaraq yüksək olurmuş. İlkin qənaətə görə, xalasının qaraciyəri […]

Göygöldə 31 yaşlı kişi  minaya düşərək ölüb

Göygöl rayonunda çoban mal-qara otaran zaman minaya düşüb. Hadisə rayonun Bənövşəli yaylağı deyilən ərazidə qeydə alınıb. Yaylaq ərazisində mal-qara otaran, 1990-cı il təvəllüdlü Ocaqquliyev Ramal Kamal oğlu minaya düşüb. O, hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb.

Qurban bayramı namazı stadionda qılınacaq…

Müsəlman ölkəsi Azərbaycanda da belə bir iş təşkil etmək mümkündür… Mədəni inteqrasiyanın möhtəşəm bir nümunəsi olaraq İrlandiya ardıcıl ikinci il müsəlmanların Qurban bayramı üçün ölkənin ən böyük stadionunu ayırıb. “Gel idmanı dərnəyi və “Krouk Park” komandasının Qurban Bayramını qeyd etmək üçün bir daha bir icma olaraq bizlərə stadionda toplaşma fürsəti təqdim etməsindən məmnunam” -deyə İrlandiya […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031