Forbes”: “Azərbaycanlılar erməni tanklarını məhv etdiyi kimi Ukrayna da Rusiya gəmilərini sıradan çıxarmaq istəyir”

“Bayraktar” və dronlar daşıyacaq “Anadolu” gəmisi gündəmdədir “Baykar Makina” şirkəti tərəfindən istehsal edilən “Bayraktar TB2”-Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş (PUA) təyyarəsidir. Bu dron haqqında ABŞ-ın məşhur “Forbes” jurnalı məqalə təqdim edib. Silahlar üzrə ixtisaslaşmış David Axe-nin qələmə aldığı “The Ukrainian Navy’s Killer Drone Has Arrived” (Ukrayna donanması qatil dronlar əldə etdi) […]

Perunun eks-prezidentləri bir il ölkədən çıxa bilməz – qanun

Peru prezidentləri artıq səlahiyyət müddətləri bitdikdən sonra bir il ölkəni tərk edə bilməyəcəklər. Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkə Konstitusiyasına müvafiq dəyişikliklər edilib. “Sabiq prezident və ya bu vəzifəni tutan şəxs prezidentlik səlahiyyətləri bitdikdən sonra respublikanın Konqresinin icazəsi olduğu hallar istisna olmaqla ən azı bir il ölkəni tərk etməməlidir”, – Konstitusiyanın 112-ci […]

Çin virusun mənşəyini gizlətməyə çalışır?

Çin COVID-19-un mənşəyinin öyrənilməsi üçün lazım olan “xam datanı” gizlətməsinə dair Dünya Səhiyyə Təşkilatının (DST) ittihamlarını rədd edib. The Telegraph qəzetinin yazdığına görə Pekin bildirib ki, ekspertlərin Çinə bir neçə ay əvvəlki səfəri zamanı onlara bütün materiallara adekvat giriş verilib. DST-nin baş katibi deyib ki, koronavirusun mənşəyi barədə təhqiqata virusun yayılmasının ilk günlərinə aid materialların olmaması əngəl […]

Prezident bir neçə ölkədən səfirləri geri çağırdı

Bu gün prezident İlham Əliyev diplomatik korpusda bəzi kadr dəyişiklikləri edib. Prezidentin imzaladığı sərəncamla Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb. Prezident İlham Əliyevin digər sərəncamı ilə Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycanın Belarusdakı […]

Bakıdan Naxçıvana ilk avtobus yola düşüb

Uzun müddətli fasilədən sonra Bakıdan Naxçıvana ilk avtobus reysi yola salınıb. Dövlət Avtomobil Nəqliyyatı Xidməti xəbər verir ki, ilkin olaraq yalnız səhər reyslərinin fəaliyyəti nəzərdə tutulub. Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.

Ermənistanda əsgərlər bir-birini güllələdi

Ermənistan ordusunun hərbçisi ölüb. “News.az”-ın yaydığı məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib. iyulun 16-sı axşam saatlarında N saylı hərbi hissənin əsgəri, 2001-ci il təvəllüdlü Artur Kazaryan əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində ölümcül yara alıb və həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Xocavənddə ermənilərin minaladığı ərazilərdə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xocavənd rayonunun Edilli kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən bildirilib ki, məlumat əsasında Nazirliyin müvafiq qüvvələri dərhal yanğın baş vermiş əraziyə cəlb olunub. Təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nazirliyin Dövlət Yanğından Mühafizə […]

“Cənnətdə” oturub Azərbaycan banklarını soydu

İspaniyanın Aralıq dənizində yerləşən Kosta Blanka adasında (Valensiya muxtar bölgəsinə daxildir) yerli məhkəmə Azərbaycan da daxil olmaqla bir neçə ölkənin banklarına kiberhücum həyata keçirərək milyonlarla dollar oğurlamış rusiyalı hakerə hökm oxuyub. Virtualaz.org xəbər verir ki, Denis Tokarenko adlı bu haker  4 il yarım həbs cəzasına məhkum edilib. Eyni zamanda o, 6 milyon dollar cərimə ödəməlidir. […]

20 yeni metro vaqonu “Nərimanov” deposuna gətirilib – FOTO

“Bakı Metropoliteni” QSC-nin Rusiyadan aldığı 20 yeni metro vaqonu “Nərimanov” elektrik deposuna gətirilib.

“C5+1” Əfqanıstanda hakimiyyətin güc yolu ilə dəyişdirilməsini dəstəkləmir

“Mərkəzi Asiya dövlətləri və ABŞ Əfqanıstanda hakimiyyətin güc tətbiqi yolu ilə dəyişdirilməsini dəstəkləmir, bu ölkədəki münaqişənin dinc yolla tənzimlənməsinə yardımı davam etdirəcəklərini elan edirlər. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Mərkəzi Asiya ölkələri – ABŞ” (C5+1) formatında Daşkənddə keçirilən görüşün yekun bəyanatında bildirilib. Yekun sənəddə terrorçuların və üçüncü tərəfin “C5+1”ə daxil olan […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031