Bir sıra ölkələrdən diri donuz, xammal və genetik materialların idxalı məhdudlaşdırıldı

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. AQTA-dan  verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Vyetnam Sosialist Respublikası, Macarıstan Respublikası, Rumıniya Respublikası, […]

Alimlər koronavirusun uşaqlarda təhlükəli təsirlərinin səbəbini aşkarladı

  Massaçusets və Harvard Tibb Məktəblərinin alimləri koronavirusun uşaq və yeniyetmələrə uzunmüddətli təsirindən və səbəblərindən söz açıb. Uzun müddət davam edən infeksiyanın ilk əlamətləri arasında yüksək hərarət, qarın ağrısı, qusma, ishal, ürək çatışmazlığı, şiddətli baş ağrısı və yorğunluq olduğu qeyd olunur. Mədə-bağırsaq traktının xəstəliklərinin azyaşlılar arasında daha az rast gəlinməsinə baxmayaraq, həkimlər bildirib ki, tamamilə […]

Bu tarixdən uşaq bağçalarına elektron qəbul başlayır

    Ölkə başçısının dövlət qurumlarının fəaliyyətinin şəffaflaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, Bakı şəhərinin məktəbəqədər tərbiyə müəssisələrinə uşaq qəbuluna dair elektron xidmətin yaradılması sahəsində işlər başa çatdırılıb. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib ki, avqustun 2-dən etibarən paytaxtın məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun elektron qaydada aparılmasına start veriləcək. Onun […]

Bərbərxana və gözəllik salonları ilə bağlı Nazirlər Kabineti QƏRAR VERDİ

    Bərbərxana və gözəllik salonlarına giriş üçün müştərilərdən COVID-19 pasportu tələb olunmayacaq. Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edib. Dəyişikliyə əsasən, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu […]

Tələbələrdən COVID-19 pasportu tələb olunacaq

    Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib. Qərara əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən: Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən […]

Prezident Elin Süleymanovla bağlı sərəncam imzaladı

    Prezident İlham Əliyev E.E.Süleymanovun Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib. Sərəncamla Elin Emin oğlu Süleymanov Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Şamaxıda polis əməkdaşı öldü – BU SƏBƏBDƏN

    Şamaxı rayonunda polis əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb. Hadisə rayonun Məlikçobanlı kəndində qeydə alınıb. İlkin məlumata görə, polis serjantı İdrak Alıyev öz evinin həyətində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində vəfat edib. Hadisə onun xidmətdənkənar olduğu vaxt baş verib. Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.

Şəhid polkovnik İlqar Mirzəyevin oğlu əsgər getdi – VİDEO

    Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev bu gün hərbi xidmətə yola düşüb. E. Mirzəyevi bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsindən yaxınları və dostları yola salıb.  

Bu gün Operativ Qərargahın brifinqi olacaq

    Bu gün saat 15:00-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi olacaq. Brifinqdə vaksinasiya və koronavirusa yoluxma haqda danışılacaq.

“AST GROUP” MMC rəhbəri Sərraf Əliyev tərəfdaşını necə aldadıb? – İnanılmaz maska fırıldağı…

Bakının Xətai rayonu, general Mehmandarov küçəsi, ev 80, mənzil 57 ünvanında qeydiyyatda olan “MYPRO” MMC-nin icraçı direktoru Məmmədov Arif Vaqif oğlu Mugan TV-nin direktoru İsmayıl İslamoğluna şikayət məktubu ünvanlayıb. Onun sözlərinə görə, barəsində danışacağı Sərraf Əliyev adlı şəxslə müştərisi vasitəsi ilə tanış olub: “2020-ci ilin sonlarında telefon vasitəsi ilə Sərraf Əliyevlə tanışlığımız yarandı. Sərrafla telefonla […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031