Bakıda “patı” satışı ilə məşğul olan şəxslər saxlanıldı – FOTO/VİDEO

    Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər saxlanılıb. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun əsasən “Kubinka”, “Şamaxinka” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni “patı”nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 3 nəfər tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. […]

Azərbaycanda vəzifəli şəxslər 54 min manat cərimələndilər – RƏSMİ

    Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ilin birinci yarısında aparılmış nəzarət tədbirlərinin nəticələri haqqında məlumat verilib. Maliyyə Nazirliyindən  verilən hesabata görə, Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2021-ci il üçün təsdiq olunmuş İş Planına uyğun olaraq Xidmətin mərkəzi aparatı tərəfindən 2021-ci ilin birinci yarısında 12 büdcə təşkilatına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi […]

Xəzərdə batan var

  Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-dən bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Əlavə məlumat veriləcək.

Azərbaycanlı məşhurlar Türkiyəyə BELƏ DƏSTƏK OLDU – FOTO

    Xalq artisti Faiq Ağayev, Əməkdar artist Rəşad İlyasov, müğənnilər Xatirə İslam, İlahə İbadova, aparıcı Vüsalə Əlizadə və başqaları türk qardaş və baclarımızı bu ağır günlərdə tək qoymayıb. Sənət adamları sosial şəbəkələrdə “Canımız yanır”, “Ciyərlərimiz yanır” həştəqləri açaraq hər kəsi Türkiyə üçün dua və yardım etməyə çağırıb. Faiq Ağayev bildirib ki, Manavqatdakı dostlarım imdad […]

Operativ Qərargah məlumat yaydı

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 87286 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50103, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37183 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 4885572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2827855, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı […]

YAP-dan Eldəniz Səlimovla bağlı AÇIQLAMA

    “Baş vermiş hadisədən təəssüf hissi keçiririk”. Bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat xidmətinin rəhbəri Elməddin Quliyev polis əməkdaşını döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovun məsələsinə hakim partiyanın müvafiq orqanında baxılıb-baxılmayacağına münasibət bildirərkən deyib. Elməddin Quliyev bildirib ki, faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb: “Deputatla bağlı məsələyə hüquqi qiymət verildikdən sonra tərəfimizdən münasibət bildiriləcək”.

Mehriban Əliyeva: “Türkiyə xalqının kədəri bizim kədərimizdir”

    Birinci vitse-prezident Mehriban Əliyeva güclü meşə yanğınları və onların törətdiyi fəsadlarla bağlı Türkiyə xalqına başsağlığı verib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında edilən paylaşımda deyilir: “Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa […]

Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb – Hadisənin ŞOK DETALLARI

    İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun sərxoş vəziyyətdə Xaçmaz Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşı, polis baş leytenantı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktının təfərrüatları məlum olub. Hadisə Nabranda yox, Xaçmaz-Xudat yolunda, Tofiq Quliyev küçəsində “Samovar” restoranının yanında yerləşən və Eldəniz Vəliyevə məxsus olan “Starıy Dvor” […]

Türkiyəni kimlər yandırdı? – 3 VACİB DETAL

    Türkiyədə yanğınların məqsədli şəkildə törədildiyi ehtimalını gücləndirən əsaslar var: 1. Ən böyük yanğınların turizm bölgələrində olması: iqtisadi ziyan vurmağa hesablanıb; 2. Yanğınların bir-birindən uzaq məsafədə yerləşən ərazilərdə paralel şəkildə başlaması; 3. Sosial şəbəkələrdə PKK tərəfdarlarının “rahat tətilə imkan verməyəcəyik” anonsu və s; Türkiyə mediası da sabotaj versiyası üzərində dayanır. Ehtimallara görə, yanğını törədənlər […]

“Məni güllələyin” – Rövşən Əkbərovun işində YENİ FAKTLAR

    Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib. İttihama görə, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031