Laba Şərurlu Isfəndiyarı niyə döydü?

“Laba Mübariz”, “Veysəloğlu Aydın” “Şərurlu İsfəndiyar”ı niyə tənbeh etmir? Tanınmış jurnalist Məhəmmədəli Qəribli tikinti maqnatı Isfəndiyar Axundovla bağlı maraqlı məqamları əks etdirən yazı ilə çıxış edib. Cumhuriyyet.az olaraq həmin yazını olduğu kimi dərc edirik:”Mən əslən Şərur rayonundanam. Bilirsiniz ki, Azərbaycanda adamın məhz hansı rayondan olduğunu tez-tez soruşurlar. Artıq neçənci dəfədir şərurluyam deyən kimi “Şərurlu İsfəndiyarın […]

Deputatın oğlu Dövlət Agentliyinə 1 milyon manatlıq ofis icarəyə verdi

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildi fəaliyyətə başlayıb, pilot layihələr edib – bununla bağlı normal məlumatlar yaymayıb”. Yenicag.az xəbər verir ki, bunu iqtisadçı ekspert, REAL Partiyasının icra katibi Natiq Cəfərli deyib. O bildirib ki, Agentliyin fəaliyyəti ilə bağlı ciddi suallar var: “Əlçatan xidmət məsələsi axsayır, hələ bir nəfər tanımıram ki, Agentlikdən razılıq etsin. […]

Daha bir deputatın mandatı ləğv oluna bilər – Biznesi var, ayda 18 min maaş alır – FOTO – VİDEO

Milli Məclisin daha bir deputatının qanunları kobud şəkildə pozması ilə bağlı məlumat yayılıb. Bakupost.az xəbər verir ki, 46 saylı Şirvan Seçki Dairəsindən deputat seçilən İltizam Yusifovun böyük biznes fəaliyyəti ilə bağlı faktlar ortaya çıxıb. Bununla bağlı jurnalist Həbib Müntəzir məlumat paylaşıb: “İ. Yusifov deputat olana qədər “Shirvan Operating Company ltd” şirkətinin vitse-prezidenti olub və hələ […]

Bakıda bu küçədəki svetaforlar ləğv edildi – VİDEO

    Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində aparılan təhlillər əsasında işıqfor obyektləri quraşdırılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Eyni zamanda, Nazim İsmayılov və Yavər Əliyev küçələrinin kəsişməsindəki işıqfor obyektləri ləğv edilib.

DYP rəisi işdən çıxarıldı

    Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Əliağa Əsgərbəyli tutduğu vəzifədən azad edilib. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Hələlik onun yerinə təyinat yoxdur.

Azərbaycanda qısa vaxtda məşhurlaşan gənc müğənni öldü

    Gənc muğam ifaçısı Tuqay İsmayılov vəfat edib. Bu barədə mərhumun sənət dostu Məzahir Fikrətoğlu məlumat yayıb. Musiqiçinin ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, geniş səs diapazonuna sahib olan Tuqay İsmayılov qısa müddətdə məşhurlaşmışdı. Allah rəhmət eləsin.

Şimşək çaxacaq, dolu düşəcək – HAVA PROQNOZU

    Avqustun 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi […]

Bakıda şirkət rəhbəri qəfil vəfat etdi – FOTO

    Bakıda şirkət rəhbəri qəfil vəfat edib. Maliyyə-konsaltinq sahəsində ixtisaslaşmış “Baku Business Consulting” şirkətinin rəhbəri Emin Qəhrəmanov qəfil ürək tutmasından dünyasını dəyişib. Qeyd edək ki, biznes sahəsində bir çox uğurlu layihələr həyata keçirmiş E.Qəhrəmanovun 40 yaşı var idi. Allah rəhmət eləsin.

FHN-in Türkiyədə olan sonuncu qrupu da ölkəyə qayıtdı – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə olan yanğın-xilasetmə qüvvələrinin sonuncu qrupu da ölkəmizə qayıdıb. Bu barədə  FHN-dən bildirilib. Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri 16 avqust 2021-ci il tarixindən etibarən hissə-hissə […]

Bu gün 700-dən çox abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 19-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. DİM-dən bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. Bakı şəhərində və DİM-in […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2021
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031