Mehriban Əliyeva Xəzər rayonunda yenidən qurulan təhsil və təlim müəssisələrinin açılışında

    Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusunun, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasının açılışlarında iştirak edib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti […]

Azərbaycan əsgəri sülhməramlıların nəzarətindəki əraziyə keçdi – RƏSMİ

    Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır. “Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib”, – məlumatda bildirilib.

Qafan-Gorus yolunda SON VƏZİYYƏT: ermənilər təşvişdədir

    Qafan-Gorus magistral yolunun Azərbaycan ərazisindən keçən hissəsinin bağlanmasından sonra Şurnuxu, Şahverdilər və Bardzravan kəndinin ana yolla bağlantısı kəsilib. Ermənilər Bardzravan kənd icmasının rəhbəri Onik Avagyan deyib. Onun sözlərinə görə, bu kəndlərdən Gorus-Qafan magistral yoluna çıxmaq üçün mümkün alternativ yollar istifadəyə yararsızdır: “Meşənin yaxınlığında tatevə gedən torpaq yollar pis vəziyyətdədir, orada avtomobillə getmək mümkün […]

SON DƏQİQƏ: Ermənistan Kəlbəcəri atəşə tutdu

    Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 02:25-dən 03:40-dək fasilələrlə Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti […]

Almaniyanın milliyətçi partiyasından Atatürkə BÖYÜK HÖRMƏTSİZLİK – FOTO

    Aşırı sağ milliyətçi olan Almaniya üçün Alternativ Partiyasının (AFD) namizədi Marsel Qoldhammer özünün seçkiqabağı təşviqat platforması zamanı sosial mediada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə qarşı hörmətsizlik edib. O, sosial mediada paylaşdığı afişada Qazi Mustafa Kamal Atatürklə şəklini birləşdirərək “Atatürk də AFD-yə səs verərdi” sözlərini yazıb. Sosial mediada sürətlə yayılan posterə Almaniyada və dünyanın bir […]

Çində daha bir güclü ZƏLZƏLƏ OLDU

    Çinin şimal-qərbindəki Qansu vilayətində 5,5 bal gücündə zəlzələ olub. Çin Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla səhər saat 7:38-də (Bakı vaxtı ilə 3:38) vilayətin Ağsay Qazax muxtar rayonunda qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 15 kilometr dərinlikdə olub. Yerli səlahiyyətlilərin açıqlamasına əsasən, zəlzələnin episentri rayon mərkəzindən 130 kilometr məsafədə, […]

Mehriban Əliyevanın doğum günüdür

  Bu gün Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. Mehriban Arif qızı Əliyeva 1964-cü ilin 26 avqustunda Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2021
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031