Bakıda çimərlikdə gənc qadının meyiti tapıldı – FOTO

  Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin sahilində çimərlik geyimində 25-26 yaşlarında naməlum qadın meyiti tapılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Onun dənizdə boğulduğu ehtimal edilir. “Aşkarlanan meyit arıq bədən quruluşlu və boyu 156 santimetrdir. Onun üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Tapılan zaman barmağında qızıl üzük olub. Həmin şəxsi […]

Emin Əmrullayev yeddi rayonun sakinlərini qəbul edəcək

Təhsil naziri Emin Əmrullayev 10 sentyabr 2021-ci il saat 16:00-da Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayon sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Təhsil Nazirliyindən verilən məlumata görə, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qeyd olunan rayonların sakinləri 1-8 sentyabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin […]

Estoniyanın yeni prezidenti seçildi

Estoniya Milli Muzeyinin direktoru, dövlət başçısı vəzifəsinə yeganə namizəd olan Alar Karis parlamentdə səsvermənin ikinci turunda Estoniya prezidenti seçilib. Seçilmək üçün namizəd deputatlarının azı üçdə ikisinin, yəni 101 səsdən 68-ini almalı idi. 72 millət vəkili Karisin seçilməsinə səs verib. Səkkiz bülleten doldurulmayıb. Ümumilikdə 80 millət vəkili səs verib.(oxu.az)

Səudiyyədə məktəblərlə bağlı şok qadağa

Səudiyyə Ərəbistanında məktəblərə yeni qadağalar tətbiq olunub. Axar.az xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi qərar qəbul edib. Yeni qadağalara əsasən, məktəblərdə mobil telefondan istifadə etmək olmaz. Eyni zamanda, təhsil müəssisələrinin şəkillərini çəkmək qadağan olunub.

Bu gün İkinci Dünya müharibəsinin başlanmasından 82 il ötür

Bu gün bəşər tarixinin ən böyük savaşı olan İkinci Dünya müharibəsinin başlanması ilə əlamətdardır. 70 milyondan çox insanın ölümü ilə nəticələnən müharibə 1939-cu ilin sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə başlayıb. Savaşda o zaman mövcud olan 74 dövlətdən 62-si iştirak edib. Dünya əhalisinin 80%-i bu və ya digər şəkildə müharibəyə cəlb olunub. İkinci Dünya müharibəsi […]

Şəmkirdə bazar yanıb

    Şəmkir rayonunda bazarda yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib. Belə ki, rayonun bazarın ərazisində hər birinin sahəsi 5 m² olan taxta konstruksiyalardan ibarət 7 ədəd köşk və ümumi sahəsi 10 m² olan dəmir konstruksiyadan ibarət ət mağazasının içərisində əşyalar yanıb. Yaxınlıqdakı digər köşklər yanğından mühafizə olunub. […]

Lavrovun Mirzoyanla “hərbi əsir” söhbətinin sirri: Bakı Moskvanı geri çevirir

    Sergey Lavrovun Mirzoyanla görüşdə “Azərbaycan hərbi əsirləri (erməni terrorçular) ilkin şərt olmadan qaytarmalıdır” açıqlamasının sərt tonu ermənilərə jestdən daha çox, Bakının sərgilədiyi mövqenin Moskvanı qıcıqlandırmasından qaynaqlanır. Birincisi, Əliyev Putinin bu məsələ ilə bağlı istəklərini qəbul etmir: Lavrov özü də deyir ki, Putin İlham Əliyevlə təmaslarında və digər səviyyələrdə bu siqnalı göndərir; İkincisi, 30 […]

Rusiyaya səyahət edənlərin NƏZƏRİNƏ: yeni qaydalar qüvvəyə minir

    Bu gündən, sentyabrın 1-dən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minir. Həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına «Путешествую без COVID-19» mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır. Tətbiq ödənişsizdir. «Путешествую без COVID-19» tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz: – […]

Bu gündən toxum sərgi-satış yarmarkasına start verilir

    Sabah Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı Şamaxı şəhərində Respublika toxum sərgi-satış yarmarkası öz işinə başlayacaq. Bu barədə  Dövlət Toxum Fondundan bildirilib. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı […]

Bu gündən harada COVID-19 pasportu tələb olunacaq? – SİYAHI

  Sentyabrın 1-dən iri ticarət və ictimai iaşə obyektlərinə insanların buraxılması COVID-19 pasportu ilə olacaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, bütün elm və təhsil müəssisələrində çalışan işçilərdən COVID-19 paspotu tələb olunacaq. Bununla yanaşı yaşı 18-dən […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930