“Sahil – S İnşaat” MTK-nın vergi dələduzluğu: Mikayıl Cabbarova çağırış edildi…

Paytaxtın Yeni Günəşli ərazisində yaşayış binası tikən “Sahil – S İnşaat” MTK-nın rəhbəri Allahverdiyev Taley Şamil oğlunun fırıldaqçılığı, sakinləri aldatması azmış kimi, indi də vergidən necə yayınması üzə çıxıb. Şirkətin payçılara satdığı mənzilləri geri almağa, ya da müqaviləyə əsası olmadan düzəliş edərək qiymətləri dəyişməyə çalışdığını xəbər vermişdik. İndisə T.Allahverdiyevin rəhbəri olduğu “Sahil – S İnşaat” […]

Qarabağ müzakirəsi: Çeçen ermənini BELƏ SUSDURDU

    Məşhur çeçen bloger Tumso Abdurahmanov tanınmış erməni ictimai fəal Aleksandr Aleksanyanı Qarabağın mənsubiyyəti mövzusunda faktlarla susdurub. Abdurahmanov Teleqram kanalındakı canlı söhbət zamanı Aleksanyanı Qarabağın mənsubiyyəti mövzusunda diskussiyaya çağırıb. Aleksanyan bildirib ki, Qarabağ xalqı Ermənistana qoşulmaq istəyini bəyan edib. Referendum keçirib. Çeçen bloger onun sözünü kəsib: “Saxla! Saxla! “Qarabağ xalqı” nədir? Belə bir anlayış […]

Azərbaycan elminə AĞIR İTKİ

  AMEA-nın həqiqi üzvü və Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının professoru Ənvər Nəhmədov vəfat edib. Alim 62 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ənvər Nəhmədov 24 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini qırmızı diplomla bitirib. Elə həmin il sentyabrın 1-də təyinatla AMEA-nın Fizika İnstitutunda akademik […]

Gəncə sakini lotereyadan 100.000 manat qazandı

Gəncə sakini “Brilliant” ani lotereyasında 100.000 manat qazandı “Azərlotereya” ASC-nin təşkil etdiyi “Brilliant” ani lotereyasında 100.000 manat dəyərində böyük uduşlardan biri Gəncə şəhər sakini tərəfindən qazanıldı, növbəti 100.000 manat və digər böyük uduşlar isə qaliblərini gözləyir. “Azərlotereya” ASC-nin yeni satışa buraxılan ani lotereyaları – “Brilliant”, “Şans ulduzu” və “Qızıl” lotereya həvəskarlarını sevindirməyə davam edir. Satışa […]

Azərbaycanda bu yaşda yeniyetmələrə vaksin vurulacaq

Cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi aşağıdakı qərarları qəbul edib Səhiyyə Nazirliyindən  verilən məlumata görə, Azərbaycan Respublikasında istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. 16-18 […]

İran “Taliban”ın Pəncşirə hücumunu QINADI

  “İran Əfqanıstanın paytaxtı Kabilin şimalındakı Pencşir vilayətinə “Taliban” tərəfindən həyata keçirilən hücumları qınayır, problemləri həll etmək üçün münaqişə tərəflərini dialoqa çağırır”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatibzadə paytaxt Tehranda keçirdiyi mətbuat konfransında deyib. Hatibzadə Pəncşirdəki vəziyyəti “narahatlıq doğuran” bir vəziyyət olaraq xarakterizə edib. O deyib ki, hər iki tərəf də bu yolun […]

İmişlidə yol qəzası – ölən və xəsarət alanlar var

  İmişlidə iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Hadisə Cəfərli kəndində qeydə alınıb. Belə ki, motosikletlə minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Yaralılardan biri – İmişli rayon sakini, 1987-ci il təvəllüdlü Şiraslanov Zamin Bəhlul oğlu və şəxsiyyəti hələlik məlum olmayan daha bir nəfər isə xəstəxanaya […]

Bu ölkənin baş naziri daşqalaq olundu

Naməlum şəxslər Kanadanın London şəhərində (Ontario vilayəti) keçirilən seçki mitinqindən sonra ölkənin Baş naziri Castın Trüdoya daşlar alıblar. Bu barədə CTV televiziya kanalı bildirib. Daşların bir hissəsi C.Trüdoya, bir qismi də mühafizəçilərinə dəyib. Çox güman ki, Baş nazirə və ətrafına heç bir ciddi zərər dəyməyib.

Azərbaycanda MƏKTƏBLƏR AÇILIR: Dəqiq tarixlər məlum oldu

  Azərbaycanda məktəblərdə əyani təhsilin başlayacağı tarixlər açıqlanıb. Bu barədə Caliber.Az məlumat yayıb. Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən sabah keçiriləcək brifinqdə bəyan olunacaq bu məsələ ilə bağlı artıq müvafiq qərar qəbul edilib. Beləliklə də, sentyabrın 22-də ibtidai siniflərə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə dərslərə başlanacaq. Verilən qərarlarla bağlı bütün detalların Təhsil Nazirliyi tərəfindən […]

Leysan yağacaq, külək əsəcək – Bu günün HAVASI

Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-27° isti, Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930