Avqust ayı üzrə diplomların tanınması üzrə 281 müraciətçinin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Trend-ə verilən məlumata görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi […]
Sen 8 2021 | Posted in
Cəmiyyət,
Manşet |
Read More »
Kabildə ABŞ səfirliyinin binasının divarına “Taliban” bayrağı çəkilib. Həmid Kərzai Beynəlxalq Hava Limanına gedən əsas küçədəki Məsud qovşağında yerləşən ABŞ-ın Kabildəki səfirliyinin divarları əvvəlcə ağ rəngə boyanıb, sonra isə “Taliban” lehinə yazılar və motivlərlə bəzədilib, daha sonra “Taliban” bayrağı əks etdirilib. “Taliban” qüvvələrinin binanın giriş qapısı qarşısında təhlükəsizlik tədbirləri gördüyü deyilir. Xatırladaq ki, ABŞ […]
Sen 8 2021 | Posted in
Dünya |
Read More »
Astara şəhər Mirzə Ələkbər Sabir adına məktəb tələbə qəbulunda rekorda imza atıb. Belə ki, sözügedən məktəbin 11a sinfini bitirən 17 məzun ali məktəbə qəbul olaraq tələbə adını qazanıblar. Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə 2018-ci və 2019-cu tədris ilində ilk dəfə yaradılan təmayül sinifləri artıq öz yüksək nəticəsini göstərir. Məktəbin […]
Ədliyyə Nazirliyinin Penitensiar xidməti sabiq icra başçısının ölümü ilə bağlı məlumat yayıb. Xidmətdən daxil olan məlumatda deyilir: “Kütləvi informasiya vasitələrinin sorğularına cavab olaraq Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.08.2021-ci il tarixli hökmü ilə vəzifə cinayətlərinə görə 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Ağstafa Rayon İcra Hakimiyyətinin […]
Sen 8 2021 | Posted in
Gündəm |
Read More »
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. Bu barədə rusiyalı diyetoloq İrina Pisareva və Rusiya Milli Qidalanma və Diyetoloqlar Birliyinin üzvü Natalya Kruqlova danışıb. “Balqabaq, […]
Sen 8 2021 | Posted in
Cəmiyyət,
Manşet |
Read More »
Yevgeni Ziniçevin faciəli ölümündən sonra Rusiyanın Fövqəladə hallar naziri səlahiyyətlərinin icrasını müvəqqəti olaraq nazirin birinci müavini, daxili xidmət general-polkovniki Aleksandr Çupriyan yerinə yetirəcək. Bu barədə RİA-Novosti-yə situasiya ilə tanış olan mənbə bildirib. “Ziniçevin həlak olmasından sonra Rusiya Fövqəladə Hallar nazirinin vəzifələri daxili xidmət general-polkovniki Aleksandr Petroviç Çupriyana həvalə ediləcək”, – deyə agentliyin həmsöhbəti vurğulayıb.
Sen 8 2021 | Posted in
Dünya,
Manşet |
Read More »
Sentyabrın 6-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikzadə Məmmədağa Zakir oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə Hərbi Prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə […]
Sen 8 2021 | Posted in
Gündəm,
Manşet,
Olay |
Read More »
Baş nazirin birinci müavini Yaqub Eyyubovun “Azəriqaz” İstehsalat Birliyinə (İB) külli miqdarda borclu olduğu haqda mətbuatda məlumat yayılıb. Yayılan xəbərlərdə bildirilir ki, Y.Eyyubov “Azərqaz”a olan 10766 manat borcunu ödəməkdən imtina edir. Üstəlik, onun “Azəriqaz” əməkdaşlarını “bir də gəlib qazpulu tələb etsəniz, ayağınızı sındıraram”, – deyə hədələdiyi də dəyərli oxucuların diqqətinə çatdırılıb. Baş nazirin müavini kimi […]
Sen 8 2021 | Posted in
4,
EKSKLÜZİV |
Read More »
Rusiyanin fövqəladə hallar naziri Yevgeni Ziniçev Krasnoyarsk vilayətində keçirilən təlimlər zamanı həyatını itirib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 55 yaşlı nazirin ölümünün təfərrüatları məlum olub. “Nazir operatorla sıldırım qayanın üstündə dayanmışdı. Operator sürüşdü və qayadan suya düşdü. Ətrafda insanlar çox idi, amma heç kəs reaksiya verməyə macal tapmamış nazir operatoru xilas etmək üçün […]
Sen 8 2021 | Posted in
Dünya |
Read More »
Tanınmış jurnalist Vüqar Vüqarlı İdman TV-də işə başlayıb. V.Vüqarlı TV-də yeni layihə olan “İdman səhər” verilişinin baş redaktoru vəzifəsinə təyin olunub. Sentyabrın 1-dən yayımlanan verilişin aparıcıları Fərid Ramazanov, Günay Novruzqızı, İqbal Aslanov və Könül Mahmudovadır.
Sen 8 2021 | Posted in
Cəmiyyət |
Read More »