Şuşada DOST mərkəzi açılacaq

DOST mərkəzlərinin işğaldan azad olunmuş ərazilərdə yaradılması da nəzərdə tutulub.   Bunu Vətən müharibəsi şəhidlərinin övladlarına həsr olunan “Hərə bir qəhrəman oldu” adlı tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib.   Onun sözlərinə görə, ilk DOST mərkəzi 2022-ci ildə Şuşada yaradılacaq: “Ümumilikdə Qarabağın hər bölgəsinin DOST mərkəzləri ilə əhatə olunması nəzərdə […]

Deputat ölü tapıldı

Ukrayna parlamentinin deputatı, “Gələcək uğrunda” fraksiyasının üzvü, 33 yaşlı Anton Polyakovun meyiti Kiyevin Dnepropetrovsk rayonunda aşkar edilib.   Bu barədə Ukrayna parlamentinin oktyabrın 7-də istefaya göndərilən sədri Dmtri Pazumkov sosial şəbəkədə yazıb.   Məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır, cinayət işi başlanılıb.   Deputatın qətl edildiyi ehtimal olunur.

Türkiyənin İranla bağlı verdiyi qərar TƏKZİB OLUNDU

Türkiyə İranın yük maşınlarının öz ərazisindən keçməsinə qadağa qoymayıb.   İranın Ərzurum şəhərindəki konsulu Səcad Sultanzadə yük maşınlarına qadağa tətbiq olunması barədə yayılan xəbərləri təkzib edib. “Təkcə ötən gün Türkiyəyə 400 İranın yük maşını keçib”-deyə konsul söyləyib.   O, iki ölkənin sərhəd-keçid məntəqələrinin adi rejimdə çalışdığını xəbər verib.

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 8 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.   Mərkəzi Bankdan verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1.9640 manat təşkil edir. 1 türk lirəsi 0.1914 manat, 1 rus rublu 0.0237, 100 İran rialı 0.0040 manat, 1 gürcü […]

Şeyx bu universitetin fəxri professoru oldu

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Nur-Sultan şəhərinə səfəri çərçivəsində  Lev Qumilyov adına Avrasiya Milli Universitetində tələbə-müəllim heyəti ilə görüşüb.   Universitetin muzeyi ilə tanış olan Şeyxülislam A.Paşazadə xatirə kitabına ürək sözlərini yazıb.   Universitetin muzeyi ilə tanışlığın onda yüksək təəssürat oyatdığını söyləyən A.Paşazadə bildirib ki, ən vacib vəzifələri ortaq dini dəyəeləri qorumaqdır: […]

İrana qarşı cəbhə sıxlaşır: Tehranın Bakıya hücumunda nüvə faktoru – TƏHLİL

Türkiyə İranla sərhədi yük daşımalarına bağladı; Gürcüstanın eyni addım atdığına dair məlumatlar var; Lavrov Moskvada Abdullahianın məcazla desək, “ağzından vurdu”.   Region ölkələri İrana qarşı eyni cəbhədə birləşir: bütün bunlar Azərbaycana görədirmi? Yaxud İranın Bakıya total hücumu təkcə Gorus-Qafan yolu ilə bağlıdır?   Cənubi Qafqaznın yeni siyasi mənzərəsi İranın regiona girişini əngəlləyir və bəllidir ki, […]

Meksikada güclü daşqın – Ölənlər var

Meksikanın Queretaro vilayətində leysan yağışları güclü daşqına səbəb olub.   Daşqınlar ən azı 6 nəfərin həyatına son qoyub.   Daha bir neçə vilayət sakininin itkin düşdüyü bildirilir.   Daşqınlar 3,5 mindən çox yaşayış binasına ziyan vurub.

İranın Xuzistan vilayətində 4 bal gücündə zəlzələ qeydə alınıb.   Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.   Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Baydenə ictimai dəstək 40%-dən aşağıdır – SORĞU

ABŞ Prezidenti Co Baydenin xalq arasında ictimai dəstək 40%-dən aşağı düşüb   Bu barədə Quinnipiac Universitetinin yeni keçirdiyi sorğuda qeyd olunub.   1-4 oktyabr tarixlərində keçirilən sorğuda Baydenin ictimai dəstəyi 38% olub.   1,326 nəfər arasında keçirilən iştirakçıların 53-i Baydeni dəstəkləmədiyini bildirib.   Ötən ay eyni universitetin keçirdiyi sorğuda respondentlərin 42%-i Baydeni dəstəklədiyini bildirmişdi.  

Qorbaçov KARANTİNƏ alındı

SSRİ-nin sonuncu və yeganə prezidenti Mixail Qorbaçov xəstəxanada karantindədir.   Bu barədə Qorbaçov fondunun mətbuat xidməti məlumat yayıb.   Bildirilib ki, o, koronavirusa yoluxmayıb: “O, elə yaş dövründədir ki, pandemiya dövründə xəstəxanada olmalıdır. Unutmaq olmaz ki, 90 yaşı var və buna görə belə tədbirlər görülüb”.   Qorbaçovun xəstəxanadan nə vaxt çıxacağı hələlik məlum deyil.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031