Xüsusi Təyinatlı Qüvvələrin təlimləri BAŞLADI

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin 14 oktyabr gecədən başlayan taktiki-xüsusi təlimi davam edir.   Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Tbilisi teleqülləsi Azərbaycan bayrağı rəngində

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.   Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə Tbilisinin ən yüksək nöqtəsi sayılan Mtatsminda parkında yerləşən teleqüllə Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.

Daha 1245 yoluxma: 13 nəfər öldü

Daha 1245 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib   Azərbaycan Respublikasında koronavirus infeksiyasına 1 245 yeni yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.   Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Tərtər sakini güllələnərək öldürülüb

Tərtər rayon sakini güllələnərək öldürülüb.   Hadisə rayonun Qapanlı kəndində baş verib.   Odlu silahdan güllə yarası alan kənd sakini Balacayev Murad Yaqub oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb. Hələlik hadisənin baş vermə səbəbi məlum deyil.

Azərbaycanın ixracı idxalı 700 milyon dollar ÜSTƏLƏYİR

Sentyabrda Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 2 milyard 689 milyon ABŞ dolları olub.   Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi dəyərinin 994 milyon 951 milyon dolları idxalın, 1 milyard 694,4 milyon dolları isə ixracın payına düşüb.

Bakıda yanğın: 10 nəfər təxliyə edildi

Bakı şəhərinin Qaradağ rayonunda mansarda tipli çoxmərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsi, qoruyucu açar, 36 ədəd elektrik açarı, 36 ədəd elektrik sayğacı və şaxta boyunca 1260 p.m elektrik kabeli yanıb.   Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.   Yanğın zamanı tüstülənən mənzillərdən 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və mansarda […]

Azərbaycan 13 ölkəyə neft ixracını dayandırdı – FOTO

2021-ci ilin sentyabr ayında Azərbaycandan 12 ölkəyə xam neft və neft məhsulları ixrac olunub.   Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, sentyabr ayında Azərbaycanın mütəmadi neft ixrac etdiyi 13 ölkəyə ixrac baş tutmayıb.   Ümumilikdə, ilin doqquz ayında ölkəmizdən 20 281 699,3 ton həcmində (9 302 613 290 dollar dəyərində) xam neft və neft məhsulu ixrac […]

Baş nazir bu qərara DƏYİŞİKLİK ETDİ

Nazilər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.   Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.   Qərara əsasən, büdcə gəlirlərinin təsnifatı üzrə “Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə görə, məhkəmə […]

Rusiya NATO ilə bütün əlaqələri KƏSDİ

Rusiya ilə Qərb arasında gərginlik davam edir.   NATO yanında Rusiyanın daimi nümayəndəliyi fəaliyyətini dayandırıb.   Bu barədə xarici işlər naziri Sergey Lavrov məlumat verib. O, qərarın noyabrın 1-dən qüvvəyə minəcəyini əlavə edib. “NATO Rusiya ilə əlaqə saxlamaq üçün Belçikadakı səfirliyimizə müraciət edə bilər”.   Eyni zamanda, NATO-nun Moskvada yerləşən informasiya bürosu və hərbi missiyası […]

Bakıda oğul anasını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.   Hadisə Nərimanov rayonunda qeydə alınıb.   1975-ci il təvəllüdlü Nəcəfova Bənövşə Surxay qızı oğlu tərəfindən bıçaqlanıb. Yaralı bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.   Hadisənin səbəbi hələlik məlum deyil.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031