İran yük maşınlarına Qarabağa və Laçına girməyi QADAĞAN ETDİ

İranlı sürücülərin və bu ölkə vətəndaşlarının Ermənistan vasitəsi ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsinə və Laçın rayonlarına girişi qadağan edilib. Bu barədə İranın “Mehr” Agentliyi məlumat yayıb. Bildirilib ki, İranın Yollar və Nəqliyyat Agentliyinin nəqliyyat şirkətlərinə göndərdiyi sənəddə bu qadağadan bəhs edilib. Sənədə əsasən, Qarabağ bölgəsi ilə hər hansı bir ticarət müqaviləsinin imzalanması qadağandır.  

“Ev işinə görə maaş verək” təklifinə REAKSİYALAR – “Xanım özünə VÖEN açdırsın”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda qadın hüquqları ilə bağlı çıxış edib. Deputatın konfransda dediyi “kişilər ev işlərinə görə xanımına pul ödəsin” fikirləri cəmiyyətdə, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.   Deputat Musa Quliyev çıxışı ilə bağlı  açıqlamasında vurğulamaq istədiyi […]

Mahir Xəttabın istintaqı YEKUNLAŞDI

“azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.   Bu barədə Baş Prokurorluqdan verilən məlumatda bildirilib.   Belə ki, aparılmış əməliyyat-istintaq tədbirləri ilə Mahir Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan […]

Səhiyyə Nazirliyinin infeksionisti: “Həmin vətəndaşlar virusa yenidən yoluxa bilər”

Ölkədə 5 milyona yaxın vətəndaş koronavirus əleyhinə peyvənd vurdurub. Vaksinlərin müşahidə edilən yan təsirlərinin əksəriyyəti yüngül dəyərləndirilir. Həmin yan təsirlər maksimum 2-3 sutka ərzində keçib gedir. Bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov nazirliyin instaqram səhifəsində “COVID-19 peyvəndləri” mövzusunda danışarkən deyib. Mütəxəssis bildirib ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə xəstələnmə peyvənd olunmaq üçün […]

Azərbaycanlı milyarder Türkmənistan prezidenti ilə GÖRÜŞDÜ

Azərbaycan əsilli iş adamı, Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov Türkmənistana səfər edib.   Vahid Ələkbərov Türkmənistanla Azərbaycanın birgə istismar edəcəyi “Dostluq” neft yatağı ilə bağlı danışıqlar aparıb.   “Bu layihə tərəflər arasında yeni əmıəkdaşlıq perspektivi açır”- deyə tərəflər fikir səsləndirib. “Lukoyl” şirkəti layihənin əsas operatoru olacaq.   Xatırladaq ki, Vahid Ələkbərov Rusiyanın ən zəngin […]

Daha bir universitetdə tələbələr COVID-19-a YOLUXDU

Qərbi Kaspi Universitetinin Mühəndislik fakültəsində koronavirus aşkarlandığı üçün iki qrup distant təhsilə keçib. Bu barədə  universitetin mətbuat katibi Vüsal Məmmədov məlumat verib.   O bildirib ki, pandemiya qaydalarına uyğun olaraq, koronavirus infeksiyası aşkaralanan qrupların dərsləri onlayn rejimə keçirilib:   “Qərbi Kaspi Universiteti pandemiya dövründə tədrisi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında təşkil edir. Ənənəvi tədris prosesində […]

Gəlinini doğrayan qayınataya 18 il İŞ KƏSİLDİ

Bakıda 32 yaşlı gəlinini qətlə yetirib meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmova 18 il həbs cəzası verilib.   Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.   Məhkəmənin hökmü ilə İdris Məhərrəmov 18 il müddətə azadlıqdan məhrum edilib.   Xatırladaq ki, dövlət ittihamçısı İ.Məhərrəmova […]

Xəstəxana direktorunun rüşvət başında yaxalanma anı – VİDEO

“Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri barəsində daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Müəyyən edilib ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Zeynalov Mübariz Ağakərim oğlu […]

İcra başçısı ilə Şəhərsalma Komitəsi Xətaidə yaşıllığı satışa çıxarıb – Fotolar

Paytaxtın Xətai rayon ərazisində yerli icra hakimiyyəti tərəfindən səkilərin, yaşıllıqların ərazisinin satılması keçmiş başçı Razim Məmmədovdan sonra da davam edir. Xətai İH başçısı Rafiq Quliyev bu özbaşınalıqlara son qoyulması əvəzinə rayonda səkilərin, yaşıllıqların zəbt olunmasına göz yumur. Bu qanunsuzluqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də dəstəyini əsirgəmir. Hər iki struktur birləşərək Xətainin altını üstünə çevirməkdədir. […]

Bu məmurların dövlətə olan borclarının siyahısı açıqlandı – Ödəmirlər…

Vaxtı ilə Azərbaycanada yüksək vəzifə sahibi olan sabiq məmurların və eyni zamanda da hazırda yüksək postlarda əyləşən şəxslərin ailə üzvləri tərəfindən onlarla şirkət təsis olunub. Bu şirkətlərin rəbərləri bir çox hallarda məmur yaxınlarının himayəsindən yararlanaraq böyük gəlirlər əldə ediblər. Lakin, böyük gəlirlər əldə etmələrinə baxmayaraq dövlət büdcəsinə ödəməyə borclu olduqları vergiləri vaxtında ödəməyiblər. Vergilərini vaxtında […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031