Ağdamda Ümummilli Liderimizin xatirəsinə həsr olunmuş Unversal Döyuş turneri keçirilib

14-17 Oktyabr 2021-ci il tarixlərdə Ağdam rayonunda Unversal Döyuş İdman növü üzrə Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə həsr olunmuş, Respublika Turniri təşkil olunmuşdu , Həmin turnirdə bütün yaş qrupları uzre 400-ə yaxın idmançı iştirak edirdi . Turnirin açılışı mərasimindən öncə, federasiya rəhbərliyi, fəxri qonaqlar, hakimlər və idmançılar ,Ulu öndərimizin Ağdam rayonundakı abidəsinin […]

Naxçıvanda əməkhaqları artıb

Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin yanvar-avqust aylarında iqtisadiyyatda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 544,2 manat olub. Bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.   Bildirilib ki, 2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 377 yeni iş yeri yaradılıb.

“Qarabağ”ın oynunda Elnur Əşrəfoğlunun xatirəsini anılacaq 

Konfrans Liqasının 3-cü turunun bu gün keçiriləcək “Qarabağ” – “Kayrat” oyununda tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq. Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına 1 saat qalmış (19:45-də) Respublika Stadionunun bütün elektron tablolarında E.Əşrəfoğlunun şəkli əks olunacaq. Bununla bağlı artıq UEFA nümayəndəsinin razılığı alınıb. Qeyd edək ki, “Qarabağ” – “Kayrat” matçı saat 20:45-də başlanacaq. E.Əşrəfoğlu oktyabrın […]

Sabahın hava PROQNOZU

Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.   Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 16-19° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti […]

İran yenidən silkələndi

Bu gün səhər saatlarında İranın Kirman vilayətində 4,5 bal gücündə zəlzələ olub.   Zəlzələ yerli vaxtla saat 09:35-də yerin 10 kilometr dərinliyində baş verib.   Təcili olaraq zəlzələ zonasına xilasedici və təcili tibbi yardım qrupları göndərilib. Ölən və yaralanan, eləcədə dağıntılar barəsində hələlik məlumat yoxdur.   İranın bu vilayəti seysmik zonaya daxil olduğu üçün burada […]

Pensiya yaşı artır, pensiyaçılar AZALIR…

Dünyada, eləcə də ölkəmizdə hər il orta ömür uzunluğu azalır. İstifadə olunan qidalar, sosial problemlər və son iki ildə koronavirusun həyatımıza “daxil olması” bu prossesi daha da sürətləndirir.   “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya […]

BNA-dan sərnişindaşıma şirkətlərinə son XƏBƏRDARLIQ

Nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi Bakı Nəqliyyat Agentliyinin (BNA) önəm verdiyi məsələlərdən biridir. Əsasən də Agentliyin sosial şəbəkələrdəki rəsmi hesablarına daxil olan müraciətlərə xüsusi həssaslıqla yanaşılır, araşdırma tələb edən müraciətlər müvafiq şöbələrə yönləndirilir.   Bu barədə  BNA-dan bildirilib.   Aparılan statistik araşdırmalar zamanı vətəndaşlar tərəfindən ən çox […]

Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan yürüşdə nümayiş etdirilən plakatlar ailələrinə təqdim olunub – QAZAXDA

Hər kəsə yaxşı məlumdur ki, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində yürüş təşkil edildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, gənc kursantlar və […]

Sabiq bələdiyyə sədrinin işi MƏHKƏMƏDƏ

Ağcabədi rayon Minəxorlu kənd bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.   Ağcabədi rayon prokurorluğundan  verilən məlumata görə, Minəxorlu kənd bələdiyyəsinin sabiq sədri Ədalət Mənsimov işlədiyi müddətdə öz qulluq mövqeyindən tamah niyyətilə istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan […]

Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan edir.   Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:   “Telefon rabitəsi – İKT – Rəqəmsal inkişaf” mövzusunda   Ən yaxşı veriliş Ən yaxşı reportaj  Ən yaxşı məqalə   Müsabiqəyə təqdim olunmuş yazılarda aşağıdakı meyarlara üstünlük veriləcək:   Materialların mövzunu dolğun […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031