Nazirlik bu il 800 min ağac əkəcək

“Yaşıl marafon çərçivəsində Bakı və Abşeron yarımadası da daxil olmaqla ümumilikdə 400 minə yaxın ağac əkilib və payız-qış mövsümündə daha 800 min ağacın əkilməsi nəzərdə tutulub. Xocəsən, Müşfiqabad qəsəbələrində, Bakı-Sumqayıt yolunun ətrafında, şimal qərb, şimal və cənub istiqamətindəki yolların kənarında və digər ərazilərdəki boş sahələrdə ağacların əkilməsi nəzərdə tutulub. Bundan başqa, meşə-bərpa işləri həyata keçiriləcək […]

İraqdan gətirilən 21 uşaq xəstəxanaya YERLƏŞDİRİLDİ

İraqdan ölkəmizə repatriasiya olunmuş 38 uşaqdan 17-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin, 21 nəfəri Səhiyyə Nazirliyinin müəssisələrinə yerləşdirilib.   Bu barədə nazirlikdən məlumat verilib.   Bildirilib ki, bundan əvvəl tərkibində Agentliyin nümayəndəsi də olan İşçi Qrupu Bağdad şəhərinə (İraq) ezam edilib. Orada cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan, Azərbaycan vətəndaşları olan […]

Baş redaktor niyə istefa verdi? – SƏBƏB

“Noyabrın 1-dən ömrümün 5 ilini köşə yazarı, 3 ilini redaktor, 4 ilini baş redaktor kimi sərf etdiyim doğma Kulis.az-dan ayrılıram”. Bunu Kulis.az-ın baş redaktoru vəzifəsindən ayrılan tanınmış yazıçı Şərif Ağayar bildirib. “Kulis mədəniyyət tariximizin ciddi hadisəsidir. Mən ilk cümləmi yazandan son nöqtəmi qoyanacan bu məsuliyyəti anlamışam və anlamayanlarla, anlamaq istəməyənlərlə daim dava-qırğın eləmişəm. İndi işdən […]

İlham Əliyev Türkiyənin Diyanət İşləri İdarəsinin sədrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşı qəbul edib.   Prezident İlham Əliyev Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırdı, türk xalqına xoşbəxtlik və rifah arzuladı.   Söhbət zamanı Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın ölkəmizə bu yaxınlardakı səfəri məmnunluqla xatırlandı, bu səfərin Azərbaycanla Türkiyə arasında […]

Ceyhun Bayramov Türkiyəni təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni milli bayramı – Respublika Günü münasibəti ilə təbrik edib. Nazir təbrik mətnini rəsmi tviter səhifəsində paylaşıb. “Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümüdür. Bu özəl və əlamətdar gündə qardaş Türkiyəni ürəkdən təbrik edir və hər zaman var olmasını diləyirik. İstiqlal mücadiləsində canından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla yad […]

ABŞ hipersəsli silahın sınağını Rusiyaya görə təxirə salıb

Cari ilin iyun ayında Cenevrədə keçirilmiş Rusiya-Amerika sammitinə bir həftədən az qalmış Ağ Ev, Rusiya ilə gərginlik yaratmamaq üçün Pentaqona ABŞ-ın hipersəs silahlarının çoxdan planlaşdırılan sınaqlarını təxirə salmağı əmr edibmiş. Bu barədə “Politico” qəzeti ABŞ ordusu və Konqresindəki mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, ABŞ prezidenti Co Bayden həmin anda Rusiya lideri Vladimir […]

Bu məsciddə koronavirus xəstələri üçün pulsuz oksigen konsentratorları paylanır…-İBRƏTAMİZ

Krım yarımadasındakı  Beloqorsk(əsl tarixi adı Qarasubazar)  şəhərinin sahibkarları xüsusi müalicəyə ehtiyacı olan koronavirus xəstələri üçün oksigen konsentratorları alıblar. Hazırda  tibbi avadanlıqlar şəhərin Refət Vəliullah adına mərkəzi məscidindədir. Krım Müsəlmanları Ruhani İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, bunu yerli dini icmanın sədri Ablyakim Azizov bildirib. Müsəlman din xadimi oksigen konsentratorlarının  Beloqorsk rayonunun sahibkarları və dini icmanın […]

Mütəxəssis xərçəng riskini azaldan ədviyyat və otları sadaladı…

Dietoloq Tatyana Dik darçın, zərdəçal(yaxud üzərlik), kəklikotu, adaçayı(“şalfey”) və qaraqınıqotunun(“duşitsa”) qida rasionuna daxil edilməsini təşviq edir, çünki bu ədviyyat və otların istifadəsi xərçəng riskini azalda bilər.  “RİA Novosti”-nin məlumatına görə, ekspertin fikrincə, həmin ədviyyat və bitkilər xərçəng əleyhinə təsir göstərən və sərbəst radikallarla mübarizə aparan antioksidantlarla zəngindir. Darçının qan şəkəri səviyyəsini aşağı saldığı, ürək xəstəliyi […]

“Gələcəyə bədbin baxmaq gələcəyin həqiqətən də bədbin olmasına səbəb ola bilər…”

Mömin nə qədər ümidli olmalıdır? İnanan insan ümidlidir və ümidi də inancı nisbətindədir. Buna görədir ki, sağlam inancın məhsulu olan bir çox şey bəziləri tərəfindən möcüzə zənn edilir. Əslində, ümid, əzm və qərarlılıq imanla dolu bir qəlbə girincə bəşəri normalar aşılar. Bu səviyyədə könül dünyasına sahib ola bilməyənlər isə bunu qeyri-adi qarşılayarlar. Əgər insan nəyə […]

“Nəinki məhkəməyə, hətta adi xəstəxanaya aparmağa qorxursunuz” – Mişa meydan oxudu

Həbsdə olan eks-prezident Mixeil Saakaşvili Bidzina İvanişviliyə müraciət ünvanlayıb. Onun bu müraciəti şəxsi facebook səhifəsindən yayımlanıb. Müraciətdə Saakaşvili bu günkü mitinqdə İvanişvilini debata çağırıb: “İvanişviliyə müraciət edirəm – pəncərələrimi bağladın, telefonumu aldın, nəinki bir tək məhkəməyə, hətta adi xəstəxanaya belə aparmağa qorxursunuz. Əgər həqiqətən də cəsarətin olsaydı, məni bu gün keçirdiyin pullu mitinqə çıxarıb, gətirdiyin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031