Ceyhun Bayramov Türkiyəni təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni milli bayramı – Respublika Günü münasibəti ilə təbrik edib. Nazir təbrik mətnini rəsmi tviter səhifəsində paylaşıb. “Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümüdür. Bu özəl və əlamətdar gündə qardaş Türkiyəni ürəkdən təbrik edir və hər zaman var olmasını diləyirik. İstiqlal mücadiləsində canından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla yad […]

ABŞ hipersəsli silahın sınağını Rusiyaya görə təxirə salıb

Cari ilin iyun ayında Cenevrədə keçirilmiş Rusiya-Amerika sammitinə bir həftədən az qalmış Ağ Ev, Rusiya ilə gərginlik yaratmamaq üçün Pentaqona ABŞ-ın hipersəs silahlarının çoxdan planlaşdırılan sınaqlarını təxirə salmağı əmr edibmiş. Bu barədə “Politico” qəzeti ABŞ ordusu və Konqresindəki mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, ABŞ prezidenti Co Bayden həmin anda Rusiya lideri Vladimir […]

Bu məsciddə koronavirus xəstələri üçün pulsuz oksigen konsentratorları paylanır…-İBRƏTAMİZ

Krım yarımadasındakı  Beloqorsk(əsl tarixi adı Qarasubazar)  şəhərinin sahibkarları xüsusi müalicəyə ehtiyacı olan koronavirus xəstələri üçün oksigen konsentratorları alıblar. Hazırda  tibbi avadanlıqlar şəhərin Refət Vəliullah adına mərkəzi məscidindədir. Krım Müsəlmanları Ruhani İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, bunu yerli dini icmanın sədri Ablyakim Azizov bildirib. Müsəlman din xadimi oksigen konsentratorlarının  Beloqorsk rayonunun sahibkarları və dini icmanın […]

Mütəxəssis xərçəng riskini azaldan ədviyyat və otları sadaladı…

Dietoloq Tatyana Dik darçın, zərdəçal(yaxud üzərlik), kəklikotu, adaçayı(“şalfey”) və qaraqınıqotunun(“duşitsa”) qida rasionuna daxil edilməsini təşviq edir, çünki bu ədviyyat və otların istifadəsi xərçəng riskini azalda bilər.  “RİA Novosti”-nin məlumatına görə, ekspertin fikrincə, həmin ədviyyat və bitkilər xərçəng əleyhinə təsir göstərən və sərbəst radikallarla mübarizə aparan antioksidantlarla zəngindir. Darçının qan şəkəri səviyyəsini aşağı saldığı, ürək xəstəliyi […]

“Gələcəyə bədbin baxmaq gələcəyin həqiqətən də bədbin olmasına səbəb ola bilər…”

Mömin nə qədər ümidli olmalıdır? İnanan insan ümidlidir və ümidi də inancı nisbətindədir. Buna görədir ki, sağlam inancın məhsulu olan bir çox şey bəziləri tərəfindən möcüzə zənn edilir. Əslində, ümid, əzm və qərarlılıq imanla dolu bir qəlbə girincə bəşəri normalar aşılar. Bu səviyyədə könül dünyasına sahib ola bilməyənlər isə bunu qeyri-adi qarşılayarlar. Əgər insan nəyə […]

“Nəinki məhkəməyə, hətta adi xəstəxanaya aparmağa qorxursunuz” – Mişa meydan oxudu

Həbsdə olan eks-prezident Mixeil Saakaşvili Bidzina İvanişviliyə müraciət ünvanlayıb. Onun bu müraciəti şəxsi facebook səhifəsindən yayımlanıb. Müraciətdə Saakaşvili bu günkü mitinqdə İvanişvilini debata çağırıb: “İvanişviliyə müraciət edirəm – pəncərələrimi bağladın, telefonumu aldın, nəinki bir tək məhkəməyə, hətta adi xəstəxanaya belə aparmağa qorxursunuz. Əgər həqiqətən də cəsarətin olsaydı, məni bu gün keçirdiyin pullu mitinqə çıxarıb, gətirdiyin […]

Ərdoğan İtaliya və Böyük Britaniyaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya və Böyük Britaniyaya səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, dövlət başçısı 30-31 oktyabrda Romada keçiriləcək G20 Zirvəsinə qatılacaq, noyabrın 1-2-də isə Böyük Britaniyada təşkil olunan BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak edəcək.

Erməni deputatın sualı Paşinyanı özündən çıxardı – VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində keçirilən hökumət saatı çərçivəsində deputatların suallarını cavablandırıb. “Ermənistan” fraksiyasından olan millət vəkili Aram Vardevanyanın Azərbaycanın hücumundan öncəki iki gün ərzində hökumətin hansı addımlar atması, niyə görə həyəcan siqnalının verilməməsi, hazırlanan hücum barədə məhz kimin Baş nazirə məlumat verməsi barədə sualları Paşinyanı özündən çıxarıb. “O zaman sizin şefinizin hesabında […]

Feysbukun adı dəyişdi

Feysbuk şirkəti adını “Meta” olaraq dəyişdirib. “Qafqazinfo” xəbər verir ki, bunu Feysbukun rəhbəri Mark Zukerberq elan edib. “Feysbuk “metakainat” qurmağa olan diqqətini əks etdirmək üçün adını dəyişdirir”, – Zukerberq deyib.

Kamaləddin Qafarov: “Azərbaycan və Türkiyə Prezidentləri birlikdə tarix yazır*

“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına növbəti rəsmi səfəri ölkələrimiz arasında olan səmimi dostluq və qardaşlıq münasibətlərinin daha bir təcəssümüdür. Türkiyə-Azərbaycan münasibətlərinin dörd ay bundan öncə imzalanmış tarixi Şuşa Bəyannaməsi ilə rəsmi müttəfiqlik səviyyəsinə qaldırılmasından sonra ölkələrimiz arasında bütün formatlarda qarşılıqlı əməkdaşlıq əlaqələrinin hər bir sahəyə daha sürətlə sirayət edəcəyi gözləntisi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031