HƏBS EDİLƏN GÖMRÜKÇÜ BEYNƏLXALQ ALƏMƏ MÜRACİƏT YAYDI – FOTO

Həbsdə olan İmanov Natiq Tofiq oğlu beynəlxalq insan haqları təşkilatlarına müraciət edib. TİA.Az-a daxil olan müraciətində N.İmanov deyir ki, 2018-ci ildə Dövlət Gömrük Komitəsinə yeni rəhbər təyin olunduqdan sonra onun şəxsi maraqlarının qurbanı olub. Məhbus bildirir ki, 2006-cı ildən işlədiyi Dövlət Gömrük Komitəsində vəzifələrindən biri gömrük orqanlarında maliyyə sahəsində baş verən nöqsanları aşkara çıxarmaq olub: “Bu […]

11 yaşlı qızına təcavüz edən atalıq HƏBS OLUNDU

İmişli rayonunda 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.   Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.   Qeyd edilib ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı – 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə […]

Deputat erməni dili kurslarını açmaqdan vaz keçdi

“Qarabağa dönüş” İctimai Birliyinin (İB) erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasına töhfə vermək məqsədilə erməni dili kursları təşkil edəcəyini gözlənilirdi. Bu barədə bir müddət öncə İctimai Birliyin sədri, Milli Məclisin Xankəndidən olan deputatı Tural Gəncəliyev bildirmişdi. Modern.az saytının əməkdaşı erməni dili kursları ilə bağlı məsələnin nə yerdə olduğunu öyrənmək üçün “Qarabağa dönüş” İctimai Birliyi […]

ABŞ diplomatı Azərbaycana gəlir

ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə yeni təyin olunan müavini Erika Olson Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.   Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.   Noyabrın 2-4-dək davam edəcək səfər zamanı diplomat hər üç ölkənin rəsmi şəxsləri ilə görüşəcək. O, Cənubi Qafqazda regional əməkdaşlıq və ikitərəfli əlaqələrlə bağlı müzakirələr aparacaq.   Məlumata […]

Baş redaktor postundan istefa verən Şərif Ağayar yeni iş tapdı

Kulis.az-ın baş redaktoru vəzifəsindən ayrılan tanınmış yazıçı Şərif Ağayar özünə yeni iş tapıb.   Yazıçı bundan sonra “Qanun” Nəşrlər Evində redaktor kimi fəaliyyət göstərəcək.   “Saytda zamanım olmadığından mənə redaktə üçün müraciət edənlərin əksəriyyətinin təklifindən imtina edirdim. İndi bunun üçün əla fürsət yaranıb. Xüsusən kitab çap etdirmək istəyən hər kəs rahatca müraciət edə bilər. Kitablar “Qanun” […]

Müəllim məktəbə inək gətirdi – FOTOLAR

Türkiyənin Sakarya rayonunda “İ” hərfini öyrətmək və şagirdlərin məktəbə qarşı həssaslığını artırmaq istəyən ibtidai sinif müəllimi məktəbə inək gətirib.   Müəllimin bu hərəkəti hər kəs tərəfindən xoş qarşılanıb.   Uşaqların əylənərək öyrəndiklərini deyən sinif müəllimi Neslihan Yıldız bildirib ki, bu fəaliyyətin məqsədi təkcə “İ” səsini öyrətmək deyil, həm də şagirdlərin barmaq əzələlərini inkişaf etdirmək, müsbət […]

Ağdamda da işığımız yanacaq – VİDEO

Ağdamda iki yarımstansiya və regional idarəetmə mərkəzində işlər yekunlaşır.   “Azərenerji”dən  verilən məlumata görə, Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərenerji” tərəfindən 2 yerdə 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir.   Digər rayonlardan fərqli olaraq burada iki […]

Avropanın passivliyi Ukraynanı Çinə yaxınlaşdırır – ŞƏRH

Donbasda vəziyyət gərgindir. Ukrayna ərazi bütövlüyünü təmin etməyə çalışır. O biri tərəfdən rəsmi Kiyevin Qərbə olan ümidləri özünü doğrultmur. Bircə ABŞ Ukraynaya ara-sıra hərbi texnika göndərir. Fransa və Almaniya isə sözdə Ukraynanı dəstəkləsələr də, əməldə Ukraynanın NATO və Avropa İttifaqına üzvlüyünə sədd çəkiblər, hətta Kiyevin pilotsuz uçuş aparatlarından Donbasdakı separatçılara qarşı istifadəsini pisləyiblər. Ukraynanın düşdüyü […]

2022-ci ildən gözləntilər – İqtisadiyyat daha çox “AĞARACAQ”

“Kölgə iqtisadiyyatı” bütün dünyanın böyük problemlərindən biridir. Azərbaycanda da bu problemin mövcudluğu mütəmadi olaraq parlament səviyyəsində, o cümlədən mətbuat və sosial media vasitəsilə diqqətə çatdırılır. Son zamanlar isə ölkədə həyata keçirilən islahatların fonunda 2022-ci ildə “kölgə iqtisadiyyatı”nın tamamilə qarşısının alınacağı, ən çox narazılıq yaranan tenderlərin keçirilməsində şəffaflığın təmin olunacağı bildirilir.   Bununla bağlı danışan Milli Məclisin […]

Hindistan və Çinin peyvəndləri bu ölkədə qəbul olundu

Avstraliya hökuməti Hindistanın “Covaxin” və Çinin istehsal etdiyi “BBIBP-CorV” peyvəndlərinin ölkədə istifadəsinə icazə verib. Sözügedən peyvəndlərin virusa qarşı qorunma təmin etdiyi açıqlanıb. Avstraliya sərhədləri açılanda bu peyvəndləri qəbul edən şəxslər də ölkəyə daxil ola biləcəklər. “AstraZeneca”, “Pfizer-BioNTech” və “Moderna” peyvəndlərinin istifadə olunduğu Avstraliyada  16 yaşdan yuxarı şəxslərin 77,5 faizi iki doza, 88,3 faiz isə tək […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930