Binəli Yıldırım: “Türkiyə və Azərbaycan yeni layihələr üzərində düşünür”

“Türkiyə ilə Azərbaycan arasında bir çox layihələr həyata keçirilib. Biz artıq yeni layihələr üzərində düşünürük”. Bu fikirləri Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib. O bildirib ki, regionun 6 ölkəsi gələcəyə açılan yolu bir yerdə qət edə bilər: “Düşünürəm ki, Qarabağ məsələsi […]

Prezident Kamran İmanovu təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamran İmanovu təltif edib. Dövlət başçısının sərəncamına əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamran Sultan oğlu İmanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, K.İmanov Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədridir.

DTX əməliyyat keçirdi – Müasir İncəsənət Muzeyinin direktoru saxlanıldı

Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinov DTX tərəfindən saxlanılıb. Bu barədə Musavat.com məlumat yayıb. Xəyyam Abdinovun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. X. Abdinov həbs olunmazdan bir neçə gün öncə işdən çıxarılıb.

Binəli Yıldırım: “Yeni oyunçuların ortaya çıxmasını dərk edirik”

“BMT Təhlükəsizlik Şurası dəyişilməlidir”. Bunu VIII Qlobal Bakı Forumunda Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, BMT dünyada olan münaqişələrin həllini tapa bilmir. “Bu gün BMT-nin çıxarıldığı qətnamələr də icra edilmir. Bu, BMT-yə olan inamı azaldır. Bu gün dünya İkinci Dünya müharibəsindən sonrakı dünyaya bənzəmir. Biz artıq yeni oyunçuların meydana çıxmasını dərk […]

Tanınmış redaktordan maraqlı təklif: “Bəzi xəbər və araşdırmaların oxunması ödənişli olsun!”

  “Sherg.az” saytının redaktoru Ayyət Əhməd maraqlı təkliflə çıxış edib. Tanınmış redaktor maraqlı xəbər və araşdırmaların oxunmasında ödənişli xidmətin tətbiqini təklif edib:   “Düşünürəm ki, media həmrəy olsa, bu təşəbbüsü həyata keçirib qazanc əldə edə bilərik. Necə? Deyirəm: Biz oxucularımızı pis öyrətmişik. Özəl yazını, mətni yazırıq, sosial şəbəkələrdə ayaqlarına aparırıq, amma yenə də linkə daxil […]

Zəngəzur dəhlizinin açılmasına bu ölkələr mane olur – Hasan Oktay AÇIQLADI

“44 günlük Vətən müharibəsinin üzərindən bir il keçir. Noyabrın 10-da üçtərəfli bəyannamənin ildönümünü qeyd edəcəyik. Bu müddət ərzində Laçın dəhlizinin açılmasına rəğmən, Zəngəzur dəhlizinin açılması ilə bağlı hər hansı bir irəliləyiş müşahidə olunmadı. Bu onu göstərir ki, önümüzdəki günlərdə də Qarabağın rusı sülhməramlılarının yerləşdiyi hissəsi və Zəngəzur məsələsi yenə də gündəmdə öz yerini qoruyacaq”. Bunu […]

Xaçmaz təhsilində marafon“İnqilab”ı:Hesablama palatası üçün pul toplanılır?

TOPLA VƏ GƏTİR DEYƏNLƏR KİMLƏRDİR? Mövzuya başlamazdan öncə onu qeyd edimki Xaçmaz Rayon Təhsil Şöbəsinin müdirinin adı İnqilabdır.Lid cümləmizdə istifadə etdiyimiz “İnqilab” sözünün şöbə müdirinin adı ilə olan mütənasibliyinə isə daha sonra toxunacam. Təhsil müəssisələrindəki qanunsuz pul toplama marafonları barədə dəfələrlə bəhs etmişik.Bu artıq adətə çevrilmiş və qabullanmış bir rüşvət növü hesab edilir.Kim buna görə […]

“The Independent”: ABŞ Çinin hərbi gücünün artmasından narahatdır…

  ABŞ və Çin arasında münasibətlərdə artıq bir neçə aydır ki, gərginlik yaşanır və Amerika rəsmiləri indi Çinlə bir çox cəbhələrdə problemlərin olacağını proqnozlaşdırırlar. Pentaqon xüsusən Çinin müxtəlif proqramlarda texnoloji modernləşmənin sürətindən narahatdır. Moderator.az bu barədə “The Independent” nəşrinə istinadla xəbər verir.   Nəşr yazır ki, Çinin inkişaf tempi ABŞ-ı öz siyasətini yenidən istiqamətləndirməyə məcbur edib. “Rusiya nüvə silahı məsələsində ABŞ üçün Çindən daha ciddi strateji təhlükə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930