Son sutkada 40 mindən çox vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 504 vaksin vurulub.   Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 469, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 400, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 25 635 nəfərdir.   Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 062 192, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi […]

Sumqayıtda 13 yaşlı oğlan itkin düşüb – FOTO

Sumqayıtda 13 yaşlı oğlan itkin düşüb.   Sumqayıt şəhəri, 12-ci kvartal deyilən ərazidə yaşayan 13 yaşlı Elcan Quliyev bu gün 12:15 radələrində evdən çıxaraq repetitor yanına gedib.   Yeniyetmənin atası Elmar Quliyev APA-ya bildirib ki, günorta saat 13:00-da müəllim zəng edərək Elcanın gəlmədiyini deyib. Bir müddət sonra onun mobil telefonu əks istiqamətdə, 48-ci kvartal adlanan yerdə […]

Sağalanlar yenidən yoluxanları üstələdi – 19 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 001 yeni yoluxma faktı qeydə alınıb, 2 145 nəfər müalicə olunaraq sağalıb.   Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.   İndiyədək ölkədə ümumilikdə 558 431 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 520 250 nəfər müalicə olunaraq sağalıb, 7 416 nəfər vəfat edib. 30 765 nəfər aktiv xəstə sayını təşkil edib.   Son […]

Masallıda mebel fabrikində yanğın

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel fabrikində yanğın olması barədə məlumat daxil olub.   Bu barədə FHN məlumat yayıb.   Məlumat qəbul edilən kimi FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.   İlkin məlumata əsasən, yanğın ikimərtəbəli binanın birinci mərtəbəsindədir. […]

Saakaşviliyə dəstək aksiyası KEÇİRİLİR

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin tərəfdarları Tbilisidə parlament binası qarşısında növbəti dəfə aksiya keçirirlər.   Aksiyanın təşkilatçıları Vahid Milli Hərəkat partiyasının üzvləridir.   Etirazçıların əsas tələbləri Saakaşvilinin həbsxana xəstəxanasından mülki klinikaya köçürülməsi, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsidir.  

Düşmənin zenit-raket kompleksinin sıradan çıxarılma anı – VİDEO

Vətən müharibəsində düşmənin zenit-raket kompleksinin sıradan çıxarılması ilə bağlı real döyüş kadrları yayılıb.   Bu barədə “Görünməyən qəhrəmanlar” sənədli filminin anonsunda görüntülər əks olunub.   Dövlət Sərhəd Xidmətinin rəisinin müavini, general-leytenant Əfqan Nağıyev döyüşlərlə bağlı danışıb: “Düşmən məcburiyyət qarşısında birinci – müdafiə xəttində səfərbər etdiyi bütün hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələrini açmağa […]

İran silkələndi

İranda 4.1 bal gücündə zəlzələ qeydə alınıb.   Yeraltı təkanlar İranın Buşəhr əyalətinin Rizə bölgəsində qeydə alınıb.   Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Hərbçilərimizi yaralayan terrorçu Ermənistana VERİLƏCƏK

Şuşa yaxınlığında əl qumbarası ilə təxribat törədərək üç azərbaycanlı hərbçinin yaralanmasına səbəb olan 1975-ci il təvəllüdlü terrorçu Norayr Mirzoyan Ermənistana təhvil veriləcək.   Bu barədə erməni mediasının məlumatında deyilir. Bildirilir ki, Mirzoyan hazırda Rusiya sülhməramlı kontingentinin mərkəzi qərargahındadır və bir neçə saat sonra o, qarşı tərəfə təhvil veriləcək.   Xatırladaq ki, Baş Prokurorluq və Daxili […]

114 kq Nərə ovlayan 20 nəfər SAXLANILDI

Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə tədbirlər davam etdirilir.   Baş Prokurorluq və Dövlət Sərhəd Xidmətindən daxil olan birgə məlumata görə, son günlər ərzində Xidmətin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nərə […]

Şəhidin məktəbli bacısı faciəvi şəkildə vəfat etdi

Vətən müharibəsi şəhidi Rəşad Ağayevin ailəsinə daha bir ağır itki üz verib.   Şəhidin bacısı 2006-cı il təvəllüdlü Tamilla Ağazadə ötən gün hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib. Bildirilir ki, şəhid bacısı rayonun 283 nömrəli məktəbin 10-cu sinif şagirdi olub.   Faktı Binəqədi rayon İcra Hakimiyyətindən saytımıza təsdiqləyiblər. Qeyd edək ki, 2000-ci il təvəllüdlü R. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930