Qazaxda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il münasibətilə tədbir keçirilib

Qazaxda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə izdihamlı bayram şənliyi keçirilmişdir. Mediaxeberleri.Az xəbər verir ki, rayonun şəhər və kəndləri bayramsayağı bəzədilmişdir. Rayon mərkəzində bir neçə yerdə böyük yolkalar qurulmuşdur. Yolkaların ətrafına yüzlərlə rayon sakini toplaşmış, böyük izdiham yaşanmışdır. Tədbirdə çıxış edənlər respublikamızda və rayonda ötən il əldə olunmuş böyük uğurlardan və xalqımızın həmrəyliyinin […]

Kamaləddin Qafarov: “ Azərbaycançılıq ideyası ətrafında yaranan həmrəylik günümüz”

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanan bayramdır. Xüsusilə son illərdə məhz bu ideologiya bütün dünyada yaşayan azərbaycanlıların özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq, doğma Azərbaycanın inkişafına, Vətənimizin dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, […]

Federasiya Prezidenti basketbol ictimaiyyəti ilə görüş keçirib-FOTO

Dekabrın 29-da Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayevin basketbol ictimaiyyəti ilə görüşü baş tutub. Tədbirdə Federasiyanın rəyasət heyətinin üzvləri, məsul şəxsləri, müvafiq dövlət qurumlarının nümayəndələri, hakimlər, məşqçi-müəllimlər, yığma komandaların üzvləri iştirak ediblər. Görüşdə çıxış edən Emin Əmrullayev ölkədə basketbol idman növü ilə bağlı mövcud vəziyyət, yeni mövsümə hazırlıq məsələləri və gələcəkdə görüləcək işlərdən danışıb. Tədbirdə […]

Vətən müharibəsi iştirakçılarına veteran statusu veriləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:   1. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada Azərbaycan […]

Bayramda bu ailələr 100 manat alacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam verib. Sərəncamla Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qərara alınır: – 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə:   – “Azərbaycan […]

Arvadını bölmədə öldürən polisin işi MƏHKƏMƏDƏ

30 sentyabr 2021-ci ildə Nizami RPİ-nin 24-cü Polis Şöbəsində Xanım Məmmədovanın qəsdən öldürülməsi faktı ilə bağlı Baş prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.   Baş Prokurorluqdan verilən məlumata görə, zərərçəkmişin əri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov qeyd edilən tarixdə xidmətdə […]

Əmək pensiyalarının minimum məbləği artırıldı – SƏRƏNCAM

“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilib.   Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.   Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılır.   Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat idi.

“Araz”ı kim ən ucuz market seçdi? – Dövlət Xidməti araşdırmaya başladı

“Business İnsight” şirkətinin “Araz Supermarketlər” şəbəkəsini Yeni il ərəfəsində ən ucuz market elan etməsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu sahədə araşdırma aparmasına səbəb olub. Dövlət Xidmətindən bildirilib ki, bir sıra KİV-lər adı çəkilən tərəfindən bayram səbəti üçün ən ucuz supermarketlər şəbəkəsinin müəyyən olunması məqsədilə araşdırmanın aparıldığı və nəticədə Yeni il […]

Bakıda havanın ən çirkli olduğu ƏRAZİLƏR

“İl ərzində havanın çirklənməsi ilə bağlı bizim xidmətə 954 müraciətdaxil olub”.   Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mətbuat konfransında deyib.   O bildirib ki, araşdırmalarla çirklənmə mənbələri müəyyən olunub və qanunvericilik çərçivəsində cəza tətbiq edilib:   “Cəza tədbirləri ilə vəziyyəti düzəldə bilmərik. Hər kəs bu işdə öhdəsinə düşəni […]

Ermənistan məhsulları Azərbaycanda necə PEYDA OLUR…

Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.   Məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 37 ədəd suvenirlər, 32 qutu siqaret və 51,70 litr müxtəlif spirtli içkilər də olub.   Maraqlıdır, Ermənistan malları ölkəyə hansı yollarla gətirilir?   Dövlət […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031