Bu iki qanun qüvvədən düşəcək

“Televiziya yayımı haqqında” və “KİV haqqında” qanunlar qüvvədən düşəcək. Bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib. O qeyd edib ki, “Media haqqında” yeni qanun layihəsinin qəbulu ilə digər bəzi qanunlar qüvvədən düşəcək: “Diffamasiya ilə bağlı da araşdırmalar gedir. Bununla bağlı ciddi işlər […]

Səhiyyə Nazirliyindən “omicron” ştamı ilə bağlı XƏBƏRDARLIQ

“Pandemiya hələ sona çatmayıb. Bu gün virusun daha çox mutasiyaya uğramış, yeni ştamı – “omicron” ştamı peyda olub və hamının narahatçılığına səbəb yaradıb”.   Bu fikiləri səhiyyə nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.   Onun sözlərinə görə, ilkin mülahizələrə görə yeni ştam daha sürətlə yayıla bilir, həm də əvvəlki qazanılmış immun cavabdan müəyyən qədər yayına bilir: […]

Şəhid əsgərimiz yanvarda tərxis olunacaqdı – FOTO

Xəbər verdiyimiz kimi, bu gecə Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.   2002-ci il təvəllüdlü şəhidimiz Asif Əliyev əslən Siyəzən rayonunun Zarat kəndindəndir. O, subay olub.   A.Əliyev ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqmış. Şəhidin bir bacısı var. […]

Azərbaycan neftinin qiyməti 77 dolları ötdü

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,19 ABŞ dolları, yaxud 0,25 % artıb.   “Azeri Light” markalı neftin bir barelinin qiyməti 77,19 ABŞ dolları təşkil edib.   Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda […]

Deputatın xanımı koronavirusa görə xəstəxanaya yerləşdirildi: “Özü bilir kimdən yoluxub”

“Koronavirus, pandemiya hansı hiyləgər, məkirli siyasətin və insanlığa qarşı münasibətin göstəricisi olduğunu hələ də özüm üçün aydınlaşdıra bilmirəm”. Bu fikirləri  açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib. O koronavirusdan qorunmaq üçün iki dəfə Çin istehsalı olan “Sinovac”, 3 -cu dəfə isə Almaniya istehsalı olan “Pfizer” peyvəndi vurdurduğunu qeyd edib. “Peyvənd olunmağı zəruri hesab […]

Baş Prokurorluqdan Xəzərdə tapılan insan skeleti ilə bağlı açıqlama

Bir neçə gün əvvəl Xəzər dənizindən tapılan insan skeletinin kimə məxsus olduğu müəyyənləşib.   Skeleti tapılan şəxsin 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov olduğu aydın olub. O, 2015-ci ildə “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı itkin düşmüş neftçilərdən biridir.   Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.

Erməni mifi beynəlxalq məhkəmələrdə də fiaskoya UĞRAYIR

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılması”nı təmin etməyib. Məhkəmədə, həmçinin Ermənistanın Bakıdakı Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib. Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb. Bu 3 məsələ üzrə ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış […]

MTN generalı həbsxanada ÖLDÜ

MTN generalı həbsxanada vəfat edib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bir neçə il əvvəl casusluqda ittiham olunaraq həbs edilən, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Zakir Əlibala oğlu İsmayılov həbsxanada dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə […]

Şəhid atası jurnalistdən polisə şikayət etdi

Şəhid atası tanınmış jurnalist Tural Müseyibovdan polisə şikayət edib.   Dekabrın 2-də Sahil qəsəbə sakini 1963-cü il təvəllüdlü Namiq Kəlbiyev DİN-in Baş Cinayət Axtarış İdarəsinə (BCAİ) ərizə ilə müraciət edib.   Müraciətdə qeyd olunub ki, jurnalist Tural Müseyibov Vətən Müharibəsində şəhid olmuş oğlu Şaiqin adını sosial şəbəkələrdə LGBT üzvü kimi təqdim edib. Bununla da şəhidin […]

Bu ölkədə “Omicron”a yoluxma artdı, qapanmalara gedildi

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkədə 568 nəfərin koronavirusun yeni ştammı “Omicron”a yoluxduğunu açıqlayıb. Conson yoluxmaların 2-3 dəfə artdığını qeyd edib. Baş nazir qabaqlayıcı tədbir kimi bazar ertəsindən etibarən evdən işləməyi tövsiyə edib. Bundan əlavə, cümə günündən teatr və kinoteatrlarda maskadan istifadə məcburi olacaq. İnsanların çox toplandığı yerlərdə, gecə klublarında peyvənd pasportu tələb olunacaq. Qayda […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031