COVID 19-la mübarizədə Azərbaycan nümunəvi ölkələrdəndir

Müsahibimiz Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudovdur – Rəşad müəllim, ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin isə torpaqlarımızın xilaskarı kimi adları tarixə qızıl hərflərlə yazılıb. Keçilən yola nəzər salsaq, bununla bağlı nə deyə bilərsiniz?   – Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli […]

Azərbaycan Yaponiyada Ticarət Evi açır

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ilə görüşüb. Bu barədə nazir özü məlumat verib. Onun sözlərinə görə, görüşdə iki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və Tokioda Azərbaycan Ticarət Evinin yaradılması barədə fikir mübadiləsi aparılıb.

SABİQ NAZİR VƏ GENERALIN ŞƏRİKLİ MƏTBƏƏSİNDƏ ÖLÜM… – “İndigo” mətbəəsi kimlərə xidmət edir?

Xəbər verildiyi kimi, ötən gün dekabrın 16-da Bakıdakı “İndigo” mətbəəsində 28 yaşlı gənc işçi faciəli şəkildə həlak olub. Əvvəllər NİDA vətəndaş cəmiyyəti hərəkatının fəallarından olan, daha sonra Vətəndaş Həmrəyliyi Partiyasına üzv yazılan Xəyyam Təhməzov Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən mətbəədə kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan avadanlıqda […]

Səhiyyə Nazirliyi PUBG oyunları ilə bağlı valideynlərə xəbərdarlıq edib

  “PUBG oyunlarında məktəblilər kiberbullinq şəklində müəyyən təzyiqlərə məruz qalırlar. Bu zaman onlar dolayı şəkildə təhqir olunurlar”. Bunu Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı deyib. O qeyd edib ki, yaşıdları bunu oyun kimi təqdim edib əsas mahiyyətdən yayınırlar: “Bəzən valideyn övladının dediklərini ciddi qəbul etmir. Nəticədə növbəti dəfə uşaq məktəbdə baş verən hadisələri evdə danışmır. […]

Prezidentin bugünkü sərəncamları 1 milyon nəfəri əhatə edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Kollegiya iclası keçirilib.   ƏƏSMN-dən  verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamlarla ölkəmizdə sosial islahatların yeni mərhələsinə başlandığını bildirib. İmzalanan bu Sərəncamların əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin etdiyini vurğulayıb. […]

Bu oyunların reklamı qadağan edilir

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclasında “Reklam haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada […]

Azərbaycanda minimum əməkhaqqı 300 manat oldu – RƏSMİ

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.   Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib.   Nazirlər Kabinetinə tapşırılıb ki, Nazirlər Kabinetinin aktları ilə müəyyən […]

Bu dövlət qurumlarında çalışanların maaşı 20 faiz artırıldı – SİYAHI

Prezident İlham Əliyev “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncam imzalayıb.   Sərəncamla Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20 % artırılır:   Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;   Heydər […]

Ermənilər Azərbaycana müraciət etdi: Bizə səs verin

Azərbaycan tamaşaçısı “Eurovisionjunior” müsabiqəsində erməni müğənniyə səs verməyə çağırılıb. Stronghayastan adlı istifadəçi Tvitter səhifəsində Azərbaycan dilində yazdığı tvitdə Azərbaycan tamaşaçılarını erməni təmsilçisinə səs verməyə çağırıb. “Əziz azərbaycanlılar! Bir-birimizə nifrət etdiyimizi bilirəm, amma JESC hamımızı birləşdirməlidir! Ermənistan və Malenanı dəstəkləyin, biz də Sona Əzizova və onun “O günlərdən biri” adlı sehrli balladasını dəstəkləyəcəyik. Uğurlar, Ermənistan və […]

“Press kart” niyə zəruridir?

“Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli “Media haqqında” qanun layihəsi ilə bağlı fikirlərini bildirib.  cumhuriyyet.net “Qafqazinfo”-ya istinadən sözügedən yazını təqdim edir: “Media Reyestrinin yaradılması kimlər üçün faydalıdır?  İnternetin inkişafı frilans jurnalistlərin fəaliyyətlərini stimullaşdırıb. Yeni media mühiti onlar üçün əlverişlidir. Milli seqmentdə “sərbəst çalışan” və ya “müstəqil jurnalist” adlandırdığımız frilanslar kəmiyyətcə çoxalır, yeni imkanlar əldə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031