Bu gün Azərbaycan ədəbiyyatının böyük örnəyi Vidadı Babanlının doğum günüdür

Bu gün Azərbaycan ədəbiyyatının böyük öndərlərindən biri, vicdanlı qələmi ilə minlərlə vicdanı oyadan, ədəbiyyatda həm nəsrdə, həm nəzmdə böyük örnəklər yarada bilən şair, yazıçı, tərcüməçi Vidadı Babanlının doğum günüdür. Vidadi müəllim ömrünün kamillik zirvəsinə 95 illik həyat yolunu şərəflə yaşayaraq qədəm qoymuş ziyalımızdır. Vidadi Babanlı onun oxucularının, eləcə də ədəbi cameənin yaddaşına ustad bir nasir […]

Şuşada və Daşaltıda içməli su təchizatı sistemləri yaradılır

“Azərsu” ASC-də Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun ilk iclası keçirilib.   Bu barədə qurumdan bildirilib.   Məlumata görə, iclasda işçi qrupuna daxil olan müxtəlif dövlət təşkilatlarının mütəxəssisləri iştirak edib. İşçi qrupunun rəhbəri, “Azərsu”yun sədr müavini […]

Bakcell 3 il ərzində ölkəyə 226 milyon manat həcmində sərmayə yatırıb

Bakcell şirkətinin son 3 il ərzində Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayənin həcmi 226 milyon manat təşkil edir. Şirkətin fəaliyyətinin davam etməsinə və inkişafına yönəlmiş bu sərmayələr uzunmüddətli perspektivdə ölkənin ümumi daxili məhsulunun həcminə də töhfə verəcək. Qeyd olunan məbləğin böyük hissəsi telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsinə, regionlarda 4G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsinə və Qarabağda yüksək keyfiyyətli mobil şəbəkənin […]

Çörək sonuncu dəfə 6 il əvvəl bahalaşmışdı – Nə baş vermişdi?

Azərbaycanda digər qida məhsullarından fərqli olaraq çörəyin qiymətində dəyişikliyə tez-tez rast gəlinmir. Xüsusən də “zavod” çörəyi kimi tanınan dairəvi çörəklərin qiymətində az hallarda artım baş verir. “zavod” çörəyi sonuncu dəfə 6 il əvvəl bahalaşıb. Devalvasiyadan sonra xaricdən gətirilən malların manatla ifadədə dəyəri kəskin artdığından “zavod” çörəyi də bahalaşdırılmışdı. Həmin dövrdə 40 qəpiyə satılan 650 qramlıq […]

Arif Babayevin son vəziyyəti AÇIQLANDI

“Xalq artisti Arif Babayev evdə həkim nəzarəti altında müalicəsini davam etdirir”.   Bunu “Report”a 83 yaşlı Xalq artistinin oğlu Yaşar Babayev bildirib.   Onun sözlərinə görə, atasının səhhəti yaxşıdır:   “Hazırda ev şəraitində insult, beyinlə əlaqəli müalicə kursunu davam etdiririk. Yataq şəraitində deyil, arada açıq havaya çıxır, gəzir. Özünü yaxşı hiss edir. Hər şey qaydasındadır”.   Qeyd edək […]

Açıq məkanlarda reklam yerləşdirmək üçün yeni qiymətlər müəyyənləşdi

Azərbaycanda açıq məkanlarda yerləşdirilən reklamların yeni qiymətləri müəyyənləşib.   Dövlət Reklam Agentliyindən  verilən məlumata görə, açıq məkandakı reklam ekosisteminin inkişaf etdirilməsi, həm estetik görünüş, həm də funksionallıq baxımından müasir tələblərə uyğunlaşmaq üçün rəqəmsal reklam daşıyıcılarından istifadənin stimullaşdırılması qərara alınıb.   “İnkişaf etmiş ölkələrdəki kimi elektron monitor, tablo və digər reklam daşıyıcılarından daha çox istifadə olunsun […]

Türkiyədə vətəndaşlıq almaq istəyənlərin NƏZƏRİNƏ!

Əcnəbilərin Türkiyə vətəndaşlığına qəbulu qaydalarına dəyişiklik edilib.   Bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.   Sənədə əsasən, Türkiyə vətəndaşlığına qəbul olmaq üçün əsas müddəa və meyarlar aşağıdakı kimi müəyyənləşdirilib:   1. Qiyməti 250 min ABŞ dollarından başlayan daşınmaz əmlakın alınması;   2. Banka 500 min dollar əmanət qoyulması;   3. 500 min […]

Qazaxıstana əcnəbilərin girişi dayandırılıb

  Qazaxıstan hökuməti fövqəladə vəziyyət rejimilə bağlı əcnəbilərin ölkəyə girişini dayandırıb. Bu barədə ölkənin Özbəkistandakı səfirliyi məlumat yayıb. Xatırladaq ki, ölkədə baş verən iğtişaşlara görə yanvarın 5-də ölkə boyu tətbiq edilən fövqəladə vəziyyət bütün şəhərlərdə komendatura yaradılmasını, saat 23-dən 7-dək evi tərk etmək, kütləvi toplantılar keçirmək qadağasını, gediş-gəliş məhdudiyyətlərini ehtiva edir.

Bakıda direktorun şagirdləri döyməsi ilə bağlı araşdırma aparılır

  Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. İdarədən  bildirilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Qeyd olunub ki, ümumtəhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata […]

Fevralın 15-dən kimlərin “Peyvənd sertifikatı”nın etibarsız sayılacağı açıqlanıb

Baxiş sayı: 765 Dərc olunub: 06/01/2022 – 14:50 Bölmə: Xəbər lenti “İkinci dozadan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici doza qəbul olunmalıdır”. Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, əks halda 2-ci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31