Prezident Ər-Riyadda imzalanmış sazişi təsdiqlədi

Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri arasında gömrük işi sahəsində saziş təsdiqlənib.   Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.   Sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2021-ci il noyabrın 15-də Ər-Riyad şəhərində imzalanmış Şaziş təsdiq edilib.

“Facebook”dakı paylaşımına görə həbs olundu – Rəsmi xəbərdarlıq

Baş Prokurorluq tərəfindən internet informasiya ehtiyatlarına qanunvericiliklə qadağan edilmiş məlumatların yerləşdirilməsinin qarşısının alınması və infromasiya təhükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, aparılmış yoxlamalar ilə ictimai-siyasi sabitliyin pozulması, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, həmçinin dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədi güdən paylaşımların qarşısının alınması […]

Uşaq bağçasında OĞURLUQ

Bakının Nərimanov rayonunda uşaq bağçasının damından 1200 manat dəyərində naqil oğurlanıb.   Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.   Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki inzibati binaların birindən 50 ədəd pəncərə, pəncərə çərçivələri və 60 metr naqil, bir uşaq bağçasının damından isə 1200 manat […]

Bütün bağçalar Təhsil Nazirliyinə təhvil verildi – RƏSMİ

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansında olan bütün bağçalar Təhsil Nazirliyinə təhvil verilib.   Bu barədə BŞİH-dən  cavab olaraq bildirilib.   Rəsmi məlumata görə, artıq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində bağça yoxdur:   “Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi də artıq nazirliyin tabeliyindədir. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində 3 uşaq evi qalıb”. […]

Məşhur aktrisa Fatma Girik vəfat etdi

Türkiyənin məşhur kino aktrisası Fatma Girik vəfat edib. Aktrisanın ölümü barədə xəbəri Şişli Bələdiyyəsinin başqanı Muammer Keskin bəyan edib. 79 yaşında vəfat edən aktrisa süd vəzisi xərçəngindən əziyyət çəkirdi. Fatma Girik 12 dekabr 1942-ci ildə İstanbulda anadan olub. Aktrisa 180-dən çox filmdə rol alıb. Fatma Girik həm də keçmiş siyasətçi kimi də tanınırdı. O, 1989-1994-cü […]

Nərimanov rayonunda yol nişanları qoyulub

Nizamsız nəqliyyat şəraiti, pərakəndə parklanma və piyadaların rahat hərəkəti üçün əlverişsiz vəziyyətin müşahidə edildiyi Nərimanov rayonunun Əlicabbar Orucəliyev küçəsində yenidənqurma işləri aparılıb. Burada yolun zəif buraxıcılıq qabiliyyəti, yol nişanlarının çatışmazlığı, nişanlanma xətlərinin olmaması davamlı nəqliyyat axınına ciddi maneələr yaradırdı. Kompleks təhlillərə əsaslanan layihə Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra […]

45 nömrəli məktəb BAĞLANDI

 Bu gündən Bakının 45 nömrəli tam orta məktəbi fəaliyyətini distant formada davam etdirəcək.   Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Belə ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin 14 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31