Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi işdən çıxdı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov işdən çıxıb.   Bu barədə özü məlumat yayıb.   C.Məlikov mədəniyyət sahəsindəki 15 illik fəaliyyətini bitirmək barədə qərar verdiyini açıqlayıb: “Qarşımda qoyduğum yeni çağırış və hədəflərə çatmaq üçün durmadan çalışmağa davam edəcəyəm”.   Qeyd edək ki, o, 2018-ci il noyabr ayında bu vəzifəyə təyin olunmuşdu.

Prezidentin köməkçisi Ermənistanla sülhün şərtlərini AÇIQLADI

Hərbi işğal faktı sona çatıb və Azərbaycan güc tətbiq etməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə dair yanlış nümunəyə son verib.   Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda deyib.   O bildirib […]

Efirdə qayınanasını öldürdüyünü etiraf etdi – VİDEO

Azərbaycanda 1 il 9 ay əvvəl törədilən cinayətin üstü efirdə açılıb.   ARB-də yayımlanan “Səni axtarıram” verilişində gəlin qayınanasını qətlə yetirdiyini deyib.   O bildirib ki, qayınanası ilə arasında münaqişə yaranıb:   “Aramızda mübahisə oldu, mən bilməyərək onu itələdim, başı pilləkəndə daşa dəydi. Yıxılmağı ilə özündən getdi, mən qorxdum. Bəlkə, heç kəs mənə inanmayacaq ki, […]

Yoluxma kəskin artdı – 21 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5223 yeni yoluxma faktı qeydə alınıb, 2319 nəfər müalicə olunaraq sağalıb.   Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.   İndiyədək ölkədə ümumilikdə 663 693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 627 342 nəfər müalicə olunaraq […]

Türkiyə parlamenti Şuşa Bəyannaməsini TƏSDİQLƏYƏCƏK

Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiq edəcək.   “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi parlamentə daxil olub.   Qeyd edək ki, bu gün Azərbaycan Milli Məclisinin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən […]

Bakıda daha bir “ASAN xidmət” AÇILIR

“Yaxın vaxtlarda Bakıda daha bir ASAN xidmət Mərkəzi açılacaq”.   Bunu jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.   Onun sözlərinə görə, yeni xidmət mərkəzi Nərimanov rayonu ərazisində olacaq: Ü. Mehdiyev qeyd edib ki, qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlar həmin mərkəzin xidmətindən yararlana biləcəklər”.

Deputat İqbal Məmmədova cinayət işi AÇILA BİLƏR

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında deputat İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 10 milyon manata yaxın vergi borcunun olması barədə məlumat yer alıb. Belə ki, şirkətin 1600019501 nömrəli VÖİN-i üzrə sorğu zaman “Kaspi Yıldız”ın 9 666 469.63 AZN borcu olduğu üzə çıxıb.   Külli miqdarda vergidən yayınmaqda ittiham olunan deputata cinayət işi açıla və o […]

Prezidentdən yüksək vəzifələrə təyinatla bağlı göstəriş: korrupsiyaya bulaşdığı yoxlanılsın!

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yüksək vəzifələrə təyinat zamanı Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin rəyinin tələb olunmasının vacib olduğunu bildirib. Korrupsiyaya qarşı mübarizə ilə bağlı keçirilən iclasda Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin ictimai şurasının üzvü Marat Başimov ictimai nəzarətin genişləndirilməsini və dövlət orqanlarının fəaliyyətində aşkarlığın təmin edilməsini təklif edib. İclasda bildirilib ki, prezident Kasım-Jomart Tokayev şəxsləri yüksək vəzifələrə […]

Quyudan meyiti tapılan 4 yaşlı uşaq ÖLDÜRÜLÜBMÜŞ

Dünən Bakıda 10 metr dərinlikdə olan quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub.   İstintaq zamanı quyuya atılaraq üstünə torpaq tökülən 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin qətlə yetirildiyi məlum olub. Araşdırmanın yekununda onu öldürməkdə şübhəli bilinən şəxs də saxlanılıb.   O, 1990-cı il təvəllüdlü Mansurov Mehman Malik oğludur. Yanvarın 27-də M.Mansurovun 32 yaşı […]

Ermənistan prezidentliyinə namizəd irəli sürülüb

Ermənistanda iqtidardakı Vətəndaş Müqaviləsi Partiyası ölkə prezidentliyinə yüksək texnologiyalar sənayesi naziri Vahanq Xaçaturyanın namizədliyini irəli sürüb. Bunu parlamentin sədri Alen Simonyan jurnalistlərə bildirib. Prezident Armen Sarkisyanın istefasından sonra dövlət başçısını müvəqqəti əvəz edən spiker qeyd edib ki, iqtidar partiyasında bir neçə nəfərin namizədliyi müzakirə olunduqdan sonra V.Xaçaturyanla bağlı razılığa gəlinib. Xatırladaq ki, A.Sarkisyanın 23 yanvar […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28