Aİ komissarı Bakı görüşünü enerji tərəfdaşlığı üçün fürsət adlandırıb

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson tviterdəki hesabında sabah Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin səkkizinci Məşvərət Şurası, habelə keçirəcəyi görüşlərlə bağlı paylaşım edib. “Report” xəbər verir ki, komissar nazirlərlə ikitərəfli görüşlərinin olacağını deyib. “Sabah keçiriləcək Cənub Qaz Dəhlizinin səkkizinci Məşvərət Şurasına həmsədrlik üçün Bakıda. Həmçinin nazirlərlə bir neçə ikitərəfli görüşlərim olacaq. Avropa İttifaqı […]

Ərdoğan Krım tatarları ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada Kırım tatarları ilə görüşüb. Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Boryspil” hava limanındakı qəbulda nümayəndə heyətinə Kırım tatar türk xalqının milli lideri Mustafa Əbdülcəmil Kırımoğlu rəhbərlik edib. Qəbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin […]

Afrikada “omikron” ştamının alt növləri aşkarlanıb

Afrikada koronavirusun “omikron” ştamının alt növləri aşkarlanıb. “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika ofisinin baş virusoloqu Niksi Qumede-Moeletsi bildirib. “Omikron”un BA.2 adlı yeni alt növü qitənin beş ölkəsində müəyyən edilib: Botsvana, Keniya, Malavi, Seneqal və Cənubi Afrika. “BA.2-ni müəyyən etmək çox çətindir, çünki “omikron” ştamını aşkar etmək üçün hazırlanmış koronavirus testləri […]

Pentaqon: Rusiya Ukraynanın işğalı üçün bəhanə tapa bilər

Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi Rusiyanın Ukraynanı işğal edə biləcəyi haqqında məlumatlara sahibdir. APA xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. “Rusiya Federasiyası işğal üçün bəhanə tapa bilər” deyə Pentaqonun sözçüsü Con Kirbi bildirib. Öz növbəsində, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu iddiaları şərh edərkən, bildirib ki, bu, ABŞ-ın ilk belə açıqlaması […]

Almaniya kansleri bu tarixdə Rusiyaya gedəcək

Almaniya kansleri Olaf Şolts fevralın 15-də Rusiyaya səfər edəcək. Modern.azxəbər verir ki, bu barədə Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yazıb. Nəşr qeyd edir ki, Şolts səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflərin ikitərəfli, regional və qlobal məsələləri müzakirə edəcəyi söylənilir.

Füzulidə düşmənin atıb qaçdığı raketlər aşkarladı

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində keçirilən […]

Şimali İrlandiyanın baş naziri istefa verib

Şimali İrlandiyanın hökumət başçısı Pol Qiven istefa verdiyini açıqlayıb. Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Məlumata görə, istefa qərarı Birləşmiş Krallığın Avropa İttifaqından (Aİ) çıxması haqqında sazişin bir hissəsi kimi imzalanmış Şimali İrlandiya Protokolunun icrası ətrafında davam edən fikir ayrılıqları fonunda verilib. Siyasətçi fevralın 4-dən səlahiyyətlərinin icrasını dayandıracağını qeyd edib.

Yemək axtarışına çıxan canavar ayaq üstə donaraq ölüb – VİDEO

Türkiyənin Sivas bölgəsinin Suşehri rayonunun sakinləri ayaq ustə donaraq ölmüş canavar cəsədini aşkar ediblər. Bədənində heç bir xəsarət izi olmayan canavarın yemək axtararkən havanın soyuq olması nəticəsində donaraq öldüyü istisna edilmir. Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlara məlumat verilib. Mənbə: “Demirören Haber Ajansı” (DHA)

Polşa Prezidenti Gürcüstanda səfərdədir

Polşa Prezidenti Andjey Duda Gürcüstanda səfərdədir. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb. Qarşıdakı dəqiqələrdə Gürcüstan Prezidenti Salome Zurabişvili və Polşa Prezidenti Andjey Dudanın Tbilisi Hava Limanında mətbuat konfransı keçirəcəklər. A.Dudanın Gürcüstana səfərinin tranzit xarakteri daşıdığı bildirilib.

BMT Türkiyənin vasitəçilik səylərini yüksək qiymətləndirir

“BMT Baş katibi Türkiyə Prezidentinin Rusiya və Ukrayna arasındakı danışıqlarda vasitəçilik etmək təklifini yüksək qiymətləndirir”. Modern.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Farhan Haq keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, BMT Türkiyə də daxil olmaqla müxtəlif ölkələri gərginliyin həllinə kömək etməyə çağırır: “Biz çox istəyirik ki, əsas tərəflər, o cümlədən, əlbəttə ki, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28