Rasim Məmmədovun saxlanma xəbəri yayıldı – VİDEO

Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun saxlanılma anının görüntüləri yayılıb. Rasim Məmmədovdan hüquq-mühafizə orqanlarına bir neçə vətəndaş şikayət edib. Saxlanma əməliyyatını ərazi üzrə Sumqayıt polisi həyata keçirib. Xatırladaq ki, Rasim Məmmədov daha əvvəl məktəb direktoru olan bacısının qalmaqalı ilə gündəmə gəlmişdi. Belə ki, Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 […]

Prezident İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarını qəbul edib

Fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Ermənistan müxalifəti prezidentliyə namizəd irəli sürməyəcək

Ermənistan müxalifəti prezidentliyə namizəd irəli sürməyəcək. APA TASS-a istinadən xəbər verir ki, müxalifət partiyalarının yaydığı bəyanatda onların səsvermə prosesinə də qatılmayacaqları bildirilib. Xatırladaq ki, hakim “Vətəndaş Müqaviləsi” partiyası Prezident postuna yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb.

Vəfat edən şəxsin pensiya kapitalının taleyi necə olur? – RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vəfat edən şəxslərin vaxtilə topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib.   Nazirlikdən Modern.az-a bildirilib ki, sığortaolunan pensiya yaşına çatdıqda və ya pensiya yaşına çatanadək əlilliyə məruz qaldıqda onun ödəmiş olduğu sosial sığorta haqları hesabına fərdi hesabında toplanan pensiya kapitalı əsasında ona təyin olunacaq aylıq pensiyanın məbləği müəyyən edilir.   Qeyd […]

Evdə tək qaldığından qorxan azyaşlı ilə bağlı AÇIQLAMA

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi anası tərəfindən evdə tək buraxılan azyaşlı uşaqla bağlı məlumat yayıb.   Komitədən verilən xəbərdə bildirilib ki, fevralın 3-də kütləvi informasiya vasitələrində evdə tək qalan azyaşlı uşağın yaşadıqları Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən binanın mənzillərinin birində eyvana çıxaraq təhlükəli vəziyyətdə olması ilə bağlı video görüntü öz əksini tapıb. Bildirilib […]

Putin Çində SƏFƏRDƏDİR

Rusiya Prezidenti Vladimir Putin Çinin paytaxtı Pekində səfərdədir.   Bunu jurnalistlərə açıqlamaısnda Prezidentin köməkçisi Yuri Uşakov deyib.   O bildirib ki, bu, Rusiya liderinin koronavirus pandemiyası başlayandan bəri Çinə ilk səfəridir.   Səfər çərçivəsində V.Putinlə Çin Sədri Si Cinpin arasında təkbətək görüş olacaq. Görüşdə ikitərəfli əlaqələrin, regional və qlobal məsələlərin müzakirə olunacağı gözlənilir.   Y.Uşakovun […]

Bu onkoloji xəstələrə vaksin qadağandır – RƏSMİ

“Milli Onkologiya Mərkəzində müasir protokollar (Avropa, Amerika protokolları) əsasında iş qurulub. Buna görə də xəstənin diaqnozu təsdiqləndikdən sonra onkoloji konsilium keçirilir. Bu, müəyyən bir xəstənin müalicəsi üçün optimal taktika və strategiyanın hazırlanması məqsədilə keçirilən üç həkimin (cərrah, kimyaterapevt, radioloq) konsiliumudur. Bütün onkoloji xəstələrdə həmin həkimlərin rəyləri mütləqdir”.   Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad […]

Qarabağ separatçıları arasında “liderlik davası”: Arayik ətrafında çevrə daralır

  Qarabağdakı separatçılar arasında “liderlik” uğrunda mübarizə qızışır. II Qarabağ Müharibəsindəki məğlubiyyətdən sonra separatçıların rəhbərliyindən gedəcəyinə söz vermiş Arayik Arutyunyan vədinə xilaf çıxaraq,  tərəfdarlarına bildirib ki, “siyasətdən getməyəcək”. Arayikin bu bəyanatı Qarabağ separatçıları arasında ona müxalif olanların narazılığı ilə qarşılanıb. “Hraparak” yazır ki, Arayik Arutyunyan ətrafında çevrə yenidən daralıb. Belə ki, əvəllər separatçılara rəhbərlik etmiş Bako […]

Ağsuda Füzuli Kərimov hökmranlığı: başçı kimdir?

Ağsu rayonunda sosial-iqtisadi sahədə böhranlı vəziyyət ildən-ilə dərinləşir. İşsizliyin sürətlə artması və bahalaşma rayon əhalisinin yaşayış səviyyəsini dözülməz həddə çatdırıb. Rayon sakinləri cumhuriyyet.az-a bildirir ki, üzləşdikləri problemləri söyləməyə rəsmi ünvan tapmırlar. Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov qəbul günlərini ləğv eləyib, əhalidən maksimum dərəcədə gizli saxlanır. Onu, başçı təyin olunandan, rayon sakinləri bir-iki dəfə H.Əliyevin […]

Avropada qaz BAHALAŞDI

Avropada qaz fyuçerslərinin qiyməti ticarət sessiyasının sonunda hər min kubmetr üçün 950 ABŞ dollarına yüksəlib.   Bu barədə ICE London Fond Birjasının məlumatında deyilir.   Ticarətin başlanğıcında mart fyuçersləri 943 ABŞ dolları təşkil edib.   Sessiyanın bağlanmasına yaxın qiymət 4 % artıb.   Avropada qazın qiymətində nəzərəçarpacaq artım ötən ilin dekabr ayında qeydə alınıb. Fyuçerslər […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28