Deputat həmkarım və mediamız barədə bir neçə söz…

Vəzifəsindən, rütbəsindən, tutduğu mövqedən asılı olmayaraq insanın dəyəri həm də onun xeyirxah əməlləri ilə ölçülür. Milyonçu olmaq eyib deyil! Əgər sən o milyonları təkcə özünə sərf edirsənsə, cəmiyyətə, insanlara fayda vermədən xərcləyirsənsə, ətrafdakı ehtiyacı olanlara əhəmiyyət vermirsənsə, o zaman bu nə cəmiyyət, nə də ki, kainatın Yaradıcısı tərəfindən doğru, halal hesab edilə bilməz. Amma… Hesab […]

Cəlilabadın sabiq icra başçısının məhkəməsində 25 şahid dindirilib

  Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib, şahidlər dindirilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində 25 şəxs ifadə verib. Daha sonra şahidlər məhkəmənin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıblar. Məhkəmənin növbəti […]

AMEA-nı DE-FAKTO İDARƏ EDƏN ƏMİROV KİMDİR? – Onu Mehdiyevin “sağ əli” edən nədir?

  AMEA-nın de-fakto rəhbəri Eldar Əmirovdur.  Kimdir Eldar Əmirov?  O, hələ Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri işlədiyi vaxtlardan onun “sağ əli” olub. 2019-cu ildə onu AMEA-ya gətirib. 37 yaşlı bu cavan oğlan artıq siyasi elmlər üzrə fəlsəfə doktorudur.  Ramiz Mehdiyev özünün inzibati-amiranə hakimiyyətini qurmaq məqsədi ilə AMEA-nın Nizamnaməsini, demokratik idarəçiliyin əsaslarını dağıdaraq, qeyri-qanuni AMEA Prezidentinin Katibliyini […]

Bayden Polşaya daha 3 min əsgər göndəririr – ABŞ-Rusiya liderləri telefonda danışacaq

Prezident Co Bayden NATO müttəfiqi olan Polşanın ərazisində əlavə olaraq daha 3 min ABŞ əsgəri yerləşdirilməsini əmr edib. Qərb son günlərdə Ukrayna və Rusiya arasında böhranın açıq münaqişəyə çevrilə biləcəyindən narahatdır. evralın 11-də Pentaqonun verdiyi bəyanatda deyilir ki, sözü gedən əsgəri qüvvə gələn həftənin əvvəllərində Polşa ərazisindəki 1700 ABŞ əsgərinə qoşulacaq: “5000 nəfərlik bu əlavə qüvvə çoxsaylı […]

Azərbaycanda bəzi yollar buz bağlayacaq

  Azərbaycanda bəzi yollar buz bağlayacaq. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Qusar-Xudat, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağdam-Ağdərə, Füzuli-Cəbrayıl-Mahmudlu, Ucar-Zərdab-Ağcabədi, Göyçay-Ucar, Gəncə-Daşkəsən, Hacıqabul-Şirvan, Salyan-Neftçala, Bərdə-İstisu, Ağsu-Kürdəmir-Bəhramtəpə, Xankəndi-Xocavənd, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Xaldan-Mingəçevir, Naxçıvan-Sədərək magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi […]

Azərbaycanda qoyunlar 7 manata, nar bağları 40 manata sığortalanacaq

Aqrar Sığorta Fondu dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə qoyunların və nar bağlarının güzəştli sığortasına başlayıb. Bu barədə  Fonddan bildirilib. Qeyd edilib ki, Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısı genişləndirilib. Nəticədə indi sığorta vasitəsilə demək olar ki, bütün meyvələri, o cümlədən Kürdəmir ərazisində […]

Rusiyalı diplomatların Ukraynadan çıxdığı rəsmən TƏSDİQLƏNDİ

Rusiya Xarici İşlər Nazirliyi Ukraynadakı səfirlik və konsulluqların işçilərinin optimallaşdırılmasına qərar verib. Bu barədə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuata bildirib. Onun sözlərinə görə, Rusiya Kiyev və digər ölkələrin mümkün təxribatları səbəbindən belə bir addım atıb. “Kiyev rejimi və ya üçüncü dövlətlərin mümkün təxribatlarından ehtiyat edərək, əslində Rusiyanın Ukraynadakı xarici nümayəndəliklərinin işçilərinin müəyyən qədər optimallaşdırılması […]

Ermənistanda ehtiyatda olan zabitlər təlimlərə ÇAĞIRILDI

Ermənistan Müdafiə Nazirliyi bu il aprelin 1-dən iyunun 30-dək ehtiyatda olan hərbçilər üçün təlim-məşq toplanışları keçirməyi planlaşdırır. Təlimlərə hərbi nəqliyyat maşınları da cəlb olunacaq. Təlimlərdə 1205-i sıravi və kiçik rütbəli, 65-i yuxarı rütbəli, 130-u raket və artilleriya ixtisasları üzrə ehtiyatda olan zabitlər olmaqla 1400-dək şəxsin iştirak edəcəyi bildirilir. Hərbi nəqliyyat vasitələrinin isə 136-ya çatacağı qeyd edilir.

Bakıda təcili yardım maşını aşdı: yaralanan var

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb. Qəza zamanı təcili tibbi yardım maşınında xəstə olmayıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, yol-nəqliyyat hadisəsi zamanı bir nəfər – təcili tibbi yardım maşınının sürücüsü xəsarət alıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.  

Türkiyədə İranın casus şəbəkəsi İFŞA OLUNDU

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Təhlükəsizlik Müdirliyi tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində İran xüsusi xidmət orqanlarının Türkiyədə iranlı müxaliflərin oğurlanması planına yardım edən 14 şübhəli şəxs saxlanılıb.   Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.   Məhkəmə saxlanılan şəxslər barəsində (12-si Türkiyə, 2 İran vətəndaşıdır) həbs qətimkan tədbiri seçib. Casus şəbəkəsinin daha üç üzvü axtarışa […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28