Ukrayna XİN: “Rusiya hücum edərsə, cavab verməyə hazırıq”

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Ukrayna məsələsinə dair xüsusi toplantı keçirib. Ukraynanın xarici işlər naziri Dimitro Kuleba BMT-də çıxış edib. “Rusiyanı dayandırmaq üçün sizin köməyinizə ehtiyacımız var. Diplomatiya üçün hələ də gec deyil”, – deyə Kuleba bildirib. O, bəyan edib ki, Ukrayna heç vaxt heç kimi təhdid etməyib və heç kimə hücum etməyib. “Ukrayna heç […]

Türkiyə Yunanıstana nota verdi

Yunanıstanın Türkiyədəki səfirliyinin müşaviri Xarici İşlər Nazirliyinə çağırılıb. Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, XİN-də diplomata etiraz notası təqdim edilib. Buna səbəb Türkiyə vətəndaşlarının Yunanıstanın Sahil Təhlükəsizliyi əməkdaşları tərəfindən hücuma məruz qalması göstərilir.

Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri fevralın 23-də başa çatıb. “Report” xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib

Avropa İttifaqı “DXR” və “LXR”-in tanınmasına görə Rusiyaya qarşı yeni sanksiyaları rəsmi olaraq qəbul edib. Bu barədə İttifaqın bəyanatında bildirilib. Sənədə əsasən, sanksiyalar müvafiq qərara səs verən Dövlət Dumasının 351 deputatına qarşı tətbiq edilib. Bununla yanaşı, yeni qadağalar Rusiyanın 27 fiziki və hüquqi şəxsinə də şamil olunub. Həmçinin, Aİ Rusiyanın dövlət borcuna qarşı da sanksiyalar […]

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbərinin məhkəməsi keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. “Report” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə Bakı şəhərinin baş memarı Akif Abdullayev bildirib ki, birinci instansiya məhkəməsində verdiyi ifadə dəyişdirilib: “Rasim Quliyevin bu işdə heç bir günahı […]

Müdafiə Nazirliyinin sabiq idarə rəisi həbs olunub

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Nizaməddin Quliyevin 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb – SİYAHI

  Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevin əmlakları üzərinə qoyulmuş həbs götürülüb. Musavat.com xəbər verir ki, APA həmin əmlakların siyahısını əldə edib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə cinayət işinə bəraətverici əsaslarla xitam verilmiş sabiq icra başçısının üzərindən həbs götürülmüş əmlakları aşağıdakılardır: Goranboy rayonu, Aşağı Ağcakənd kəndində bazar dəyəri 20 800 manat olan […]

Britaniyanın müdafiə naziri: “Vaxtı ilə I Nikolay da Putinin səhvini etmişdi”

“Londonun hər zaman, dünyanın istənilən yerində Rusiyanın maraqlarına zərbə vurmaq imkanı var”. Bu fikri Böyük Britaniyanın müdafiə naziri Ben Uolles jurnalistlərə açıqlamasında söyləyib. “Şotland qvardiyası 1853-cü ildə Krımda çar I Nikolayı “təpiklədilər”. Biz bunu həmişə təkrar etməyə hazırıq. Vaxtı ilə Çar I Nikolay da Putinin səhvini etmişdi. Onun da dostları, tərəfdaşları yox idi”, – deyə […]

Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. “Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb. Söhbət zamanı Rusiya-Ukrayna məsələsi müzakirə olunub. Ərdoğan Putinlə regional məsələlərdə dialoqa hər zaman böyük əhəmiyyət verdiyini, bunun müsbət nəticələrini gördüklərini və anlaşmanı davam etdirmək əzmində olduğunu bildirib. Ukraynanın suverenliyinə və ərazi […]

Bakıda azyaşlının zorlanması ilə bağlı cinayət işi başlanılıb

Bakının Suraxanı rayon sakini 2010-cu il təvəllüdlü azyaşlının cinsi zorakılığa məruz qalması ilə bağlı anasının müraciəti əsasında Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Hazırda zəruri […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28