Rubl bahalaşdı

Dolların məzənnəsi fevralın 21 və 18-dən sonra ilk dəfə müvafiq olaraq 80 rubldan, avro isə 86 rubldan aşağı düşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Moskva birjası məlumat yayıb. Belə ki, Moskva vaxtı ilə saat 18:55-ə olan məlumata görə, avronun məzənnəsi enişini 6,45%-ə qədər sürətləndirərək, 85,6 rubla çatıb, dolların məzənnəsi 79,01 rubla (-5,16%) düşüb. Dolların […]

ABŞ Ukraynaya 100 PUA yollayıb

ABŞ Ukraynaya 100 ədəd “Switchblade” intiharçı dronu yollayıb. Cumhuriyyet.az-ın “Ria Novosti“yə istinadla xəbərinə görə, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib. Pentaqon sözçüsü bildirib ki, ordu ehtiyatlarından 100 ədəd PUA Ukraynaya yola salınıb. Eyni zamanda, ABŞ bu dronları idarə edəcək kadrların da hazırlanmasına kömək edəcək.

Cavanşir Feyziyev AzTV-də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolundan danışıb (VİDEO)

Millət vəkili Cavanşir Feyziyev AzTV-də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolundan danışıb. Həmin kadrları diqqətinizə çatdırırıq:

Zelenski Ukraynaya təhlükəsizlik təminatı verən ölkələrin adını açıqlayıb

“Yeddi ölkə Ukrayna üçün təhlükəsizlik təminatlarına dair beynəlxalq sazişin məzmununu müzakirə etməyə hazırdır”. Cumhuriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Habertürk” telekanalına müsahibəsində deyib. “ABŞ, Böyük Britaniya, Türkiyə, Polşa, Almaniya, Fransa, İsrail – bunların hamısı təhlükəsizlik zəmanətlərinin siyahısını müzakirə etməyə hazırdır”, – Zelenski bildirib. Ukrayna lideri vurğulayıb ki, bəzi ölkələr Ukraynanı tam dəstəkləməyə […]

Rusiya MN: Ukraynada 34 hərbi obyekt məhv edilib

Rusiyanın operativ-taktiki aviasiyası gün ərzində Ukraynada 34 hərbi obyekti məhv edib. APA-nın “Ria Novosti“yə istinadla məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib. General deyib ki, məhv edilən obyektlər arasında artilleriya batareyası, hərbi təchizat anbarları və hərbi texnika da yer alır.

Bu ölkə Rusiyanın müdafiəsinə QALXDI

Meksika prezidenti Andres Manuel Lopez Obrador Rusiyaya qarşı sanksiyaları pisləyib. Cumhuriyyet.az xəbər verir ki, o, sanksiyaların ədalətsiz olduğunu bildirib. “Mən bunu mənfi qəbul edirəm, bunun ədalətli olduğunu düşünmürəm və Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün toplaşanların vizalarının dayandırılmasını istəməyi məntiqli hesab etmirəm”, – deyə prezident mətbuat konfransında qeyd edib. Xatırladaq ki, martın […]

Brüsseldə üçtərəfli görüş başlayıb – FOTO/VİDEO

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş başlayıb. Cumhuriyyet.az xəbər verir ki, görüş işçi nahar formasında davam edəcək.  

İlham Əliyev Şarl Mişellə görüşdü – YENİLƏNİB

Aprelin 6-da Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib. Cumhuriyyet.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb. Sonra birgə foto çəkdirilib.   *** 19;24 Aprelin 6-da Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa […]

Bakıda gecə klubundakı partlayışda yaralananlardan biri vəfat etdi

Bakıda “Location” gecə klubunda yaralananlardan biri vəfat edib. Cumhuriyyet.az xəbər verir ki, bu, 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızıdır. O, 5 nömrəli şəhər kliniki xəstəxanasında müalicə alırdı. Baş Prokurorluğun mətbuat xidmətindən faktı saytımıza təsdiqləyiblər. Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə […]

Dünya Bankının Azərbaycana dəstəyi yüksək qiymətləndirildi

Baş nazir Əli Əsədov aprelin 6-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, görüşdə cari ildə Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın qurulmasının 30 illiyinin tamam olduğu vurğulanaraq ötən müddət ərzində müxtəlif istiqamətlərdə birgə layihələrin uğurla həyata keçirildiyi bildirilib. Azərbaycanda aparılan iqtisadi, struktur və institusional islahatlar, həmçinin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930