Pakistanda siyasi böhran – İmran Xan vəzifədən uzaqlaşdırıldı

Pakistan parlamentində bu gün ölkənin Baş naziri İmran Xana etimadsızlıq səsverməsi keçirilib. Modern.az xəbər verir ki, səsvermədən əvvəl parlamentdə 13 saatlıq müzakirələr aparılıb. Səsvermə zamanı İmran Xana etimadsızlıq göstərilib. Səsvermədən əvvəl İmran Xan Pakistanın Baş Qərargah rəisi Qamar Caved Bajva ilə görüşüb. Orduda parlament prosesindəki gecikmə ilə bağlı tənqidlərin artdığı qeyd olunur. Müzakirələrdən sonra parlamentin […]

Boris Conson: “Britaniya Rusiyaya qarşı sanksiyaları hər həftə artıracaq”

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyaya qarşı sanksiyaların hər həftə artacağını bildirib. “Report”un məlumatına görə, bu barədə “RBC-Ukraina” Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenskinin birgə brifinqinə istinadən xəbər verir. Britaniya hökumətinin başçısı əlavə edib ki, rusiyalı oliqarxların aktivlərinin dondurulması məhdudlaşdırılmayacaq. “Rusiyaya təzyiqi artıracağıq. Rusiya Federasiyasına qarşı sanksiyaları hər həftə gücləndirəcəyik”, – Conson bildirib. […]

Lukaşenkonun çənəsi əzildi – Video

Belarus Prezidenti Aleksandr Lukaşenko xokkey oynadığı zaman xəsarət alıb. Cumhuriyyet.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, oyun zamanı rəqib komandanın oyunçusunun xokkey ağacı onun çənəsinə dəyib. Nəticədə, Lukaşenkonun çənəsi əzilib. Qeyd edək ki, bu gün onun komandası 13-cü dəfə həvəskarlar arasında respublika turnirinin qalibi olub.

Rusiya və Ukrayna arasında növbəti əsir MÜBADİLƏSİ

Ukrayna və Rusiya arasında sayca üçüncü əsir mübadiləsi baş tutub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşç məlumat yayıb. O bildirib ki, əsirlərin dəyişdirilməsi Prezident Volodimir Zelenskinin göstərişi ilə həyata keçirilib. Məlumata görə, ümumilikdə 26 ukraynalı əsir geri qaytarılıb. Onlardan biri qadın olmaqla 12-si hərbçi, 9-u qadın olmaqla 14-ü isə […]

Ərdoğanın İordaniyaya səfəri təxirə salınıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2022-ci il aprelin 11-nə planlaşdırılan səfəri təxirə salınıb. Cumhuriyyet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, səfərin vaxtının təxirə salınmasına səbəb İordaniya Kralı II Abdullahın vəziyyətinin pisləşməsidir. İordaniya kralı II Abdullah tibbi müayinədən keçmək üçün sabah Almaniyaya səfər edəcək. Bu barədə […]

Putinə müraciət etdi: “Ölkənin gələcəyini məhv edirsən”

“Rusiya Prezidenti Vladimir Putin 19-cu, 18-ci, 17-ci və digər əsrlərdən bizə məlum olan imperiya təfəkkürünə malikdir”. DW nəşrinin məlumatına görə, bu barədə Almaniyanın Federal Kansleri Olaf Şolz bildirib. O, yenidən Putini atəşi dərhal dayandırmağa və qoşunları Ukraynadan çıxarmağa çağırıb. “Sən öz ölkənin gələcəyini məhv edirsən”, – deyə kansler bildirib. Kansler Qərbin sanksiyalarının artıq Rusiyanın iqtisadi […]

İlham Əliyev nekroloq İMZALADI

Prezident İlham Əliyev akademik Teymur Bünyadovun vəfatı ilə bağlı nekroloq imzalayıb. Cumhuriyyet.az-ın məlumatına görə, nekroloqda deyilir: “Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın qocaman tarixçi-etnoqrafı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Teymur Əmiraslan oğlu Bünyadov 2022-ci il aprelin 8-də ömrünün 95-ci ilində vəfat etmişdir. Teymur Bünyadov 1928-ci […]

Paşinyan Putinə Brüssel görüşündən DANIŞDI

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Cumhuriyyet.az “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu gün baş tutan telefon danışığı zamanı tərəflər Qarabağdakı son vəziyyəti müzakirə ediblər. Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham […]

Azərbaycan Güləş Federasiyasına daha bir milyon manat ayrılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, sərəncamla böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb. Qeyd edək ki, Prezident İlham […]

“Mən daha ağlaya bilmirəm” – Zelenski

“Mən bu qədər qırğından, insan ölümündən sonra daha ağlaya bilmirəm”. Cumhuriyyet.az “Report”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın “Bild” nəşrinə müsahibəsində deyib. “Bəli, mən Rusiyaya, rus əsgərlərinə nifrət edirəm. Yayılan kadrlar – ayaqsız, qolsuz uşaqların görüntüləri sadəcə dəhşətdir. Qurbanların taleyi bizə adi gələ bilməz”, – o bildirib. Zelenski “CBS News”a müsahibəsində […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930