Erməni deputatlar Qarabağa buraxılmadı

Qarabağa qanunsuz səfər etmək istəyən “Hayastan” blokunun deputatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə buraxılmayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, rus sülhməramlılar erməni deputatların olduğu avtomobili nəzarət-buraxılış məntəqəsində saxlayıb. Daha sonra Azərbaycan tərəfi ilə əlaqə yaradılıb və erməni deputatların Qarabağa qanunsuz səfərinə icazə verilməyib. Erməni parlament üzvləri […]

Sabah küləyin sürəti bir qədər AZALACAQ

“Əvvəldən xəbər verildiyi kimi, ölkə ərazisində Türkiyədən hərəkət edən tsiklon və onunla bağlı olan soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində respublikanın bir sıra rayonlarında şimal-qərb küləyinin güclənməsi müşahidə olunur”. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, gecə saatlarında güclü küləkli hava şəraiti davam edəcək: “Sabah gün ərzində […]

Bayden Hindistandan tələb etdi: “Rusiyadan neft alışını artırmayın”

ABŞ Prezidenti Co Bayden Hindistanın Baş naziri Narendra Modiyə müraciət edərək ondan Rusiyadan neft alışını artırmamağı istəyib. C.Baydenin fikrincə, bu, Hindistanın da maraqlarına cavab vermir və ABŞ-ın Ukraynadakı müharibəyə verdiyi cavaba zərər vura bilər. “Prezident aydın şəkildə bildirdi ki, o, Rusiyanın enerji resurslarının və ya digər məhsullarının idxalını sürətləndirməyin və ya artırmağın Hindistanın marağında olmadığını […]

Güclü külək rayonlara ziyan vurdu – FOTOLAR

Güclü külək Tərtər rayonunda bir sıra fəsadlar törədib. Cumhuriyyet.az xəbər verir ki, küləyin təsirindən iri gövdəli ağaclar aşaraq Tərtər şəhərində və kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus yaşayış evlərinin dam örtüyünə ciddi ziyan vurub. Bundan başqa, rayonun elektrik təsərrüfatına ziyan dəyib. Tərtər şəhəri ərazisində işıqlanma dirəkləri aşıb. Elektrik dirəklərinin aşması nəticəsində Tərtər şəhəri ərazisinə və bir […]

Putinin ən yaxın adamlarından biri Ukraynada həbs edilib – FOTO

Vladimir Putinin qızının “xaç atası” və Rusiya Prezidentinin MDB məkanında ən yaxın adamlarından sayılan Viktor Medvedçuk həbs edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında paylaşıb. V.Zelenski qeyd edib ki, xüsusi əməliyyatı Ukraynanın Təhlükəsilik Xidməti(UTX) həyata keçirilib. “Əla! Təfərrüatlar barədə bir qədər sonra. Slava Ukraine, Qeroyam Slava!”(Yaşasın Ukrayna. […]

Boris Conson cərimələndi

Böyük Britaniyanın Baş naziri Boris Conson pandemiya zamanı karantin qaydalarını pozduğuna görə cərimələnib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb. Conson artıq cəriməni ödədiyini bildirib və qaydaları pozduğuna görə üzr istəyib. Bundan əlavə, o, istefa vermək niyyətində olmadığını söyləyib.

Polisin şöbədə arvadını öldürməsinin görüntüləri – VİDEO

Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində serjant İsmayıl Məmmədovun həyat yoldaşı Xanım Məmmədovanı güllələməsi ilə bağlı görüntülər yayılıb. Cumhuriyyet.az xəbər verir ki, qətlin törədildiyi anlar təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Qeyd edək ki, Polis Şöbəsində həyat yoldaşı Xanım Məmmədovanı öldürən serjant İsmayıl Məmmədovun məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq polis […]

Putin: Yenidən çıxılmaz vəziyyətə qayıtdıq

“İstanbul görüşündə Ukrayna ilə müəyyən razılığa gəldik. Bu razılıq ondan ibarət idi ki, Ukrayna üçün təhlükəsizlik təminatı Krım, Sevastopol və Donbas ərazisinə aid edilməyəcək”. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə “Vostoçnıy” kosmodromunda keçirilən görüşdə deyib. “Rusiya danışıqların davam etməsi üçün şərait yaratdı. Lakin Ukrayna tərəfi İstanbul […]

Ərdoğan Azərbaycan və Ermənistanı müzakirə edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. İclasda Azərbaycanla Ermənistan arasında sülh prosesi, həmçinin Rusiya-Ukrayna müharibəsi, Türkiyədə iqtisadi vəziyyət və başqa məsələlər müzakirə olunacaq. Ərdoğan iclasdan sonra ölkə əhalisinə müraciət edəcək.

Conson Baydenə zəng vurdu: “Zelenskini dəstəkləyirik”

Böyük Britaniyanın Baş naziri Boris Conson və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Conson “Twitter” hesabında bildirib. Conson Ukraynaya səfəri və Prezident Zelenski ilə görüşünün nəticələri barədə Baydenə məlumat verib. Baş nazir qeyd edib ki, onlar Ukrayna Prezidenti Zelenskini və Ukrayna xalqının azadlıq uğrunda apardığı mübarizədə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930