Paşinyan Putinə “imtahan” verəcək: İrəvan Kremlə niyə güvənmir və arxa çevirir

Rusiyanın Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması ilə bağlı prosesi pozmağa çalışması Paşinyan hakimiyyəti tərəfindən ciddi narahatlıqla qarşılanmaqdadır; Rusiyanı yeni ittihamların hədəfinə çevirən rəsmi İrəvan “Erməni xalqını və Ermənistanı Kremlin regional maraqlarının girovluğundan” çıxartmağa can atdığını biruzə verir… Ukrayna savaşında yaranmış vəziyyət və beynəlxalq sanksiyalar Rusiyanın MDB məkanındakı nüfuzuna da sarsıdıcı zərbələr vurmaqdadır. İndi bir çox postsovet […]

50-ci gün: Ukrayna nə qədər itki verib?

Müharibənin 50-ci günü üçün Rusiya MN Ukraynanın itkilərini yeniləyib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya MN-in rəsmisi general-mayor İqor Konaşenkov məlumat yayıb. “Xüsusi hərbi əməliyyatın başladığı gündən indiyədək düşmənin 131 təyyarəsi, 104 helikopteri, 245 zenit-raket kompleksi, 448 PUA-sı, 2188 tank və digər zirehli texnikası, 957 reaktiv yaylım atəşi sistemi, həmçinin 2088 xüsusi təyinatlı hərbi […]

Bayden Ukraynaya səfər etməyə hazır olduğunu bildirib

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya səfər etməyə hazır olduğunu bildirib. Cumhuriyyet.az bu barədə xarici mətbuata istinadən xəbər verir. Merilend ştatında prezident təyyarəsinə minməzdən əvvəl Ağ Evin sahibi jurnalistlərlə ayaq üstə ənənəvi qısa söhbət edib və dialoq zamanı Baydendən administrasiya üzvlərindən birini Kiyevə göndərməyə hazır olub-olmadığı soruşulub. Bayden cavab olaraq bildirib ki, bu məsələ ilə bağlı […]

Maska taxan şəxs qapalı məkanda cərimələnib? – DİN-dən açıqlama

“Paytaxtın iri ticarət mərkəzlərindən birində polisin maska tələbi ilə bağlı qanuni müdaxiləsini inkar edərək, maska taxdığını iddia edən, polisi çəkməklə onun guya qanunsuz hərəkətlərini ictimailəşdirən şəxsin kimliyi müəyyən olunub”. Cumhuriyyet.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. “Araşdırmalarla məlum olub ki, 1995-cil il təvəllüdlü Əşrəfli Əşrəfin iddiları tam […]

Aİ Rusiya neftindən mərhələli imtinaya hazırlaşır

Aİ Rusiya neftindən mərhələli şəkildə imtina etmək niyyətindədir. Cumhuriyyet.az-ın xəbərinə görə, bu barədə The New York Times (NYT) nəşri məlumat yayıb. Qəzet yazır ki, mərhələli imtina Avropa ölkələrinə yeni təchizatçılarla danışıqlar aparmağa imkan verəcək. Bununla belə, aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu başa çatanadək neft və qaz təchizatının qadağan edilməsinə dair heç bir müzakirə aparılmayacaq.

İlkinin məhkəməsində yeni İFADƏLƏR – Nərminin sinif yoldaşıları nə dedi?

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Cumhuriyyet.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində Nərmin Quliyeva ilə eyni məktəbdə oxuyan S.Abdullayeva və Ş.Abdıyeva, həmçinin 3 kənd sakini ifadə verib. […]

Baş nazirlər görüşdülər

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə rəsmi səfərdə olan Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşüb. Nazirlər Kabinetindən Cumhuriyyet.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib. Albaniya Baş nazirinin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Enerji sahəsində əməkdaşlığın Azərbaycan-Albaniya əlaqələrinin əsas […]

Putin tapşırıq verdi: “Bu, strateji vəzifədir”

Rusiya enerji daşıyıcılarının Qərb ölkələrinə ixracı getdikcə azalacaq. Bunun üçün enerji daşıyıcılarının satışını digər bazarlara yönəltmək lazımdır. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib. Onun sözlərinə görə, enerji ixracı Cənubda və Şərqdə sürətlə inkişaf edən bazalara yönəlməlidir. “Bunun üçün yaxın vaxtlarda əsas infrastruktur obyektlərini müəyyən etmək və onların inşasına başlamaq lazımdır”, […]

Bayden Ukraynaya nümayəndə heyəti göndərir

ABŞ prezidenti Co Bayden Ukraynaya yüksək səviyyəli nümayəndə heyətinin göndərilməsi ilə bağlı müzakirələrin aparıldığını bildirib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Bayden Şimali Karolinaya getməzdən əvvəl jurnalistlərə məlumat verib. Jurnalist Baydendən Ukraynaya ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti göndərib-gömdərməyəcəyi ilə bağlı sual ünvanlayıb “Hazırda […]

“Müharibəyə görə Kreml cavabdehdir” – Blinken

ABŞ Dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı baş tutub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Blinken “Twitter“ hesabında məlumat yayıb. Blinken ABŞ-ın Ukraynaya davamlı dəstəyini və Ukrayna xalqına qarşı müharibəyə görə Kremlin cavabdeh olduğunu bir daha vuğulayıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930